Üçüncü hissə, doqquzuncu fəsil
Страница 2 из 4 · 25%
– Ay kişi, görürəm, müşkülə düşübsən, gəl falına baxım! Əbdül ayaq saxlayıb döyükdü. Körpünün cəhəngində, sol tərəfdə, çox da böyük olmayan söyüd ağacının altında bir qadın bardaş qurub oturmuşdu. Böyründə, elə torpağın üstündə beş-altı yaşlı qız uşağı yatmışdı — sağ əlini başının altına qoymuşdu. Milçəklər başı üzərində uçur, üz-gözünə qonur, sancırdısa da uşaq oyanmırdı. Çağıranın səsi kişi səsinə oxşadığından Əbdül çaşdı, nəzərləri ilə kişi axtardı. Ancaq o aralarda qadından başqa kimsənə yox idi. Yoluna düzəlib getmək istərkən həmin səs yenə eşidildi:
– Ay kişi, falına baxdırmaq istəmirsən? — Bu həmin qadın idi. — Gəl bəri, ayaq saxla. Peşman olmazsan, kişi.
Əbdül öz aləmində təəccüb elədi ki, qadında da belə səs olar? Lap elə bil kişidi. Və maraq onu yolundan elədi, burulub ağacın altına gəldi, qadına, uşağa diqqətlə baxdı. Qadın qırx beş-qırx altı yaşında ancaq olardı, üzü çopur idi, necə deyərlər, elə çopur idi ki, sifətinə bir ovuc darı atsaydın, bircəciyi də yerə düşməzdi. Amma uşaq elə gözəl idi ki, adam inanmaq istəməzdi ki, bu qəşəng qız belə qara, yöndəmsiz və çirkin arvadın uşağıdı, onun döşlərindən süd əmib. Qadının səsi hökmlü idi. «Otur, falına baxacağam!» — dedikdə Əbdül qəti etiraz eləmədi. «Qoy görək nə deyəcək?» — deyə arvadın qabağında çömbəltmə oturdu. Qadın dizinin altından bir dəstə kart çıxartdı, qarışdırdı və Əbdülün üzünə baxıb dedi:
– Görürəm, bir qadın səni müşkülə salıb, kişi! Əvvəlcə on rupini qoy ovcuma, sənə hər şeyi olduğu kimi deyim. Tez ol, yubanma indi müştərilər gələcəklər, yubanma.
Əbdül arvadın bir əfsunkar olduğunu zənn elədi. Xüsusilə onun «görürəm bir qadın səni müşkülə salıb!» — deməsi onu lap maraqlandırdı, bu cəhətə də fikir verdi ki, Əbdül onun sözlərini sözsüz-sovsuz yerinə yetirirdi. «Gəl» dedi, gəldi. «On rupi ver» — dedi, verdi.
– Hə, indi barmağınla kəs bu kartları. — Əbdül şəhadət barmağı ilə kartları ortadan ayırdı. — İndn o qadının şəklini də mənə təsvir elə. Necə qadındı? Boy-buxunu, rəngi... Onu da bil ki, düz deməsən fal düz çıxmayacaq. Yaxşısı budu düzünü de, kişi. — Əbdül ani fikrə getdi. Nəhayət, ürəyində tutduğu Dünya xanımın nəm-nişanını söylədi: Ortaboylu, cavan bir qadındı. Ənliksiz-kirşansız daha gözəl olur. İpək kimi yumşaq saçları var.
– Kifayətdi...
Sonra arvad kartları ayırmağa, seçməyə, bir-bir yerə düzə-düzə danışmağa başladı. Və soruşdu:
– Evlərindəki ağbaş kişi kimdi?
Əbdül o dəqiqə Nəcməddini gözünün qabağına gətirdi və təəccübdən cavab verməyi unutdu. Qadın təkrar xəbər aldı:
– O ağbaş kişi onun əridi?
– Hə!! — Əbdül qeyri-ixtiyari cavab verdi.
– Bir uşağı var o qadının. Onun üstündə çox əsir. Və başına gələn bütün işlər o uşağın üstündədir. İndi səninlə o qadının arası soyuqdu. İndi bərk qorxu içindədir, uşaq üçün, canı üçün çox qorxur.
Əbdül yenə qeyri-iradi dedi:
– Elədir.
– Arada bir adam da var.
– Adam da var?
– Hə. Ancaq onların arasında hələ heç nə olmayıb. O, səndən cavandı, qəşəngdi. Kürən bir oğlandı. Arvadın ondan xoşu gəlir, ürəyinə salıb, ancaq heç nə demir, ya qorxur, ya ürək eləmir. Eləcə susub durur. Axırınız yaxşı olacaq — heç sən təsəvvür eləmirsən necə yaxşı olacaq...
Arvad daha nə isə deyirdi, ancaq Əbdül daha eşitmirdi. «Kürən» sözü onun bütün varlığını alt-üst eləmişdi. Demək bu qadın hər şeyi- bilir, düzgün deyir. Arada kürən bir oğlan var. Həqiqətən də var — qonşunun oğludu bu... Bəli, Dünyanın ondan xoşu gəlir... Elə gözünün biri onların evindədi, darvazasındadı... Ay sənin, Dünya. — Əbdül arvadın yanından necə getmişdisə, necə bazarlıq eləmişdi demək olar ki, yadında deyildi. Xörəyi də necə bişirmişdi, xatırlamırdı. Bir onu bilirdi ki, arada kürən var, vəssəlam. Hər şey gözünə kürən rəngində görünürdü. Dünyaya qəlbində sonsuz, nəhayətsiz bir şübhə oyanmışdı. Falçı arvadın sözləri qulaqlarından çəkilib getmirdi. Özü isə dünya başına uçmuş kimi idi – key olmuşdu sanki, ürəyini parçalamışdılar sanki. Dünən dünyanın ən xoşbəxt adamı olan Əbdül bu gün bədbəxt bir adam idi…
Nəcməddin evə kec gəlmişdi. Neçə vaxt idi ki, Elməddin həbsxanada olduğundan bəzi ən mühüm işləri özü görməli olurdu və möhkəm yorulurdu, çox vədə çörək yeməyi də yaddan çıxarırdı. Bu gün də — Əbdülün kefinə əvvəlcə Dünyanın, sonra kürənin, daha sonra isə falçı arvadın soğan doğradığı gün də Nəcməddin evə naharsız qayıtmışdı. Dünyanın əhvalı yaxşı idi, deyib-gülürdü. Ancaq Əbdül Nəcməddinin gözünə dəymirdi. Kişi yuyunub təmizlənmişdi, yemək istəyirdi. Süfrə isə hazır deyildi. Şam yeməyinin vaxtı idi.
– Bəs bu gədə hanı, Dünya xanım?
– Nə bilim, bu gün bazara gedəndə görənəm, ondan sonra buralara hərlənməyib.
Ağayi Nəcməddin eyvanın o başına getdi, Əbdülü harayladı:
– Əbdül, Əbdül!
Əbdülün hücrəsinin qapısı açıq idi, ancaq səs-səmir gəlmirdi.
– O beçə, hardasan?
– Bəlkə bir yerə gedib? — deyə Dünya ərinin yanına gəldi, böyründə dayanıb açıq qapıya sarı baxdı. Və düşündü ki, o, yəqin küsüb, ya da mənim sözlərimdən sonra özündə deyil. Səhərki vəziyyətini gözünün qabağına gətirib Əbdülün halına bir anlığa acıdı və sonra «əh, qoy cəhənnəm olsun, durub onun nazı ilə oynamayacağam ki!» — deyə düşündü. Nəcməddin qanrılıb arvadına baxdı:
– Xətrinə-zadına dəyməmisən ki?
– Yoox...
– Bəlkə ölüb, ya xəstələnib?
Nəcməddin aşağı endi, hücrəyə gəldi, əllərini qapının çərçivəsinə dirəyib içəri boylandı. Əbdül taxtın üstündə uzanmışdı. Üzüqoylu.
– Əbdül! — O, bərkdən qışqırdıqda, Əbdül dik atıldı, qıçlarını taxtdan sallayıb oturdu və gözlərini ovxaladı:
– Bəli, ağa?!
– Harda batmısan, o beçə? Bu nə vaxtın yatmağıdı, hə? Əbdül əzgin və taqətsiz halda qalxdı:
– Ağa, xəstəyəm, yaman xəstələnmişəm. Ölürəm lap.
– Ölməzsən, ölməzsən. Bizim yeməyimizi ver, sonra ölərsən!
Əbdül ağasının üzünə baxdı — qızarmışdı gözləri, ağlamışdı. Ancaq içəri alaqaranlıq olduğundan Nəcməddin bunu görə bilmədi: Əbdül onun ağappaq saçlarına baxdı. «Görəsən o falçı arvad hardan bildi ki, sənin saçların ağdı, ağa?!» Və Dünya ilə yaxın olduğu gündən bəri birinci dəfə bu cüssəli, zabitəli, eyni zamanda özünü çox ağıllı, üzaqgörən hesab eləyən Nəcməddinə – öz ağasına yazığı gəldi. Həqiqətən Dünya onu yazıq eləmişdi, əski parçası eləmişdi. Doğrudur, bunu hələ heç kəs bilmirdi, ancaq Əbdül ki bilirdi. Dünya indi onu da — Əbdülü də kiminsə gözündə yazıq eləmək, əski parçası eləmək istəyirdi. Yox, Əbdül öləcək, ancaq buna imkan verməyəcək. Sonra ani olaraq fikirləşdi ki, qadın xəyanət eləmək istəməsin, istəsə, sandıqda saxlasan da, istədiyini eləyə bilər. Belə qadının xəyanətinin qarşısını almaq üçün yalnız bir yol var — o da ölümdü, ancaq ölümlə onu bu yoldan saqındırmaq olar!
– Gözlərini nə döyürsən, o beçə?! Tərpənsənə. Acından qarnım fit çalır. Tez ol, lap tez...
– Baş üstə, ağa.
– İçki də gətir. İçərik, kefimiz açılar!!!
Ağayi Nəcməddinin bu son sözləri Əbdülün lap ürəyindən oldu. Bayaqdan içmək, lap çox içmək istəyirdi ki, bəlkə dərdini unutsun — ona rahatlıq verməyən bu kürən əhvalatını unutsun. Çünki lap hövsələsiz olmuşdu. Çox qəribə idi ki, yalnız bu gün başa düşmüşdü ki, Dünyanı nə qədər sevirmiş, Dünya son dərəcə onun üçün əzizmiş. Və onu, təzə-tər çiçəyi kimsə, başqa bir adam (Nəcməddindən başqa) qoxlayarsa, onun ürəyi partlar. Yox, Əbdül bunu heç cür ağlına sığışdıra bilmirdi. «Yaxşı, mən sənin həyatında artığam, bəs o kimdi? O artıq olmayacaqmı? Axı... sənin nəyin əskikdi, Dünya?!» — deyə ildırım surəti ilə fikirləşirdi, düşünə-düşünə süfrə açırdı, xörək qızdırırdı.
O indi Dünya ilə bir miz arxasında oturub şam etməyin əzablı olacağını bilirdi. Payını götürüb öz hücrəsinə çəkilər, ancaq ağa yəqin ki, içkiyə görə buraxmayacaqdı. Belə də oldu. Əbdülün təkidinə baxmayaraq, Nəcməddin əl çəkmədi. Üçü də şam yeməyinə oturdular. Sözsüz-söhbətsiz oturub içirdilər. Nəcməddin ac olanda süfrə başında qəti danışmazdı — iştahla yeyərdi. Azca gözünün qurdunu öldürəndən sonra başını qaldırıb ətrafa baxar, yanındakılarla danışardı. Dünya isə ac oldu, tox oldu, fərqi yoxdu – ya danışardı, ya da gülümsünərdi. Bu gün xüsusi həvəslə yeyirdi, şad idi ki, Əbdülü başa salmışdı, rahatlanmışdı, Əbdülün onun səhərki sözlərindən sonra haldan-hala düşməsi, ölüb-dirilməsi, xəstələnməsi Dünyaya bir tərəfdən ləzzət verirdisə, o biri tərəfdən əzab verirdi. Onun qəmli gözlərinə, az qala bükülmüş belinə baxanda Dünya xanımı gülmək tuturdu. Adəti idi, bəzən o, belə şeylərdən qəribə — hətta özünün də təəccüb elədiyi bir nəşə duyurdu. «Qoy əzab çəksin, qoy həsrət çəksin, qoy şirin olum bir az da, qoy darıxsın mənim üçün bir az da. Yox, çox sevir məni, çox sevir. Qoy sevsin, sevilməkdən şirin şey yoxdu dünyada. Bu, hətta ömürdən də qiymətlidir. Sevgisiz, məhəbbətsiz ömür, işığı sönmüş bir xanimana bənzər, adamın ürəyinin gözü kor olar. Sən də qəribə adamsan, Əbdül. Mən nə deyirəm inanırsan; «Sevmirəm» deyirəm, inanırsan. Sən mənim dilimə fikir vermə, gözlərimə bax, Əbdül. Dilim ayrı şey deyə bilər, ancaq gözlərim yox. Açığı, səni incitməkdən ləzzət alıram. Sən uşaq kimi safsan, təmizsən, sadəlövhsən . Yüz incidirəm, bir xoşbəxt eləyirəm səni. Məgər bu pisdi? Belə olmasa sən mənim qədrimi bilməzsən. Məndən tez doyarsan, bezərsən. Mən istəmirəm sən məndən doyasan, bezəsən. Mən istəyirəm ki, sən həmişə nigaran yaşayasan, nigaran qalasan ki, mən səni sevirəm, ya yox?! Arxayın olmayasan, onda qudurarsan. Çünki mən bilirəm ki, kişilər qudurğan olur, sevdiyini bildimi, qurtardı — səni daha o qədər sevməyəcək. Elə deyəsən qadınlar da belədir, mən də beləyəm. Səndə nə isə bir sehr var, Əbdül, maqnit var, cazibə var, — ha əlləşirəm bu sehrdən, bu əfsundan qurtara bilmirəm. Bəlkə heç sən özün də anlamırsan ki, necə qüdrətlisən məhəbbətdə, necə şirinsən, necə incəsən — sən çirkab içində bir şahzadə balasısan ki, heç kəsin bundan xəbəri yoxdu. Mənim bu az ömrümdə gördüyüm iki kişidən birincisisən. İnanmıram ki, səndən sonra sənin kimi bir kişi görə bilim, Əbdül. Heç istəmirəm də. Lazım da deyil. Mən səndən başqa heç kəsin olmayacağam, səni də heç kəsə verməyəcəyəm, Əbdül...».
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-efsanesiz-iller-ucuncu-hisse-doqquzuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hacı şəhərin sakit, bağ-bağatlı bir məhəlləsində, akademiyanın və təzə tikilməkdə olan metronun yanındakı binalardan birinin beşinci mərtəbəsindəki tək otaqlı mənzilin qapısının zəngini basdı. Qapının üstünə ağ dəmir lövhədə sarı xətlə «S.A.Hüseynov» yazılmışdı. «Saleh Əlişir oğlu Hüseynov… Bu oğlandan çox şey öyrənmək mümkündü. Ceyhunun dostu olub– Salman, Nadirə onu çox yaxşı tanıyır – atası da Salmanın yaxın adamlarındandı…»
Birinci hissə, on ikinci fəsilŞər qarışan vaxtıydı. Zərli pərdələri kənara çəkilmiş pəncərədən içəri qərib axşam qaranlığı axıb dolurdu. Otaq sükut içində mürgü vururdu. Elə sakitlik idi ki, sanki dörd otaqlı bu mənzildə heç kəs yox idi. Nurəddin yumşaq kresloda yarı uzanmış halda oturub qıçlarını xalça üstə uzatmışdı və nəfəsliyi açıq pəncərədən çölə baxa-baxa fikirləşirdi ki, görəsən arvad-uşaq hardadı. Samirdən səs-səmir yox idi, Mürşüdün evdə olub-olmadığı çox vaxt hiss edilmədiyindən o, təyin edə bilmirdi ki, oğlu burdadı ya yox. Ürəyi sıxılırdı, iri, kobud əliylə ürəyinin üstünü ovxalayırdı, ancaq küt ağrı azalmırdı, təngnəfəslik keçib getmirdi. İşığı yandırmaq lazım idi, ancaq Nurəddin qalxıb qapı ağzındakı düyməyə barmağını uzatmağa ərinirdi.İşdən gələndən sonra elə kresloda bir saatacan çimir eləmişdi, idarədə başını-beynini yorub şişirtmiş gərginlik bir az azalmışdı. Telefon zəngləri, ayrı-ayrı adamlarla söhbətlər, gah qan qaraldan, gah fərəh bəxş eləyən qayğılar hər gün bu və ya digər şəkildə təkrar olunduğundan bezdirici, usandırıcı görünürdü Nurəddinə. Ancaq son vaxtlar deyəsən buna adət eləmişdi. Bunlar olmayanda, xüsusən şənbə və bazar günləri darıxırdı. Səbəbini çox düşünüb tapmışdı; evdə hakimiyyət yox idi. Özünü çox zabitəli, hökmlü adam saysa da, bu kiçik ailə artıq onun idarəsi altından çıxmışdı. Böyük oğlu arvad-uşaq sahibi olandan sonra, demək olar ki, ayağını ata mülkündən çəkmişdi. Hərdən bir zəng eləməklə kifayətlənərdi. Samirə onun narahat, çılğın rəftarına uzun ilər dözə-dözə artıq biganələşmişdi – Nurəddinin xoş sözünün də, qəzəbinin də onun üçün heç bir təsiri və əhəmiyyəti yox idi. Bazar-dükan, biş-düş idi Samirənin işi. Xörəyi yaxşı çıxanda, duzu-tamı yerində olanda sevinirdi. Təzə, yağlı ət, ölüşgəməmiş göy-göyərti, içi puç olmamış turp alanda xoşhal olurdu. Ərinin kitabının, məqaləsinin, əsərinin çıxmasının elə bil zərrəcə ona dəxli yox idi. Sanki onlar tamam yad bir adamın kitabı – əsəri idi ki, Nurəddin evə gətirirdi, ilk vaxtlar yazı stolunun üstə saxlayıb bir neçə gün gedib-gəlib, oturub-durub baxırdı, gələn dostlarına fərəhlə üstünü yazıb bağışlayırdı. Onlar da onu ağız dolusu tərifləyirdi, «Sən bizim böyük alimimizsən, səninlə fəxr eləyirik!» - deyirdilər. Bəzən Samirə xörək gətirəndə, çay verəndə belə söhbətlərin istər-istəməz şahidi olurdu və nədənsə ona elə gəlirdi ki, bax bu adamlar yalandan, könlü xoş olsun deyə, uzaqgörənlik edib Nurəddini tərifləyirlər; ya ikiüzlüdülər onlar, ya da yaltaqdılar. Samirənin, evdar qadın olsa da, universiteti bitirəndən, Nurəddinə ərə gedəndən sonra, ictimai həyatdan, öz sənətindən ayrı düşüb bu dörd divar arasında yaşasa da, bir çox məsələlərdə olduğu kimi, əri barədə də öz fikri var idi. Düzdü, o, bunu indiyəcən dilinə belə gətirməmişdi. Ancaq ürəyindəydi bu fikri və ürəyində deməkdən heç kəsdən, hətta Nurəddinin özündən də qorxmurdu – çünki, - Samirə şükür eləyirdi – nə yaxşı ki, Nurəddinin telepatlığı yoxdu. Yoxsa onun yeganə «azadlığ»ı – qəlbində sərbəst, qorxusuz-ürküsüz fikir söyləmək, düşünmək «azadlığ»ı da əlindən alınardı və onda Samirəni heç nə bu evdə saxlaya bilməzdi. Baş götürüb gedərdi – çünki onda Nurəddin arvadının onun barəsindəki fikrini açıq-aydın oxuyardı və dözməzdi. Samirənin isə, Nurəddini dünyada hamıdan yaxşı tanıyan bir insan kimi, fikri çoxdan qətiləşmişdi: Nurəddinin özü nədi ki, yazdığı da nə ola! Hələ tələbəlik illərində, Heydər Hüseyn, Əli Sultan, Aslan Aslanzadə kimi məşhur alimlərin kəlamlarına qulaq asan Samirənin beynində belə bir qənaət yaranmışdı ki, yaxşı insan olmayan yaxşı kitab yaza bilməz. Kitab yazan adam gərək fövqəlbəşər olsun, təmiz olsun, müqəddəs olsun, lap gərək allah olsun. Alim də, şair də… Bax, gərək belə olsun. Kim deyə bilər, kim ağlına sığışdıra bilər ki, Nizami, Bəhmənyar, Nəsimi, Füzuli, Seyid, Sabir… pis adam olublar?.. Adamın dili quruyar belə desə, ürəyi yanıb parçalanar belə düşünsə!.. Olub – Samirə bilirdi – olub ki, pis adamlar da kitab yazıblar. Ancaq hanı onların kitabları?.. Özlərinin pislikləri oduna yanıb kül olublar o kitablar!
Həsrətağların başına qar yağmışdı, ətəklərində isə hələ də göymeşə uzaqdan qara tala kimi görünürdü. Şaxta adamın üz-
Meşədəar altında nəfəs alan şam meşəsində sakitlikdi. AğaclarınQ yana əyilmiş budaqlarından asılmış sırsıralar bu yerlərdə