Страница 3 из 5 · 40%

– Ağlayırsan?! — Qəzəbini boğub sakitcə xəbər aldı:

– Cavandı, yazıqdı...

– Qoca olsaydı, ağlamazdın, hə?

– Yox...

– Düz deyirsən, qoca üçün ağlamağa dəyməz. Mən öləndə də ağlamazsan, çünki mən də qocayam...

– …

Dünya tamam ayıldı, özünü ələ almağa çalışdı, ancaq gec idi. Hissləri ağlını oğurlamışdı, mühakiməsini əlindən almışdı.

Nəcməddinin ürəyi azca toxtamışdı. İstəyinin birinə nail olmuşdu; indi bir az rahat nəfəs almaq olardı. Onun ağır sarsıntılı günlərində itirdiyi qüdrət, qüvvət özünə qayıtmışdı — o, yenə özünə inanmağa başladı bu bir neçə dəqiqənin içində. Ayağa qalxdı. Siqaretin kötüyünü həyətə atıb eyvanda var-gəl elədi, sonra üzünü hələ də yerində donub qalmış Dünyaya tutub xırıltılı səslə:

– Bir yaxşı süfrə aç, arvad!—dedi. — Bu gün bayramdı.

Dünya baş örpəyinin ucu ilə gözlərinin nəmini qurutmağa çalışaraq güclə:

– Nə bayram? — dedi.

– Bu gün Əbdülün evimizə qayıtmasını bayram eləyəcəyik!

Dünya mat-mat Nəcməddinə baxıb susdu.


Dünya xanımın fikri nə qədər dağınıq olsa da, yaxşı bir süfrə açmışdı. Halı heç yox idi. Bu bayram söhbəti haradan kişinin ağlına gəlmişdi? Niyə əvvəlcədən demirdi? Vəlixan öldürüləndən sonra birdən-birə bayram?.. Bu suallar Dünya xanımın beynində tutqun-tutqun dolanırdı, ancaq o, elə sarsılmışdı ki, bunlara düz-ağıllı cavab tapa biləsi halda deyildi. Beş addımlıqda yas, burada bayram!! Bəli, bu hikməti Dünya heç cür dərk edə bilmirdi. Bütün şam boyu dilinə bir tikə vurmadı Dünya xanım. Əslində Nəcməddin də süfrədəki naznemətdən dadmadı. Təkcə iki qədəh viski içdi. Dünya ona demədi ki, axı sən bayaq söyləmişdin bir də dilimə içki dəydiyini görməyəcəksən? Bəs nə oldu?! «Özü bilər, cəhənnəmə içir, gora içir!»—deyə ürəyindən keçirdi. Nəcməddin üçüncü qədəhi də içəndə Dünyaya dedi:

– Məsləhət görürəm, sən də iç!

– İçmirəm.

– İçsən yaxşı olar, Dünya! Görürəm Vəlixanın ölümü səni sarsıdıb. İçsən, dərdin yüngülləşər... Həm də indi qulaq asacağımız musiqi sənə daha gözəl təsir edər, Dünya!!

– Hələ musiqiyə də qulaq asacağıq?.

– Bəs necə?! Bayram musiqisiz olar?!

– Əcəb də bayramdı. Çox böyük iş olub — nökər qayıdıb gəlib!. Yaxşı deyil, Nəcmi, — o, az qala yalvardı, — qonşuda yasdı, biz burda musiqiyə qulaq asırıq... Ayıbdır!..

– Eyb etməz... Ölüb ölüb, Vəlixan. Sənin canın sağ olsun! Atan deyil, qardaşın deyil, yasını saxlayasan.

– Əcəb daşürəkli adamsan, Nəcməddin!. — Mən belə deyildim, Dünya. Heç vaxt belə olmamışdım, ancaq indi həqiqətən daşürəkliyəm və bunu sən eləmisən. —Mən?.. Mən?.. — Dünya balaca əlini iki döşünün arasına vurdu.

– Bəli, sən!!

Dünya təəccüblə baxdı Nəcməddinə... Və rəngi dəyişdi, içəridə inlədi: «İlahi, sən özün məni bu dəlinin əlindən hifz elə!»...

– Sənə nə olub, əzizim! — O, əsə-əsə ayağa durmaq istəyəndə Nəcməddin işarə ilə əmr etdi:

– Otur yerində!..

– Boy!..

– Uşaq hanı?

– Uşaq? Beşiyindədi!

Nəcməddin qalxıb beşikdə arxası üstə uzanıb oyuncaqlarla oynayan balaca Nəcməddini götürdü... gətirib anasına verdi.

– Neynirəm bunu! Qoy süfrəni yığışdırım, sonra!

– Xeyr, süfrə elə-belə qalacaq. İndi sən oğlunu əmizdir, doyduq, indi onu yedizdir... Sal döşünə!

Dünya xanım ani tərəddüddən sonra onun səsindəki qətiyyəti görüb sözünü çevirmədən yaxasını açdı, sol döşünü uşağın dodaqları arasına qoydu. Uşaq acmış deyəsən. Marçıltı ilə acközlüklə əmməyə başladı.

Nəcməddin siqaret dumanı arasından bu mənzərəni seyr edirdi. Susurdu. Sadəcə qəribə baxışlarla gah Dünyaya, gah da uşağa baxırdı. Dünya onun gözlərindən vahimələnmişdi. Daha ona baxmamağa çalışırdı.

– İndi o biri döşünü ver əmsin...

– Doyub deyəsən...

– Yox, doymayıb, ver əmsin. Qoy lap doyunca əmsin...

Dünya əri deyən kimi də elədi. Körpə ikinci döşünü də əmməyə başladı. Yenə sükut... Beş-altı dəqiqə sonra yeyib doyub kefi kökəlmiş uşaq anasının döşünü ağzından buraxdı, totuq əli ilə onun boyunbağısını, sırğasını əlləşdirdi.

– Doydu deyəsən, hə?

– Hə.

– Mənə onu. — Qalxıb oğlunu anasından aldı. Ağır, ləngərli addımlarla uzaqlaşmaq istədi, nəsə fikirləşib geri qayıtdı, uşağı Dünyanın ağarmış sifətinə yaxınlaşdırıb:

– Ananı maç elə, oğul, — dedi, — Hə, yekə kişisən, maç elə ananı...

Uşaq Dünyanın sifətinə yapışmış dodaqlarını tərpətdi, bu, doğrudan da öpüşə oxşadı. — hə, indi gedək, bir az təmiz havada gəz Əbdüllə... — Qapının astanasında dayandı, Əbdülü səslədi. Əbdül o dəqiqə qaça-qaça gəldi. — Apar bu uşağı həyətdə gəzdir... Elə elə ki, soyuq dəyməsin...

– Baş üstə, ağa!!.

Nəcməddin geri qayıtdı. Əllərinin ikisini də stulun söykənəcəyi üstünə qoyub yerində donub qalmış və nə baş verdiyini hələ də dərk etməyən Dünya xanımı diqqətlə, bir az tənə, bir az qəzəb qarışıq baxışla süzdü. Dünya daha dözməyib:

– Mən bu gün səndən heç nə baş aça bilmirəm. Bütün bunlar nə deməkdir axı? — dedi. Əsəbiliyi açıq-aşkar duyulurdu. Nəcməddin rişxəndlə qımışdı:

– Görürəm əsəbiləşirsən... Mənim rəhmətlik atam deyərdi ki, əsəbiləşəndə musiqiyə qulaq as, keçib-gedər əsəbiliyin. Hə, həm də sənə söz vermişdim axı... yaxşı musiqi yazıblar mənim üçün... Deyirəm əvvəl ona qulaq asaq. Elə yaxşı deyil?

– …

– Elə yaxşıdı...

Nəcməddin pianonun üstündəki balaca maqnitofonu gətirib jurnal stolunun üstünə qoydu, düyməsini burdu... Otağa həzin, adamın iliklərinə qədər işləyən, evdən-eşikdən, yerdən, qayğılardan azad eləyən, ruhunu göylərə, xoş günlərə, xatirələrə çəkib aparan bir musiqi axıb doldu. Elə gözəl idi, elə şirin idi bu ahəng, lap laylaya bənzəyirdi, Gitaranın simlərinin titrəyişi adamın ürəyinin tellərini də ehtizaza gətirirdi. Dünya da, Nəcməddin də qeyri-iradi gözlərini yummuşdu. Hərəsi öz dünyasına uçub getmişdi, hərəsi öz xatirələrini, xoş günlərini yad etmişdi. Bütün xoşbəxt dəqiqələr, saatlar, günlər kimi, heyf, bu musiqi də tez qurtardı. Sona çatan təki hər ikisi xəyal aləmindən ayrıldı və sanki niyə belə tez qurtardığına təəssüfləndi.

– Gözəl idi? — Nəcməddin quru səslə xəbər aldı.

– Hə! — dedi Dünya.

– İndi bundan yaxşısına qulaq asacağıq. Bu nədir onun yanında?

Nəcməddin maqnitofondakı kaseti çıxartdı, cibindəki kaseti onun yerinə saldı. Düyməni basmamışdan əvvəl dedi:

– Buna diqqətlə qulaq as, Dünya. Bu sənin öz mahnındı.

– Mənim?

– Hə... Qulaq as! — Və o, düyməni basdı. Əvvəl zəif bir xışıltı eşidildi, sonra qadın səsi otağa doldu. Bu səsi eşidən kimi Dünya — «ox!» — deyib yerindən sıçramaq istəyəndə... Nəcməddin qoltuq cibindən tapançasını çıxartdı və amiranə bir tərzdə:

– Otur, bu mahnını axıra qədər dinləyəcəyik! — dedi. — Otur!..

Dünya taqətsiz halda stula çökdü... Dünyanın səsi:

– Alo? Sənsən? Kişi səsi:

– Hə, salam, mənim əzizim. Necəsən? Dünyanın səsi:

– Zəhrimar necəsən, dərd necəsən! Hələ utanmırsan mənə bir «əzizim» də deyirsən? Sənin ciyərini çıxardacağam!! Kişi səsi:

– Əzizim, axı nə olub, belə hirslənmisən? Bir məni başa sal görüm nə olub axı? Dünyanın səsi:

– Mənə de görüm bu gün kef eləmək üçün apardığın o qız kimdi? Hə, kimdi? Kişi səsi:

– Hansı qız, nə kef? Dünyanın səsi:

– Özünü tülkülüyə vurma, mən sənin sədaqətinə elə inanırdım ki, heç ağlıma da gəlməzdi sən belə əclaflıq eləyə bilərsən?

Kişi səsi:

– Axı mən heç nə başa düşmürəm. Qız kimdi, əclaflıq nədi? Bunu sənə kim deyib axı? Dünyanın səsi:

– Heç olmasa kişiliyin çatsın, hər şeyi boynuna al. Görürəm buna da kişiliyin çatmır. Sən əclafsan, mənim gecəm-gündüzüm yoxdu, səhər sən işə gedəndə, axşam işdən qayıdanda yollarına baxmaqdan gözümün kökü saralıb. Səni uzaqdan da olsa görməyi özümə səadət bilmişəm. Bu dörd divar arasında sənin həsrətinlə yaşamışam... Sən isə...

Kişi səsi:

– Canım, ciyərim, gözlərimin işığı... Mənim səndən başqa heç kimdə gözüm yoxdu, qurban olum. Mən səni sevdiyimə görə özümü dünyanın ən xoşbəxt adamı hesab eləyirəm, ay mənim ömrüm-günüm. Vallah-billah, mən bu gün heç kəslə görüşməmişəm, nə qız, nə filan!? Dunyanın səsi:

– İnanmıram. Kişi səsi:

– Sənin əziz canına and içirəm, Dunyam, qibləgahımın goruna and içirəm, yalandı. Belə şey olmayıb, ömründə də ola bilməz!

Dünyanın səsi:

– Demək onda köpək oğlu mənə yalan deyib?! Kişi səsi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, beşinci fəsil

Əziz xan «mənim təbibim də sənsən, dərmanım da sənsən, oğul!» — deyərkən haqlı imiş. Nazilib üzülmüş, yönü o yana olan kişi, Bəbirlə barışandan, oğlu yanında qalandan bəri dirçəlmişdi, artıq durub gəzir, yeyib-içirdi; daha oğlunun xatirinə dəymirdi, çünki başı, necə deyərlər, daşdan-daşa dəymişdi. Bəbir bura gələnə qədər yaşadığı otağı da əlində saxlamışdı — işləmək üçün, yoldaşlarla görüşüb məsləhətləşmək, dərdləşmək üçün. Yeməyi, içməyi, yatmağı atasının evində idi. Ancaq bura da gəlirdi, yazıb-pozur, düşünürdü.Əziz xan daha onun heç bir işinə qarışmır: «Yekə kişidi, maşallah, nə etdiyini özü məndən yaxşı bilir!» — deyirdi.

6 мин
İkinci hissə, altıncı fəsil

Gözəl bahar günü Dünya xanım halında xoş bir dəyişiklik hiss eləməyə başladı; ağzı sulanır, ürəyi bulanır, məcazı cürbəcür şeylər istəyirdi. Ancaq nə — bunu tapıb deyə bilmir. Bu dəyişikliyin səbəbi birdən-birə ona aydın olanda gözlərinə elə bil işıq gəldi — yenə içərisində o qəribə işıq şölə saçıb yandı, əslində əzgin, yorğun bədənində elə yüngüllük hiss elədi ki, sanki quş olmuşdu, kəpənək olmuşdu — bu dəqiqə istədiyi yerə uçacaqdı elə bil. Çünki bütün vücudunu sarmış o müxtəlif, adsız istəklərdən ancaq biri lap qabardı, adını dedi: o, turş şey istəyirdi!!Dünya xanım gəlib yataq otağında iki çarpayının ayaq ucunda qoyulmuş iri bədənnüma güzgünün qənşərində dayandı. Əvvəlcə üz-gözünə, sonra bədəninə tamaşa elədi. Yox, nəzərə çarpacaq elə bir dəyişiklik yox idi. Ancaq, xoş, məmnun bir hissiyyatla özünün daha da qəşəngləşdiyini görüb yerə-göyə sığmadı, qayğısız qız uşağı təki aynanın qabağında fırlandı...

9 мин
İkinci hissə, yeddinci fəsil

Bu balaca bir daxma idi. Cəmi bircə pəncərəsi vardı, ona da qalın pərdə salınmışdı. İçəridəki girdə mizin üstünə qoyulmuş fənərin solğun, zəif işığı otağı güclə işıqlandırırdı. Bəbir, Məhəmməd Şəfi taxta çarpayının kənarında oturub siqaret çəkirdi. Vaxt keçirdi, ancaq Ziyaəddingil hələ gəlib çıxmamışdılar.Xeyli keçəndən sonra həyətdə maşın səsi eşidildi. Gəzinib keşik çəkən Elməddin qapını aralayıb başını uzatdı:

9 мин
İkinci hissə, səkkizinci fəsil

Neçə gündü ki, Məhəmməd Şəfi özündə deyildi. Yaxşı yata bilmirdi, çörək yeyə bilmirdi. Fikrini cəmləşdirib masa arxasında oturmağa da qərarı gəlmirdi. Düşüncəli-qayğılı gəzib-dolanır, yuxulu, yaxud sarsıntı keçirmiş və bunun nəticəsində də keyləşmiş adama oxşayırdı. Möhsünün, — satqın, xəfiyyə olsa belə, — ölümü onu yamanca silkələmişdi. Bir yandan istexbaratın divarları arasında olmazın işkəncələrə məruz qalan, lakin mərdanə susub heç kəsin adını çəkməyən şeyx Əhmədin dərdi, o biri yandan da bu Möhsünün öldürülməsi, onun başsız-sahibsiz qalan ailəsinin dərdi Məhəmməd Şəfinin ürəyini alt-üst eləmişdi. «Həyatın qanunları necə sərtdi, aman allah!— deyə gəzib-dolanır, hər şeyi ürəyinə salıb dərd eləyirdi. — Həyat nə qədər təzadlıdı; şirindi həyat, əzablıdı həyat eyni zamanda. Bir yanda süslü saraylar, xanimanlar, harınlar, o biri yanda isə bir tikə çörək üçün şərəfini satmağa, başını bıçaq altına qoymağa hazır olanlar, aclar, yalavaclar... Yox, mənim ürəyim bu ağrılara, əzablara dözə bilmir... Bu zəiflikdir, nədir, heç bilmirəm. Amma Bəbir möhkəm adamdır. Ziyaülhəqq sərt adamdır. Mən belə ola bilmirəm, bacarmıram. Lakin dərindən fikirləşəndə bəlkə onlar haqlıdırlar? Hamının, böyük əksəriyyətin əzabla yaşamasına son qoymaq üçün bəlkə beş-on nəfər satqını, alçağı əyan-əşrəfi aradan qaldırmaq ən doğru yoldur? Mən Bəbirə inanıram — onun ağlına, müdrikliyinə inanıram».Məleykə ərindən yaman nigaran idi. Şəfinin neçə gündü bulud kimi tutulub açılmaması, öz-özünə danışa-danışa gəzib-dolanması Məleykəni demək olar ki, lap qorxutmuşdu. Şəfi işdə, çöldə-bayırda olan söz-söhbətin hamısını evdə arvadına danışırdı, çox şeydə onunla məsləhətləşərdi; Məleykə ən ağır anlarda ərinin qılığına girir, təsəlli verir, deyib-gülür, kişinin kefinn açırdı. Ancaq bu dəfə nə illah eləyirdisə, Şəfinin qırışığı açılmırdı. Məleykə şeyx Əhmədin tutulduğunu bilirdi, Möhsün adlı xəfiyyənin də ələ keçdiyini Şəfi demişdi ona. Ancaq Möhsünün öldürüldüyünü gizləmişdi, onun dörd uşağının yetim qaldığını gizləmişdi. Məleykənin ürəyini bilirdi, desəydi, bu ona dərd olacaqdı. Məhz buna görə söyləməməyi lazım bilmişdi. İşə getmək vaxtı idi. Şəfi gecəni səhərəcən yatmasa da, tezdən durmuş, üzünü təraş etmiş, çay-çörəyini də yemişdi, ancaq getməyə tələsmirdi. Pəncərənin qabağında dayanıb payızın xına çəkdiyi ağaclara tamaşa edir, siqaretini siqaretin oduna yandırırdı.

8 мин

Стихи других поэтов