Dördüncü hissə, səkkizinci fəsil
Məleykə Elməddini həyətdə görəndə özünü itirdi, əvvəl gözlərinə inanmadı. Sonra tanıyıb uşaq kimi qabağına qaçdı:
– Xoş gəlibsən, ay qardaş! — dedi və gözləri ilə onun dalınca gəlməli olan Şəfini axtardı; o yox idi, Elməddin tək gəlmişdi.
– Çox sağ ol, bacım.
Məleykə ağladı. Elə bil onun gəlişini gözləyirmiş, leysan kimi göz yaşı axıtdı.
– Ağlama, bacı.
– Bəs Şəfi hanı, ustadın hanı, qardaş?..
– Keçək içəri, Məleykə xanım.
Onlar evə keçdilər, elə dəhlizdə uşaqlar Elməddini görüb qabağına qaçdılar. Elməddin Bəbrəki də, Rəbiəni də, Jaləni də bağrına basıb öpdü. Onun da gözləri doldu. Uşaqlar sınıxmışdılar. Üzlərində, gözlərində bir nisgil oxunurdu — atasızlıq nisgili. Şəfi son illər heç vaxt bu qədər uzun müddətə evdən getməmişdi. İki-üç günlüyünə gedəndə də uşaqlar ondan sarı yamanca darıxardılar. Elə Şəfi özü də... İndi isə... gör yazıqlar nə qədərdi mehriban, sevimli atalarını görmürdülər?.. Əlbəttə, sınıxardılar. Solardılar...
Bəbrəkin ağlamsınan səsi eşidildi:
– Bəs qibləgahım hanı, Elməddin əmi?
– Gələcək, Bəbrək, gələcək! — deyə o, Bəbrəkin cod saçlarını tumarladı. Mən dünən görmüşəm onu, sağ-salamatdı, vallah, Məleykə bacı. — O, üzünü Məleykəyə tutdu: — Lap yaxşıdı... Ancaq bir az dişləri ağrıyır. Vəssalam.
– Əyləş, Elməddin qardaş, ayaq üstə niyə durmusan? — Kədərlə Məleykə söylədi, — otur, dincəl.
Elməddin dəhlizdəki mizin arxasında oturdu. Qıçını-qıçının üstünə aşırdı. Evə, dər-divara göz gəzdirdi. Hər şey əvvəlki qaydada qalırdı. Təkcə Şəfi yox idi,
– Necə dolanırsınız, Məleykə bacı?..
– Babat. Sağ ol. Dolanışıqdan korluğumuz yoxdu, əlhəmdüllah. Dərdimiz təkcə Şəfi dərdidi, Elməddin qardaş. Bu uşaqların ürəyi kabab-büryan olub. Gözləri yolda qalıb balalarımın səhər-axşam. Hər gün azı on dəfə soruşurlar. Məktəbdən gəlirlər, soruşurlar: qibləgahım gəlmədi? Yuxudan dururlar, soruşurlar, gəlmədi? Cavab verməkdən yorulmuşam.
– Darıxma, bacı. Lap tezliklə gələcək. Qətiyyən nigaran olmayın.
– Axı nə deyirlər?
– Heç nə! Sadəcə incitmək istəyirlər, qorxutmaq istəyirlər, vəssalam. Qorxurlar, sadəcə!.
– Nə bilim, ay qardaş. Mən qorxuram kişini tələf eləyərlər.
– Yox, onu bacara bilməzlər, Məleykə bacı. Qətiyyən bacara bilməzlər. Ustad balaca adam deyil ki, onu asanlıqla tələf eləmək mümkün olsun. Yox. Qorxularından bunu heç cür eləyə bilməzlər. Çünki o, tək deyil, onun arxasında bütün el-oba durub. Düşmən elə də ağılsız deyil.
– Təki sən deyən olsun, qardaş,
– Yoldaşlardan gəlib-gedən varmı?
– Hə, sağ olsunlar. Ziyaülhəqq tez-tez baş çəkir, təsəlli verir.
– O mənə lazımdı. Ustadı qurtarmaq üçün bəzi işlər görməliyik. Bu gün onunla görüşəcəyəm. Ustadın bir-iki sözünü ona çatdırmalıyam.
– Sağ ol, ay qardaş. Onun da sizdən başqa kimi var ki. Gərək bir-birinizin dadına çatasınız. Sən haçan gəlmisən, Elməddin?
– Bu gün səhər. Hələ heç ağayi Nəcməddini görməmişəm. Birinci bura gəlmişəm. Dedim görüm necəsiniz.
– Ömrün uzun olsun. Zərrintac xanım necədi?
– Yaxşıdı...
– Zəng eləyib gözaydınlığı verərəm.
– Dəyməz, Məleykə bacı!.. — Elməddin, köks ötürdü.
– Bıy, necə dəyməz, qardaş?
– Dəyməz, deyirəm.
Məleykə onu başa düşdü: həssas idi, bu sözün altında gizlənən bütün mənaları anladı Məleykə... Ona görə daha heç nə demədi.
Elməddin ayağa qalxdı.
– Mən gedim.
– Çaydan-çörəkdən bir şey yeyəydin də.
– Yox. Toxam, bacı, sağ ol. — Sonra o, əlini qoyun cibinə atıb on dənə göy minlik çıxartdı və stolun üstünə qoydu. — Xərclərsiniz... Uşaqlara korluq vermə, bacı.
– Pulumuz var, Elməddin qardaş. Ziya qardaş da vermişdi...
– Olsa da, olmasa da. Lazım olar, bacı...
...Ziyaülhəqq Elməddinlə söhbət eləyəndən, Şəfinin həbsxana divarları arasındakı həyatını öyrənəndən, işgəncələrini — döyülməyini, dişlərinin vurulub tökülməyini, dırnaqlarının çıxarılmasını, nəhayət, srağagündən aclıq elan etdiyini eşidəndən sonra, Elməddinin yanında çox qala bilməmişdi. Elməddin bütün bu əhvalatları ona gözləri yaşara-yaşara danışmışdı. Ziyaülhəqq — o soyuqqanlı və təmkinli adam da bu söhbətləri tam əsəbilik şəraitində dinləmiş, bütün əsas məsələləri özü üçün aydınlaşdırandan sonra onunla xudahafizləşib, demək olar ki, başılovlu getmişdi. O açıq deməsəydi də, Elməddin anlamışdı ki, Bəbirin yanına gedir...
Yalnız bundan sonra Elməddnn özündə tam bir sakitlik hiss etmişdi. Zərrintacla görüşündən aldığı ağır təəssüratı unudaraq birbaş ağayi Nəcməddinin yanına yollanmışdı. Onu həyətdə Dünya xanım qarşıladı. Təbii ki, Dünya xanım onu görən kimi çox sevindi. Elməddin həyətə köz gəzdirib Əbdülü görməyəndə:
– Bəs Əbdül hanı ki, qapını sən açırsan? — deyə xəbər aldıqda Dünya xanım yaralı yerinə toxunulmuş adam kimi qüssəli-qüssəli cavab verdi:
– Yoxdu, harasa gedib!.. — Və bu xoşagəlməz söz-söhbətdən qaçmaq üçün dönüb dedi: — Bəs Zərrintac xanımı niyə gətirmədin?
– Nə bilim. Elə dedim bir sizə baş çəkim... Sonra bir yerdə gələrik. Kişi necədi?
– Kişidi də. Böyrünü verib yerə. Yatır.
– Axı nə olub ona?
– Bilmirəm, ağa. Deyir ürəyim ağrıyır... Darvazadan pilləkənlərə qədər olan bu qısa məsafədəki söhbət zamanı Elməddin Dünyaya gözucu olsa da diqqət yetirdi və anladı ki, deyəsən bu evdə də gözəgörünməz, tamaşaçısız bir dram cərəyan etməkdədir; kişinin — top kimi sağlam Nəcməddinin birdən-birə beləcə düşməsi, onun fikrincə, əbəs ola bilməzdi. Çünki Elməddin lap əvvəldən, bu gözəl, mələksimalı qadını görəndə başa düşmüşdü ki, Nəcməddin onun qayınatası səadətini onda tapdığı kimi, bədbəxtliyini də onda tapmalıdı. Belə qadınlar — gözəl, hal əhli olan, incə zövqə malik, şer, musiqi ölüsü olan bu cür gözəllər həyatın min cür dürlü macəralarından uzaqda dayanmağa qadir deyillər və gec-tez onlar belə macəraların əvvəl tamaşaçısı, sonra iştirakçısı, daha sonra isə qurbanı olurlar!
Dünya Elməddinin üzünə gülümsündü, hətta danışığında, rəftarında artıq, kənardan baxan adam üçüp şit və yersiz görünən çalarlar vardı. Dünyanı bəlkə də bunun üçün qınamaq olmazdı, onun təbiəti, xasiyyəti beləydi. Ancaq bütün bunlar kənar adamda onun xəmiri yumşaq, həlimxasiyyətli qadın olması barədə təsəvvür yaradırdı. Və belə təsəvvür, bu ocağın başına gələn adamda pis duyğular oyada bilərdi. Kişilər isə belə qadınlara daha çox meyl edir, onların tez yoldan çıxa biləcəyinə ümid bəsləyirlər və girişirlər. Tutar qatıq, tutmaz ayran! Dünya ilk gündən Elməddində belə təəssürat oyatmışdı. Çox təəssüf ki, bu təəssüratı o, heç cür xəyalının lövhəsindən silə bilmirdi.
«Qadınsan, özü də Nəcməddin kimi bir kişinin qadınısan. Sənə belə rəftar yaramaz, Dünya. Mən sənin qohumun da olsam, sənin belə naz-qəmzə ilə, bəzən işvə ilə danışmağın artıqdı, lap artıqdı. Ola bilsin sən heç də pis qadın deyilsən, ayağısürüşkən deyilsən, səni yüz kişinin içinə də buraxmaq olar, Dünya. Sən burdan salamat, aydan arı, sudan duru çıxa bilərsən. Ancaq rəftarın elədi ki, kənar adamlar sənin haqqında çox tez pis fikrə düşə bilərlər. Amandı, özünü bu pis təsəvvürlərdən qoru. Özün üçün, uşağın üçün, ərin üçün!!»
Elməddin belə düşünür, hətta qəlbinin dərinliklərində qərara gəlirdi ki, bütün bu sözləri bir gün, münasib fürsət düşəndə onun özünə desin. «Hələlik qoy qalsın, sonra danışaram» — dedi ürəyində.
– Səni görməyimə çox şadam, Elməddin. O qədər darıxmışdıq ki, sənin üçün. Çox şükür olsun pərvərdigara ki, sağ-salamat qayıdıb gəlmisən, — dedi Dünya xanım.
Elməddin çox soyuq bir tərzdə:
– Sağ ol... — dedi.
Dünya ondan qabaq içəri qaçdı, çarpayıda uzanmış Nəcməddinə xəbər verdi:
– Kişi, gözün aydın, Elməddin gəldi.
Nəcməddin hələ gözünü açmamış, o, içəri girdi. Qapıpın ağzında ayaq saxlayıb Nəcməddinə baxdı. Kişi ağ yorğan-döşəkdə uzanmışdı. Neçə vaxtdı, görünür, üzünü qırxdırmamışdı — ağappaq saqqalı uzanmış, gözlərinin altı torbalanmış, qaynar gözləri çuxura düşmüşdü. Ancaq ağ qaşlarının altında gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Əlini yorğanın altından çıxartdı. Əli də ağarmışdı, barmaqları sanki uzanmışdı, göy damarları görünürdü.
– Gəldin, oğul?... — deyə o, qapı ağzında dayanan Elməddini seçib tanıdı və zəif səslə müraciət etdi: — Sən gəlib çıxdın?
– Gəldim, qibləgahım... —deyə o da, Nəcməddinin «oğul» sözündən kövrəlib ilk dəfə ona «qibləgahım» dedi və irəli yeridi, onun boynunu qucaqlayıb alnından öpdü.
– Xoş gəlibsən, oğul...
– Sağ ol, qibləgahım!! — Onun səsindəki səmimiyyət, mehribanlıq kişinin qəlbini lap kövrəltdi və parıldayan gözlərinin bulaqlarında yaş gilələndi.
– Sənə nə olub, qibləgahım?
– Heeçç... Elə,.. belə... yəqin... qocalıqdı...
Elməddin yaranan kövrək əhvali-ruhiyyəni dağıtmaq üçün gülümsündü:
– Nə danışırsan, qibləgahım? Qocalıq nədi, zad nədi? Görünür, sadəcə yorulubsan, vəssalam.
– Yox... Məni heç nə yıxa bilməzdi... Məni... heç allah özü də yıxa bilməzdi, oğul... — dedi Nəcməddin və bu sözlərdən sonra dikəldi, oturdu. Elməddin ona kömək elədi və anladı ki, onu nə isə başqa şey yorğan-döşəyə salıb... Ancaq özünü o yerə qoymadı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-efsanesiz-iller-dorduncu-hisse-sekkizinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sən demə, bu cah-calallı imarətdə, gül-çiçəkli həyətdə bir gizli məhəbbət də yaşayırmış. Sən demə, zər-ziba içində süslənən, gözəlliyi ürəklər sızıldadan, gözlərinin dərinliyində bir günahsız körpə məsumluğu gizlənən Dünya etibarsız imiş, vəfasız imiş. Sən demə, həyatda qul kimi yaşamaq üçün yarananlar, məhəbbətdə hakim ola bilməzmişlər, eləcə qul olarmışlar... Sən demə......Nəcməddinin maşını tini burulub səsi eşidilməz olan kimi Dünya xanım eyvana çıxdı, əvvəl hasarın o tərəfindəki xanimana gözucu baxdı, kürən oğlanı görməyib öz həyətlərinə boylandı. Əbdül darvazanı içəridən bağlayırdı. Çönəndə onu elə bil ildırım vurdu: Dünya xanım eyvanın sütununa söykənmişdi. Heykələ oxşayırdı: ağ mərmərdən yonulmuş heykələ. Uzun saçının birini sol çiyni üstündən aşağı salmışdı, yaraşıqlı sifəti ağ paltarından seçilmirdi. Hərəkətsiz halda dayanıb Əbdülə tamaşa eləyirdi. - Əbdül onu şəfaxanadan çıxandan bəri, bu ay yarım ərzində hələ belə ağıllı-başlı görməmişdi. İmkan olmamışdı, çünki Nəcməddin evdən çıxmamışdı, dayə kimi arvadına, uşağına qulluq eləmişdi. Həsrət, gözəl Dünya ilə kəlmə kəsmək, onun məlahətli səsini doyunca eşitmək arzusu Əbdülün ürəyini titrədirdi; o, itiyi itmiş adam kimi, divanə kimi həyət-bacada gəzir, boğazından çörək ötmür, gözlərinə yuxu gəlmirdi. Gecələr, ərarvad öz otaqlarına çəkilib yatandan sonra o da öz hücrəsinə girib yatmaq əvəzinə, arxa hasarın dibinə çəkilir, tül pərdə çəkilmiş pəncərə dalında Dünyanın kölgəsini belə görmək ümidilə saatlarla oturub nəzərlərini o işıqlı pəncərədən ayırmırdı. Açıq havada olmasına baxmayaraq boğulub təngnəfəs olurdu; ürəyi az qalırdı partlasın. Elə əzabla yaşayırdı ki, ölmək bundan yaxşıdır. Qabaqlar, hələ Nəcməddinin evində işləməyə gəlməmişdən qabaq, ac qaldığı, soyuğa düşdüyü, ölümlə pəncələşdiyi vaxtlar az olmamışdı. Ancaq o əzablar bunun yanında toy-bayram imiş, heç əzab da deyilmiş. Görəsən, Dünya xanım da onun üçün belə darıxırdımı? Oxşamırdı, çünki o, heç bir təlaş keçirmir, sanki Əbdülü heç görmürdü. Elə bil o, heç bu həyətdə yox idi, yaşamırdı burda. Bircə dəfə də olsun onun halını soruşmağa, bir xoş söz deməyə can atmamışdı Dünya xanım. «O məndən çox-çox ağıllıdı, yəqin belə lazımdı» — deyə özünə günlərlə, həftələrlə təskinlik verən Əbdülün bu gün lap səbir kasası dolmuşdu, hövsələsi bir tikə olmuşdu.
Üçüncü hissə, yeddinci fəsilBir-birinin vüsalından sehrlənib məst olandan, Dünya xanım öz yatağında, Əbdül isə öz hücrəsində ikilikdə keçirdikləri o xoş anların xəyalatına dalandan sonra bütün həyətdə qəribə bir səssizlik yarandı. Hər şey — hərdən hürən it də, aramsız quruldaşan köyərçinlər də, ara-sıra qaqqıldaşan toyuq-xoruz da, qəfəsdəki dil-boğaza qoymayan bülbül də bu iki bəxtəvər adamın düşüncələrini, xəyallarını dağıtmamaq, pərən-pərən salmamaq üçün sanki qəsdən susmuşdu. Dünya xanım da, Əbdül də azca əvvəl yaşadıqları o sehrli, şeriyyət dolu aləmin gözəlliyinə dalıb bir-biri haqqında düşünürdü. Və bu düşüncələr gah təmiz niyyətlə sevən ürəyin çırpıntıları kimi səmimi, şirin olurdu, gah da hiylə və məkr donuna, qısqanclıq alovlarına bürünub əfi ilana dönür, gözəl duyğular üstündə qərar tutmuş bu məhəbbəti zəhərləyib boğmaq istəyirdi.Səmimiyyət olmayan yerdə məhəbbət yaşaya bilmir. Səmimiyyət məhəbbətə inam, qol-qanad verir, onu böyüdur, ülviləşdirir. Bu həqiqəti Dünya xanım, cavan olsa da, qadınlıq sövq-təbiisi ilə anlayırdı və bu hisslərini indiki yarıbihuş, yarıayıq halında götür-qoy edərək bu qənaətə gəlirdi ki, Əbdül onun üçün əzizdi, şirindi, ləzzətlidi. Ancaq nə olsun? İkisi də keçmişləri etibarilə eyni olsalar da, indi aralarında Nəcməddinin sayəsində dərin bir uçurum var. Dünya uca bir dağın başında dayanıb, Əbdül isə ətəyində. Əbdül hamının gözü qabağında öz ləyaqətilə, zəhmətilə, Dünyasının qərar tutduğu o dağın başına, sevgilisinin vüsalına qovuşmaq üçün çıxa bilməz — bu, onun imkanı xaricindədi. Əbdül ancaq gizlicə, oğrun-oğrun oraya dırmaşa bilər, qısamüddətli, qorxulu-təhlükəli bir görüşdən sonra, yenə gizlicə, heç kəs görməsin deyə sürünə-sürünə aşağılara, öz hücrəsinə qayıda bilər. Dünya milyoner xanımıdı, Əbdül nökərdi, quldu. Dünya xanım camaatın gözü qabağında, zahirdə onunla ancaq bir nökər kimi rəftar etməliydi. Əbdül də həmçinin — ona, onsuz da taleyin qəribə hökmü ilə qul olduğu Dünya xanıma ağa xanımı kimi baxmalıdı, ehtiramını saxlamalıdı. Ona açıq-aşkar bir sevgili kimi baxa bilməz, bu onun həyatı bahasına başa gələr.
Üçüncü hissə, səkkizinci fəsilVə hərlənib yenə beşiyin yanına qayıtdı. Körpə Nəcməddin arxası üstə, şirincə uyumuşdu. Seyrək qaşlarını, böyüklərə məxsus bir ədayla, nəsə ciddi bir şey fikirləşirmiş kimi, çatmışdı. Xırdaca dodaqları, uzunsov çənəsi arabir tərpənir, ancaq gözlərini açıb baxmırdı. Nəcməddin ürəyinə sığışmayan qürurla uşağına tamaşa eləyir, doymaq bilmirdi. «Kaş tez böyüyəydin, əlindən tutub gəzdirə bileydim, məclislərə apara bileydim və hamıya deyə bileydim ki, baxın, bu mənim canım-ciyərim, arxam-dayağım, hurilər hurisindən olan oğlumdu, mənim canişinimdi!» — deyə düşünür, fərəh içində gah beşiyin bu böyründən, gah da o biri böyründən dünyadan xəbərsiz halda yatan çağaya baxmaqdan usanmırdı. Nəhayət, uşaq gözünü açdı, başının üstündə dayanan adama diqqətlə nəzər salıb nə üçünsə gülümsündü.– Niyə gülürsən, oğul? — Nəcməddin böyük adamla danışırmış kimi xəbər aldı, o isə təbii ki, cavabsız buraxdı bu sualı. Kişi şəhadət barmağını onun zənəxdanlı çənəsinə toxundurub dedi: — Demirsən niyə gülürsən? Daha maşallah yekə kişisən. Bu gün bu qoca dünyada düz qırx gündü yaşayırsan. Bizim uşaqlığımız ayrı zəmanəyə düşüb — avamlar zəmanəsinə. Amma indi dünya tamam dəyişib, oğul. Gərək bu qırx gündə sən çox şey öyrənmiş olaydın. Heç olmasa danışmaq öyrənəydin. Bax, bayaq xoşum gəldi səndən, filosof kimi qaşlarını düyüb fikirləşirdin. Fikirləşə bilirsən demək! Fikirləşə bilirsən, onda danışa da bilərsən demək. Heç olmasa mənim kimi adamın oğlu olduğun üçün gərək danışmağı bacarasan, bala. Gözlərini yaxşı aç, mənə — öz doğma atana yaxşı-yaxşı bax, məni tanı. Mən sənin arxanda dağ kimi dayanmışam. Sabah ölsəm belə, yenə sənin arxanda durmuşam, bala. Ad-sanımla, dostlarımla, var-dövlətimlə. Zirək ol, heç kəsdən utanma, heç kəsdən qorxma. Od parçası ol, odun içindən pul götürməyi bacar, bala. Aciz olsan, səni yeyəcəklər, ayaqlar altında tapdalayacaqlar. Bir fransız dahisinin yaxşı kəlamı var: «Ot olub yeyilməkdənsə, qoyun olub yemək yaxşıdır». — Bu zaman körpənin harası ağrıdısa, üz-gözünü turşutdu, başını buladı, ata buna ayrı məna verdi: — Hə, nədi? Razı deyilsən bu fikrimlə? Deyirsən yəni qoyunu da yeyərlər?.. Hə, düz deyirsən, afərin, oğul. Bax, burasını fransız dahisi düşünməyib…
Üçüncü hissə, doqquzuncu fəsilƏbdül dünən Dünya xanımın gizli və oğurluq vüsalından nə qədər xoşbəxt və məst idisə, üstündən cəmi bircə gün keçməmiş, bu gün, yarımca saat bundan əvvəl bir o qədər, bəlkə də ondan on qat çox bədbəxt və miskin olmuşdu. Elə bil, Dünya xanım bircə gecənin içində tamam dəyişmişdi, keçən günkü mehribançılığından, nəvazişindən, məhəbbətindən bir zərrə də qalmamışdı, şən, bəxtəvər o qadından əsər-əlamət qalmamışdı; sanki Əbdülün qabağında Dünya xanımın qiyafəsində, libasında olan, onu əsla tanımayan yad və şübhəli bir qadın dayanmışdı. Qaş-göz, saçlar, dodaqlar Dünya xanımın idi, amma ürək yox; Əbdül heyrət içində idi.Bu gün səhər ağayi Nəcməddini yola salıb darvazanı möhkəm bağlayan Əbdül, aranı xəlvət görüb dünənki səadəti bir də, təzədən yaşamaq, ləzzət almaq üçün yuxarı qalxmaq istəyəndə Dünya xanım pilləkən başında, gözlənilmədən əlinin işarəsi ilə onu saxlayıb üstünə çımxırmışdı:
Стихи других поэтов
Ey Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
Üçüncü adamBir şəkil var önümdəİkimiz dayanmışıq.
Sual–CavabSeyyid mükərrəm, əziz əkrəm,Bu gün hava əcəb tuğyan olubdur,
İmirlu Əmir Aslan haqqında söylədiyi həcvAğlının qan Cavanşir Əmir Aslan gəlirMərd ü mərdanə olub azim meydan gəlir