Həsrət
Страница 3 из 4 · 50%
– Danış, danış…
– Pinəçi idim. Balaca bir dükanım vardı. Koburnat bağının tinində idi. Hər gün səhər gedib dükanımı açırdım, müştərilərimin ayaqqabılarını yamayırdım. Gündəlik yeməyimiz çıxırdı. Bəzən iş vaxtı qurtarandan sonra da, istirahət günləri də işləyirdim. Arvadımı, iki körpə balamı pis dolandırmırdım.
Əsgərliyə çağırış vərəqəsi gələndə evimiz yasa batdı. Arvadım sənətsiz, oxumamış bir qadındı. Ailə mənim əlimə baxırdı. Məni, uzun sözün qısası, çağırıb apardılar. Çox adamı aparırdılar. Mən də getdim… Yaxşı ki, bizi uzağa aparmadılar. Elə Bakının yaxınlığında kazarmalarda əsgərliyimizi eləyirdik. Təlim keçirdik. Bax elə mənim faciəm burda başlandı. Mən rus dilini bilmirdim. Neynəyim, rus məktəbi oxumamışdım, evimizdə rus dilində danışan olmayıb. Nə danışırdılar, başa düşmürdüm. İki nəfər azərbaycanlı idik. Leytenantımız vardı. Adını bilmirəm, familiyası İvanovdu. Əzazilin, əclafın biri idi. Sırada iki azərbaycanlı yanaşı gedirdik. Əmr verəndə, danışanda mən heç nə başa düşmədiyimdən deyirdim, ay Mamed, o nə deyir? O da deyirdi ki, məsələn deyir sağa dön. Dönürdüm. İvanov bunu başa düşdü. Bizi ayırdı. Onu cərgənin lap axırına, məni lap qabağına gətirdi.
Bir dəfə mənə nə isə əmr elədi. Danışdı, danışdı. Mən gözlərimi döyə-döyə ona baxıb qaldım. Gözümlə Mamedi axtardım, yox idi. Kimnən soruşum ki, o nə dedi, bir şey anlatmadılar mənə Qayıtdım.
Bildi ki, heç nə başa düşmədim. Çağırdı, hirsli-hirsli, ağzı köpüklənə-köpüklənə nə isə danışmağa başladı. Onu bildim ki, ana söyüşü söyür. Özümü saxlaya bilmədim, irəli yeridim ki, qulağının dibini qızışdırım. Dedim:
– Ay yoldaş, sən nə istəyirsən məndən?
Qaçdı. Bir saatdan sonra məni təkadamlıq otağa saldılar, qapını bağladılar. O qalmaqnan düz on gün orda bir tikə çörək və bir quruşka su ümidinə qaldım. Nə başını ağrıdım, bir sümük, bir dəri çıxdım ordan. Çıxan kimi yenə mənə sataşdı.
– Yoldaşı, kak dila? – dedi və əlini gicgahına aparıb işarə ilə başa saldı ki, ağlın başına gəldi, ya yox? Dişim bağırsağımı kəsirdi. Ondan böyüyə – polkovnik Starikova şikayət eləmək istəyirdim. Yaxşı kişi idi. Ancaq nə fayda ki, dilini bilmirdim. Desəydim onun atasını yandırardı. Dişim bağırsağımı kəsirdi. Təlimdə atamı yandırırdı. Süründürürdü, səngər qazdırırdı. Hamıdan çox məni işlədirdi. Elə hey yoldaşi deyib məni ələ salırdı. Neçə dəfə ağlıma gəldi ki, beynini qoyum güllənin qabağına, vurum, qatıq kimi dağıdım. Uşaqlarım, ailəm, gəlib dururdu gözümün qabağında. Qalırdım belə.
Qırx birin sentyabrında bizi İrana tərəf tərpətdilər. Bakının yanından, lap bizim küçədən keçib gedirdik. Eloğlumla danışdım ki, bəs mənimlə gedək İvanovun yanına, icazə istəyək, beş dəqiqə girim evə, uşaqları görüm, qaça-qaça gəlib çataram.
Getdik, dedik, şümür oğlu şümür razı olmadı. Nə qədər yalvardım – öz dilimdə yalvarırdım. Əsər eləmədi. Evimizin yanından, küçəmizdən keçib getdik. Yaş məni boğurdu. Amma əlimdən nə gələrdi? A zalım oğlu, sənə neynəmişdim? Niyə mənim həyatımı pozdun, niyə qoymadın axırıncı dəfə balalarımı görəm? Axı insanıq biz, bizim sinəmizdə insan ürəyi olmalıdı, daş yox. Nə isə. İranda – Təbrizdə də bu məndən əl çəkmədi.
Bir gün məktub aldım, qızımın öldüyünü xəbər verirdi arvadım. Bilirsən, qızım hansı gün ölüb? Mən bizim küçədən keçən günün səhəri, sübh tezdən ölüb, bala. Mən bir də onu görə bilməyəcəyəm. Ölüb mənim balam, anamın adını qoymuşdum, oğlum qədər istəyirdim, təzə-təzə dil açıb ata-ata deyirdi. Leytenantı hər görəndə yaram təzələnirdi, balamın səsi qulağıma gəlirdi. Məni qızımla axırıncı görüşdən məhrum eləyən cəllad gündə qara tikan kimi gözümə batırdı. Bir gün yuxu gördüm. Qızım başını dizimə qoyub altdan-yuxarı mənə baxır, asta-asta deyirdi:
– Sən məni istəmirdin, ata!
Mən onun qumral saçlarını sığallaya-sığallaya cavab verdim:
– Niyə istəmirdim, bala? Sən özün bilirsən ki, atan səni nə qədər çox istəyir.
– Yox, istəmirsən – deyirdi. – Mən naxoş olanda elə hey səni çağırırdım. Ancaq sən gəlmədin. Mən sənsiz öldüm. Ancaq mən səndən vəfalı çıxdım. Öləndən sonra da sənin yanına gəlmişəm. Yoluzadı tanımırdım. Uça-uça gəlmişəm. Hər gecə gələcəyəm, ata. Mən səni çox istəyirəm.
– Mənim təəccübdən gözlərim böyümüşdü. Qızım lap böyük adam kimi danışırdı. O danışdıqca mən ağlayırdım. Yuxudan dəli kimi ayıldım, xeyli fikirləşdim. «Hər gecə gələcəyəm, ata. Mən səni çox istəyirəm». Onun bu sözləri indi də, üstündən neçə il keçməsinə baxmayaraq qulaqlarımda səslənir. Yatmaq istədim, qoy qızım yenə gəlsin, yenə danışsın. Ancaq yata bilmədim. Fikrim yenə öz doğma küçəmizdən, doğma evimizin yanından keçdiyim zamana qayıtdı. Elə o gecə qızım məni çağırırmış, çağırırmış. Ax, səni lənətə gələsən, lənətə gələsən, cəllad, qatil, daş ürəkli. Yox, bu qisası səndə qoymaram. Bəlkə də o gecə o, məni görsəydi, heç ölməyəcəkdi. Bəlkə ömrü uzanacaqdı. Birdən beynim qıjıldadı. Mən belə anlarda heç nə başa düşmürəm, nə elədiyimi bilmirəm. Geyindim, finkamı götürdüm. Yavaşcana onun çadırına girdim. Yatmışdı. Bir əlimlə ağzını tutub, o biri əlimlə bıçağı boğazına çəkdim. Çəkdim və boğuq xırıltı eşidildi. Toyuq kimi iki-üç dəfə çabalayıb süstlədi. Çıxdım. Özümü rahat hesab elədim. Necə rahat? Sonra qaçdım, qaçdım. Ayağım yer tutduqca qaçdım. Xanabad kəndinə çatanda hava işıqlaşırdı. Bir kəndlinin evinə girdim. Paltarımı dəyişdim. Asta qaçana göy imam qənim olsun. Qaçdım, qaçdım. Bir ay sonra Əfqanıstan sərhədinə gəlib çıxdım. Xusab-da neçə gün qalandan sonra Ənardərəyə gəldim…
O zamandan mənim səfil-sərgərdan həyatım başlandı. Bilirəm, məni qaçandan sonra çox axtarıblar. Tapa bilmədilər. Bilməzdilər də. Ancaq ailəmi, bilirəm, məhv elədilər. Bu, onların əlindən gələrdi. Bu, çox asan işdi onlarçun.
O, susub qırış-qırış alnını bir az da qırışdırdı. Bu dəqiqə o, kimisə mənə xatırlatdı. O kimə oxşayırdı? Yox, xatırlaya bilmirəm. Fikir məni götürdü. Bilib tanıdığım adamlar gözümün qabağına gəlməyə başlayanda o dedi:
– Bizim ailədən indi bircə nəfər sağ adam var.
Mən tələsik xəbər aldım:
– O kimdi?
– O qızımdı, bala.
– Axı… sən dedin ki, o…
– Hə, mən dedim ki, o, ölüb. Ancaq o ölməyib. O, sağdır. Mənim fikrimdə, ürəyimdə o, sağdır. Sözünə əməl eləyir. Hər gecə yanıma gəlir, yuxuma girir. Böyüyüb, qəşəng qız olub. Hər gecə yuxuma girir, dərdləşirik. Ona əlləri çatmayıb. Amma oğlumu, arvadımı…
– Deyirsən öldürüblər?
– Yəqin, bala.
– Axı… - yenə fikrimdə götür-qoy eləyə-eləyə diqqətlə kişiyə baxırdım. Onun üzünün cizgiləri mənə çox tanış gəlirdi. Danışdıqca, dərdlərini deyib yüngülləşdikcə rəngi, üzünün cizgiləri aydınlaşır, mənim çox gördüyüm bir adam qiyafəsinə düşürdü.
– Axı, sənin oğlunun adı nə idi, əmi?
– Qurban olduğumun adı Sultan idi, bala!
– Sultan? Salmanzadə?
Kişi dik atıldı, gözləri böyüyüb hədəqəsindən çıxdı, qaşları yuxarı qalxdı. Qolumdan tutub silkələdi:
– Sultan Salmanzadə. Bəli Sultan… Sən onu tanıyırsan? Sultan Salmanzadə Xəlil oğlu?
– Arvadınızın da adı Həlimədi, eləmi?
– Həlimə, Həlimə – deyə o, az qala qışqıra-qışqıra cavab verdi və təkrar elədi:
– Həlimə, Həlimə.
– Tanıyıram, əmi, tanıyıram.
O süstəldi. Qüvvəsi tükənmiş adam kimi stula oturdu. Stul altında silkələnib cırıldadı.
– Ox, başına dönüm, ay bala. Səni Allah hayandan yetirdi mənim üçün?! – Gözlərindən yaş axa-axa, məzlum-məzlum mənə baxdı.
– Sakit ol, Xəlil əmi, sakit ol. Ailən sağ-salamatdı. Özünə gəl, hər şeyi sənə yerli-yataqlı danışacağam – deyib fikrən ötən günlərə qayıtdım.
Sultan mənim iş yoldaşım idi. Yaxşı savadlı, ağıllı bir oğlandı. Xəlil kişinin başına gələn əhvalatdan sonra Həlimə xalanı Sultanla birgə Sibirə göndərmişdilər. Neçə il o tərəflərdə qalıblar. Həlimə xalanın sağ qulağını soyuq aparıb. İndi – neçə il bundan qabaq onları da buraxıblar.
Mən hər şeyi ətraflı danışdım. Xəlil əmi təpədən dırnağa qulaq kəsilib məni dinləyirdi.
– Ay bala, səni and verirəm o cavan canına, mənə dediklərin düzdü, ya yox?
– Balamın canı üçün. Əmi deyirəm, Sultan mənimlə can bir qəlbdə dostuq. Sizin evinizə gəlib gedirəm. Onlar bizə gəlirlər. İnişil Sultana toy elədik, yaxşı bir qız aldıq ona. Toyunda özüm tamadalıq eləmişəm. Sultanın indi bir qızı olub. Adı da Səmirədir.
– Səmirə?
– Hə.
– Ölən qızımın adını qoyub. Onun da adı Səmirə idi. Həlimənin işidi. Həlimə də onu mənim kimi çox istəyirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-hesret
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rəhgüzər «Pərçəm»in redaksiyasına gəlmiş məktubları nəzərdən keçirirdi. Kefi kök idi. Əli Tüğyana vaxtında və həm də tutarlı cavab vermişdi. «Tarixi, mədəniyyəti, ədəbiyyatı qədim olan, təmizliyi, mərdliyi ilə şöhrət tapmış vətənimizə, xalqımıza arxa çevirən, şərafətinə dodaq büzən, mənafeyinə xəyanət edən hər kəsə — hətta əlahəzrətin özünə də tutarlı zərbə endirməliyik. Qoy bilsinlər, hiss etsinlər ki, bu millətin oğulları yatmayıb», — deyə düşünən Rəhgüzər gələn oxucu məktublarını, şerləri, məqalələri seçib ayırır, bəzilərini gözucu nəzərdən keçirir, ciddi və mühüm məsələlərə toxunan məktubları seçib bir kənara qoyurdu. Elməddinin rəssam olması Rəhgüzəri xüsusilə sevindirmişdi. Qəzetə yaxşı bir rəssam lazım olduğunu elə onun birinci nömrəsi çıxanda dərk etmişdi — amma bir etibarlı, münasib adam tapmamışdı. Təkəm-seyrək çıxan şəkilləri o, tanış bir rəsm həvəskarına çəkdirirdi ki, bunların da keyfiyyəti onu təmin etmirdi. Bundan əlavə, o adamın bunlarla həmkarlıq etməyə heç həvəsi yox idi. Qorxurdu. Bir dəfə açıqca Rəhgüzərə demişdi: «Sizin ağzınızdan qan iyi gəlir, qardaş! Mən özümü, gözüm baxa-baxa odun-alovun içinə ata bilmərəm!»Rəhgüzər isə qəzetin hər nömrəsində şəkil, karikatura vermək və bununla da qəzetini oxunaqlı etmək istəyirdi. Elməddinin şəxsində, indi belə bir imkan tapmışdı.
Üçüncü hissə, iyirmi birinci fəsilKülək pəncərələri tərpədir, həyət-bacada fit çala-çala cövlan eləyirdi. Elməddin içəridə, mizin arxasında oturub yazı yazsa da, fikrinin gözü ilə görürdü ki, sərsəri külək artıq çılpaqlaşmaqda olan ağacların son yarpaqlarını necə də yoluşdurub qabağına qataraq aparır. Səhər həyətdə bir yığın xəzəl görəcəyinə heç şübhə etmirdi. Belə havalarda o həmişə darıxardı. Nəhayətsiz bir qəm ürəyini sarır, fikri bir yerdə qərar tutub qala bilmirdi. Gah qardaşının ölüm səhnəsi, gah kimsəsiz, dörd divar arasında qoyub gəldiyi və bir də heç vaxt üzünü görməyəcəyi anası, gah da əsrarəngiz bir halda yoxa çıxmış Əfsanə yadına düşürdü; şəhərə gəldiyi ilk günlər, çətinliklər, iş tapandan və yazılarını dərc etməyə imkan əldə edəndən sonra duyduğu sevinclər xəyalında canlanırdı. Və sevinclər kənd xatirələrinin üstünə kölgə salır, onun ürəyində inam və ötəri qürur hissi doğururdu. İndi o, əsl yola çıxmışdı. Bu yolda tək deyildi, Rəhgüzər kimi yoldaşı var idi. Bu yolu axıracan başa vurmaq, özü də şərəflə başa vurmaq onun özündən asılı idi. «Yox, tək özümdən asılı deyil, — deyə özü-özünə etiraz edirdi, — təəssüf ki, bizim mühitimizdə insan həyatı daha çox təsadüflərdən asılıdır. Yatıram, bilmirəm ki, sabah nə olacaq, başıma nələr gələcək?!»Fikrini telefonun cingiltisi qırdı. Tənbəl-tənbəl əlini uzadıb dəstəyi götürdü:
Proloq– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:
Birinci hissə, birinci fəsilBu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,
Стихи других поэтов
Məgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Hicrani-yar eylədi halu dilim xərabHicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.
Nazim yadıma düşdüDağların dağa bənzər!Yanıq bağrın nə qaradır,