Страница 3 из 3 · 67%

⎯ Tamamilə düz deyir, qızım!

⎯ Nə isə, o gecə doğrudan da bayram idi, elə bil adamlar bütün günü işləməmişdilər. Hamının yorğunluğu-arğınlığı canından çıxmışdı. Məclis qurtarandan sonra adamlar dağılışıb evlərinə getmək istəmirdilər, cürbəcür suallar verirdilər. Saat on ikiyəcən onları buraxmadı camaat.

⎯ Elə ac yola saldız qonaqları?

⎯ Yox, ay ata… heylə şey olarmı?.. Elə kitabxanada yaxşı bir stol açmışdıq…

⎯ Sonra da putyovkalarını qoydular ortalığa ki, bunlara qol çəkib möhür basın, hə?

⎯ Onu əvvəlcədən eləmişdik. Toğrul gətirdi. Hərəsinə bir putyovka idi.

⎯ Bax, bu olmadı da… Bilirsən, qızım, Yazıçılar İttifaqının «Ədəbiyyatı təbliğ bürosu» deyilən bir təşkilatı var. Yaxşı təşkilatdı ⎯ xeyirxah iş görürlər. Ədəbiyyatımızı elimizə-obamıza yayırlar, təbliğ eləyirlər. Camaatımız sənətkarlarımızı şəxsən görür, tanıyır, bu, çox yaxşıdır. Ancaq bir şeyi yaxşı fikirləşməyiblər.

⎯ Nəyi, ay ata?

⎯ Elə o putyovka məsələsini. Sən, necə deyərlər, mədəniyyət cəbhəmizin işçisisən, yaxşı bilirsən ki, hər müəssisənin, idarənin, kolxozun mədəni-kütləvi işlərə məsrəf eləmək üçün pulu-vəsaiti var, hesabı var. Elədimi?

⎯ Elədi.

⎯ Ay sağ ol. Şairin, yazıçının, artistin, mühazirəçinin yerlərə gedib çıxış eləməsinə, qanuna görə, bu puldan xərclənməlidi. O pulu ki, artistə-filana verirlər, nəqd vermirsiz ki?

⎯ Yox.

⎯ Onları göndərən idarənin hesabına köçürürsüz də?

⎯ Bəli.

⎯ Elə isə soruşuram: nə üçün şairə, artistə putyovka verirsən, o da sıxıla-sıxıla, utana-utana o putyovkanı sənə, yəni müdirə, direktora, sədrə verir, onlar da qol çəkib möhür basır, göndərir. Olmazmı ki, şair gəlib şerini oxuya, çıxışını eləyə, çıxıb gedə evinə, sən də o pulu dövlətin bu cibindən o cibinə köçürəsən və şair də sənin qabağında alçalıb utanmaya?

⎯ Məgər o pulun hamısını onların özünə vermirlər?

⎯ Yox, canım. Müəyyən faizini verirlər, vəssalam.

⎯ A, belə de. Mən elə bilirdim hamısını özləri alır.

⎯ Bəla burasındadı ki, tək sən elə bilmirsən, çoxları o cür düşünür.

Güldanə nazik, çatma qaşlarını çatıb:

⎯ Soruşmaq ayıb olmasın, ay ata, bəs bunnarı sən hardan bilirsən? ⎯ deyə xəbər alanda Nəzər qəşəng, ağ bığına əl çəkib:

⎯ Sakit Aranlı keçən il gələndə danışmışdı, ⎯ söylədi, ⎯ demişdi ki, biz özümüz də istəmirik belə olsun. Bu, çox pis səslənir, elə çıxır ki, mən pul üçün gəlib oxucularımın qabağında çıxış eləyirəm, sözümü satıram. Bu, camaatın gözündə sözümüzü ucuzlaşdırır, şəxsiyyətimizi alçaldır. Dedim, elədisə, ləğv eləyin bu putyovkaları, köçürmə üsuluna keçin. Gülüb söylədi ki, elə bilirsən ləğv eləmək asandı? Yuxarıda, kimisə belə düşünüb, qanuniləşdirib, qurtarıb gedib, gəl indi sən sübut elə ki, bu doğru yol deyil, dəyişmək lazımdı. Eləyə bilməzsən… Görünür, Sakit Aranlı düz deyirmiş, çünki o gedəndən sonra mən Yazıçılar İttifaqı sədrinin adına əsaslı, böyük bir məktub yazmışdım. Heç bir cavab gəlmədi. Əgər şairlər indi putovkaynan gəliblərsə, deməli ki, məktubumun təsiri-filanı olmayıb…

⎯ Deyirəm axı, o cavan şair o putyovkaları niyə belə sıxıla-sıxıla çıxartdı cibindən, utana-utana mənə başa saldı ki, necə yazım. Putyovka ortalığa gələndə Sakit müəllim siqaret yandırıb bayıra çıxdı. Sən demə, ortada iş varmış!

Ata-bala xeyli dərdləşdilər. Necə oldusa, Nəzər əsnədi. Gülda-nə yerindən dik atıldı:

⎯ Ay ata, yorğunsan, görürəm, gəl, yer açım, dincəl, ⎯ dedi. Kişi etiraz eləmədi. İkinci mərtəbəyə, qalxdılar. Güldanə kəllayı otağın mavi rəngli qapısını açıb, atasını içəri apardı; yanaşı qoyulmuş iki taxta çarpayının birində, ancaq qonaq-qara üçün saxlanmış yorğan-döşəkdə ona yer saldı. ⎯ Yat, rahatlan, ⎯ dedi.

Nəzər saata baxdı. Dördə işləyirdi. Günün bu vədəsində yatdığı heç yadına gəlmirdi. Amma soyunub uzandı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, doqquzuncu fəsil

Təklik dəhşətli şeymiş! Bunu Heyran əvvəllər bilməzdi, deyən olsaydı, inanmazdı. Ancaq biçarə Cabbarın o qarlı gündə ölümündən sonra keçən bu yalqızlıq aləmində Heyran dünyada kimsəsiz qalmağın, dörd divar arasında tənha yaşamağın nə demək olduğunu anlamışdı, böyüklü-kiçikli, qonaqlı-qaralı olmamışdı, Cabbar səhər gedib axşam yorğun-arğın qayıdıb gəlmişdi. Bütün günü evdə, həyət-bacada tək qalan Heyran onda heç vaxt özünü yalqız hesab eləməmişdi. Cabbarın axşam, yataqda dediyi bir xoş sözü, bir isti nəvazişi bütün günü yadına salıb rahatca gəzib-dolanmış, səbirsizliklə ərinin işdən qayıtmağını gözləmişdi. Cabbar xəstələnib yatağa düşəndə də o, gah ərilə danışmış, gah da ürəyində allahla həsb-hal eləmiş, ona cansağlığı diləmişdi. Hər iki halda Heyranın başını qarışdıran, ona tək olmadığını hiss etdirən bir şey olmuşdu. Ancaq indi...Cabbar gözünün qabağında ölmüşdü. Onun qışqırığına yığılıb gələn qonum-qonşu—ağsaqqallar, qoca arvadlar Cabbarın ağır xəstəlikdən öldüyünü zənn edirdilər. Təkcə Heyran bilirdi ki, o, xəstəlikdən ölmədi, bu xəstəliklə hələ çox yaşaya bilərdi, məsələn, hələ beş il də yaşaya bilərdi. Heyran yaxşı bilirdi ki, Cabbarın bağrı çatladı, öldü; əgər onu yarsaydılar, tibbi muayinə eləsəydilər, mütləq təyin edərdilər ki, Cabbarın ürəyi partlayıb! Heyran cənazənin üstündə saç-birçəyini yola-yola, üz-gözünü cıra-cıra ağladıqca, «Cabbarım!» deyə ağı söylədikcə bu məşum hiss — özünün günahkar olmağı hissi azalmırdı və onun ürəyini, beynini yandırırdı. Qonşulardan yığılıb gəlmiş beş-altı kişi, Cabbarı yuyub kəfənə bükərək, günortadan sonra dəfn eləməyə aparanda da, yaxınlıqdakı qəbiristanda torpağa tapşırıb geri qayıdanda da, yasa gəlmiş beş-on qonşu arvad gecə saat onda dağılışıb evlərinə-eşiklərinə gedəndə də, on beş-on altı il ərzində ilk dəfə damın altında tək-tənha qalıb gecə səhərəcən göz qırpmayanda da, bir-birinin dalınca çox böyük ləngərlə ağır-ağır ötüb keçən bu qırx gün müddətində də—heç vaxt, bircə an da olsa o məşum günahkarlıq hissi Heyranı tərk eləməmişdi, onu köz üstə atılmış ət parçası kimi - cızhacızla yandırmışdı. Qəribə idi, Cabbarla yaşadığı on beş ilin acılı-şirinli xatirələrindən indi bircəciyi də yada düşmürdü; yada düşən ancaq onun ölümqabağı keçirdiyi çılğın vəziyyət idi. — Heyranın təzə paltarda əlidolu qayıdarkən gördüyü anlarda düşdüyü vəziyyət idi. Bəli, on beş illik həyatdan ancaq bu qalmışdı Heyran üçün. İlahi, o da elə ağır idi, elə yandırıcı idi—isti yaranın üstünə səpilən duz kimi cızdağını çıxarırdı. Bu, cəmi üç-dörd dəqiqə çəkməmişdi heç. Amma bir ömrün, özünə görə xoş olan bütün şirinliklərinin, gözəlliklərinin üstündən xətt çəkmişdi. İnsan necə də anlaşılmaz məxluq imiş! On beş ildə Heyran bircə dəfə də olsa, Cabbarda belə sifət görməmişdi, hirsləndiyini, ona güldən ağır bir söz dediyini eşitməmişdi, duymamışdı. Amma onda Cabbar tamam başqa adama çevrilmişdi, tanınmalısı qalmamışdı. Yəqin onun o dəqiqələrdə iqtidarı olsaydı, durmağa taqəti olsaydı, vücudu sözünə baxsaydı, Heyran Cabbarın daha başqa snfətlərini də görə bilərdi. Yəqin ürəyində tüğyan eləyən o lənətə gəlmiş qısqanclıq hissi ilə vücudunun qüdrəti uyğun gəlmədiyinə görə, hirsindən, hikkəsindən ürəyi partlamışdı Cabbarın. Bu faciənin əgər yarısı qəzəbindən baş vermişdisə, yarısı da gücsüzlüyündən, zəlilliyindən meydana gəlmişdi.

8 мин
İkinci hissə, onuncu fəsil

Siminbər Məleykə xanımın xoşuna gəlmişdi. Davranışından, baxışlarından, oturub-durmağından ağıllı qıza oxşayırdı. On səkkiz yaşı təzəcə tamam olmuşdu, əti-əndamı, qaşı-gözü, boy-buxunu ona baxan hər kəsdə xoş duyğu, rəğbət hissi doğururdu. Məleykə xanım uşaqlı-böyüklü, balaca otaqda qarışqa kimi qaynayan bu ailədə, oturub çay içə-içə, söhbət eləyə-eləyə gözaltı fikir verdikcə Elməddinlə Siminbəri xəyalən müqayisə eləyir, ikisinin də bir-birinə yaraşdığı qanaətinə gəlirdi. Siminbəri Zərrintacgildə yaşayanda Məleykə xanım bir, ya iki dəfə görmüşdü — onda, pis paltarda idi, üstündə «qulluqçu» adı vardı. Buna baxmayaraq elə o zaman Simin Məleykənin yadında qalmışdı. İndi, onlarda oturduğu iki-üç saat müddətində o, Məleykəni köhnə tanış kimi qarşılamış, anasına böyük sevinc hissilə başa salmışdı ki, Məleykə xanım böyük şair Şəfinin qadınıdır. Şəfi kimi məşhur bir adamın xanımının onlara təşrif gətirməsindən hədsiz dərəcə sevindiyi üz-gözündən oxunurdu. Və bu da Məleykənin ürəyini fərəh hissilə doldurmaya bilmirdi. Məleykə fikirləşirdi ki, Zərrintac xanımdan Siminbər qanacaqlıdır. Necə deyərlər, o qədər yaxınlıq, gəl-get olmasına baxmayaraq, gəlinləri olmasına baxmayaraq, onlar qaynayıb-qarışa bilməmişdilər: elə bil, Zərrintac xanım tamam yad, uzaq bir dünyadan gəlmişdi, sanki başqa cür düşünən, başqa bir dildə danışan adam idi Zərrintac xanım. Amma Siminbərdə qəribə bir şirinlik, yapışıqlıq vardı. Bu, Məleykəni çox sevindirirdi. Anası Fatimə arvad, uzun illər qonaq qara üzü görmədiyindən, sanki çaşmışdı. Dindirəndə dinirdi, dindirməyəndə yox, o biri tərəfdən də balacalar, xüsusilə Vətənyar ondan əl çəkmir, göz açmağa imkan vermirdi.Məleykənin gəlişinin səbəbini Siminbər təxmin edirdi. Ona görə çox həyəcanlı idi, qızarmışdı. Uşaqlar evdən çıxmadığından Məleykə mətləbini Fatiməyə açıb deyə bilmirdi. Bunu Siminbər dərhal başa düşdü və uşaqları başına yığıb yandakı balaca, təzə tikilmiş mətbəxə apardı. Yalnız bundan sonra Məleykə xanım əsl məqsədinn Fatiməyə deyə bilmişdi. Fatimə bu xəbəri eşidəndə çox şad olmuşdu. Sevindiyindən nə deyəcəyini bilməmişdi. Məlum olmuşdu ki, Elməddini bu evdə uşaqdan-böyüyə hamı sevir, adını ehtiramla çəkir. Elməddin bu evin ən əziz adamıdı; onu ailənin xilaskarı, çörək verəni, yaxın dostu kimi tanıyırlar.

9 мин
İkinci hissə, on birinci fəsil

Elməddinin vəzifəsini icra etmək üçün Sübhanı seçməkdə yanılmadığını Zərrintac xanım elə ilk günlərdən başa düşüb çox sevinmişdi. Sübhan onun gözlədiyindən və təsəvvür elədiyindən qat-qat, zirək, çevik, qılıqlı və işbilən imiş. O, öz öhdəsinə düşən işləri çox tez qavramış, vəziyyətə tez uyğunlaşmışdı. Onun Elməddindən üstün cəhətlərindən biri bu idi ki, şəhərdə böyümüşdü, şəhərin, şəhər camaatının, tacir-tüccarın necə yaşadığını, nə ilə nəfəs aldığını gözəl bilirdi. Nəssaci malları satan tacirlərin yerini-yurdunu, mal dövriyyəsini, müştərilərin çoxluğunu, azlığını Sübhan azca bir əmək sərf etməklə tamam-kamal öyrənmişdi. Halbuki Elməddin bu mətləbləri bilmək üçün xeyli vaxt itirmişdi, xeyli də əsəb. Sübhan isə şəhəri beş barmağı kimi tanıdığından ona bələdçi lazım olmamışdı. Üstəlik ayrıca sürücü saxlamaq xərcindən də Zərrintacı azad eləmişdi. Sən demə, o, lap yeniyetmə vaxtı neçə il klinar işləmiş, maşının dilini beş barmağı kimi öyrənmiş, sürməkdə də ustalaşmışdı.Vaxtilə Əhədullanın sürdüyü və Elməddini gəzdirdiyi maşını o, bircə günün içində yuyub təmizləmiş, sazlamış, qarajdan çıxartmışdı. Yaşadığı evini qonşusunun təzə evlənmiş oğluna kirayə verərək Elməddinin nə zamansa yaşadığı o təkotaqlı, münasib şəraiti olan mənzilə köçmüşdü. Üst-başını dəyişmiş, geyim-kecimnnə fikir verməyə başlamış, tamam centlmen bir oğlan olmuşdu. Bunun üçün o, Zərrintac xanımdan pul istəməmişdi—özünün illərlə evlənmək məqsədilə yığıb topladığı pullardan xərcləmiş, əyin-başını düzəltmiş və tanınmaz dərəcədə dəyişmişdi. Danışdıqları gündən üç gün sonra Dəftərə gələndə Zərrintac xanım az qala onu tanımamışdı. Diqqətlə baxandan sonra onu tanıyıb razı halda gülümsünmüşdü. Bir həftə keçməmiş bütün şəhərdə, Nəcməddinin müəssisələrində hamı— tanıyan da, tanımayan da ancaq Sübhandan danışırdı. Elə bil möcüzə baş vermişdi. Dünənki kasıb, səhərdən-axşamacan əlində kiçik alət çantası toxucu dəzgahları arasında gəzən Sübhan indi par-par parıldayan amerikan maşınında gəzir, bir-bir müəssisələrə baş çəkir, işlərin gedişi ilə əsl sahibkar kimi maraqlanır, lazım olanda kimisə tənbeh edir, kimisə böyüdürdü, hər yerdə ondan danışırdılar:

6 мин
İkinci hissə, on ikinci fəsil

Şəfi son iki günü çox həyəcanlı idi. İşdə də, evdə arvad-uşağının yanında da özünü nə qədər tox tutmağa çalışsa da, daxili bir1 gərginlik, gizli bir təlatüm vardı ürəyində. Srağagün vəzire-dərbar Əli xan şəxsən lütf eləyib zəng çalaraq əlahəzrəti-humayunun onu qəbul etmək arzusunda olduğunu bildirdikdə, Şəfi heç nə düşünməyə imkan tapmadan, tələsik razılıq vermiş, əlahəzrətlə görüşmək səadətinin özü üçün şərəf saydığını söyləmişdi. Vaxtı-vədəsi cümə gününə düşürdü. Bu qəbul nə üçün idi, tək onumu qəbul edəcəkdi əlahəzrət? — Belə şeyləri soruşmaq ədəb dairəsindən kənar olduğu üçün şair heç nə xəbər almamış, qulaqları guruldaya-guruldaya dəstəyi yerinə qoymuşdu. Əsl təlatümlü anlar, saatlar sonra başlamışdı. Qarşısında oturan Elməddin Şəfinin telefon danışığından məsələnin nə yerdə olduğunu anlayıb mat-mat ustadının üzünə baxırdı. Onun yanında birinci dəfə belə iş baş verdiyindən bilmirdi ki, buna sevinsin, ya kədərlənsin! Hər halda onun fikrincə, bu, balaca məsələ deyildi—əlahəzrət bu məmləkətdə hər şer yazıb adını şair qoyanı hüzuruna çağırmırdı; bildiyinə görə, o, ancaq ən nüfuzlu, görkəmli adamları (onların da hamısını yox!) nadir hallarda, bu və ya digər münasib bir gündə, lazım bildiyi məsələ ilə əlaqədar qəbul edirdi. Ona görə də Elməddin belə hesab etdi ki, bu, ustad üçün də, heç şübhəsiz, bir şərəf olmalıdı, buna ancaq sevinmək olar. Odur ki, Şəfi dəstəyi asan kimi, Elməddin, ani təxirdən sonra, Şəfini təbrik etməyi lazım bilmişdi:

8 мин

Стихи других поэтов