Страница 2 из 3 · 33%

Nadirə onun sözünü kəsdi:

– Bəs Belinskinin Puşkin haqqında yazdıqlarını oxumamısan, Gülalı?

Gülalı duruxdu:

– Oxumuşam.

– Görürsən necə bədii yazıb? Puşkinin əsərləri qədər gözəldir.

– Sizin deməyinizdən elə çıxır ki, Mirzə Cəlil Puşkindir, Orxan da Belinski?

– Xeyr, onları müqayisə etmək, bir-birinə qarşı qoymaq doğru deyil, hərəsinin öz yeri var, Gülalı!..

– Sakit!.. — Professor qrafini taqqıldatdı.

– Xahiş edirəm mətləbdən kənara çıxmayın. Gülalı, buyur.

Gülalı indi Orxanın əsərdə buraxdığı başqa nöqsanları sayır, xüsusilə onun Mirzə Cəlili idealizə elədiyindən, həddindən çox şişirtdiyindən ağızdolusu danışırdı. Nəhayət, o, çıxışına belə yekun vurdu:

– Orxan bu əsər üzərində xeyli zəhmət çəkibsə də, hələ məqsədinə tamam nail ola bilməyib. Monoqrafiya bir də ciddi iş tələb edir. Əgər müəllif qolunu çırmayıb təkrar bu işə girişsə, onda əsər faydalı bir tədqiqat məhsulu ola bilər.

Gülalının çıxışı bərk narazılığa, fikir ixtilafına səbəb oldu. Bayaqdan iclasın gedişinə diqqət yetirən Nadirə söz alıb ayağa qalxdı:

—Yoldaşlar, —deyə o, hər iki əlini stolun qırağına dayayaraq azca irəli. əyildi, — biz bura zarafat eləməyə yığışmamışıq; bu, elmi idarədir və burada olan söz-söhbət də gərək ciddi, məsuliyyətli olsun. Gülalının çıxışı mənim heç xoşuma gəlmədi. Ola bilər ki, Gülalının Orxandan şəxsən acığı gəlir. Ancaq bu gərək haqq verməsin ki, sən vicdanı kənara atıb ağa qara deyəsən. Burda, söhbət Orxandan yox, Mirzə Cəlil haqqında yazılmış bir əsərdən gedir. Mirzə Cəlil isə bizim hamımızın. sevimlisidir. — Nadirənin «Vicdanı kənara atıb ağa qara deyəsən» ifadəsi Gülalını tərpətdi. Onun son sözlərinə acıqla cavab verdi:

– Mən şəxsən Mirzə Cəlili sevmirəm, — dedi, — xahiş edirəm hər kəs öz adından danışsın.

– Amma o, — Nadirə heysiyyətinə toxunulmuş adam kimi yana-yana dedi, — hamımızı, ata-babalarımızı da, bizi də, bizim gələcək nəvə-nəticələrimizi də sevib. Bu torpağı isə hər şeydən çox sevib, haqq söz dediyi üçün başına olmazın müsibətlər gəlib, amma yenə sözündən dönməyib, dəyanətindən əl çəkməyib.

– O bizim xalqı dünya qarşısında gülünc vəziyyətdə qoyub. Tərcümə eləyin onun «Poçt qutusu» - hekayəsidi, dünyanın mədəni xalqlarının qabağına çıxardın, görün sizə necə güləcəklər. Eləyin, buyurun, görün bayraq elədiyiniz Mirzə Cəlil sizi necə rüsvayi-cahan eləyib.

– O, həqiqəti deyib! Həqiqət acı da olsa həqiqətdir, Gülalı!

Professor qələmi qrafinə döyəcləyib yenə sakitliyə çağırdı. Gülalı professora baxıb bu sözlərin, deyəsən, onun xoşuna gəlmədiyini hiss elədikdə özünü yığışdırıb oturdu və ürəyində: «Deyəsən, yenə bir balaca səhv elədim axı!» — dedi.

– Yoldaşlar, Gülalının mövqeyi aydındır. Bu, təkcə Orxana yox, Mirzə Cəlil kimi böyük, pərəstişə layiq bir şəxsiyyətə, elmimizə düzgün münasibət deyildir. Gəlin, xırda hisslərlə yaşamayaq. Bir oxucu kimi deməliyəm ki, Orxanın əsəri məni tamamilə qane edir. O, vicdanla işləyib. Mirzə Cəlilin özünə, onun adına-sanına, xalq üçün alışıb-yanan ürəyinin oduna layiq bir əsər yazıb. Gülalı əsərin dilinin pisliyindən danışır. Məncə, bu, çox ədalətsiz bir hökmdür. Orxanın dili əsl elmi dildir. Oxucunu arxasınca çəkib aparan, onu inandıran, eyni zamanda ona mənəvi-estetik zövq verən bir dildir. Mən arzu edirəm ki, bizim hamımızın əsərləri bu cür şirin və oxunaqlı dillə yazılaydı. Burada bədiiliyə nahaq etiraz edilir. Başa düşmək lazımdır ki, bizim kitablarımızı ancaq ona görə az oxuyurlar ki, onları çox quru və rəsmi bir dildə yazırıq. Quruluq elmi əsərin ən böyük düşmənidir. Srnra, Gülalı yoldaş deyir ki, Orxan Mirzə Cəlili idealizə eləyib, layiq olduğundan çox-çox yüksək qiymət verib. Bu, yersiz ittihamdır. — Nadirə sözünə ara verib nəfəsini dərdi. — Mən heç də demək istəmirəm ki, Orxanın əsərində nöqsan yoxdur. Var, yoldaşlar. Xüsusən bəzi tarixi hadisələr düzgün işıqlandırılmayıb. Mən onların hamısını haşiyələrdə qeyd eləmişəm.

Sonra əsərdə bəzi təkrarlar var. Lakin bunlar asanlıqla düzələn nöqsanlardır. Buna görə də mən əsərin tezliklə çap olunmasının tərəfdarıyam. Bu, Mirzə Cəlilin xatirəsinə, yubileyinə ən yaxşı hədiyyə olacaqdır.

Salmanın üzü qaralıb tutulmuşdu. Xüsusilə Cəfərin çıxışı Salmanı lap pərt eləmişdi. Onun dediyindən belə çıxır ki, Mirzə Cəlilin ölümündən keçən bu otuz neçə ildə onun haqqında belə dərin məzmunlu və əhatəli, ən başlıcası isə belə böyük məhəbbətlə əsər yazan olmayıb.

– Bunu mən mübaliğəsiz deyə bilərəm, — deyə Cəfər hərarətlə danışmışdı. — Onun haqqında yazılan tədqiqat işlərini mən bircə-bircə oxumuşam. O cümlədən bizim möhtərəm professorunkunu da. Bu əsərlərin böyük əksəriyyətində bir sadalama, soyuqluq vardır. Oxuyursan, görürsən ki, böyük sənətkarımızı düşündürən məsələlərin odu, alovu sönük, soyuq bir mühakimə ilə oxucuya çatdırılır. Halbuki, Mirzə Cəlil haqqında böyük vətəndaş ürəyi ilə danışmaq lazım idi, çünki o özü də bu torpağın böyük ürəkli vətəndaşı idi. Orxanın əsərində məhz vətəndaşlıq qürurundan irəli gələn bir od-alov bizi isindirir.

Salmanın alt dodaqı sallaımışdı, başını qaldırıb oturanların üzünə baxmamaq üçün qabağındakı kağıza tez-tez nəsə yazırdı. Amma, həqiqətdə, Cəfərin sözləri ox olub onun ürəyini dəlib keçir, əl-ayağını yerdən üzürdü.

İki-üç adam da çıxış eləyəndən sonra professor özü iclası yekunlaşdırmaq üçün ayağa qalxdı. O, danışanlrın dediklərini tənqidi surətdə nəzərdən keçirə-keçirə belə bir fikir söylədi ki, istər tərifləyənlər, istər tənqid eləyənlər çox ifrata varırlar. Bunu xüsusilə əlavə etməyi unutmadı —«xüsusilə tərifləyənlər!»

– Mən əsərin ən böyük qüsurunu nədə görürəm? — deyə o, mətləb üstünə gəldi. — Elə bilirəm ki, mən öz sevimli tələbəmin nöqsanlarını desəm, o məndən inciməz.

– Yox, yox. Buyurun, — Orxan astaca dilləndi.

– Bəli, əsərin ən böyük qüsuru onun yubiley üçün yazılmasıdır. Mən neçə ilin təcrübəsindən bilirəm ki, yubiley üçün yazılan əsərlər çox yaşamır, elə o gün, yaxud da səhərisi yaddan çıxıb gedir. Mən indiyəcən yalnız şerin yubiley üçün yazıldığını görmüşdüm.

Ancaq indi görürəm elmi əsəri də, tədqiqat işini də yubiley üçün yazmağa başlayıblar. — O, bir qədər susub nəsə xatırladı. — Müharibədən əvvəl bizim bir şair dostumuz vardı. İndi də sağdır, ancaq ondan şair çıxmadı.O neynəyirdi? Elə bir bayram, elə bir yubiley yox idi ki, ona şer həsr eləməsin. İmzasına ancaq bayramdan-bayrama rast gələrdin. Özü də gündə neçə qəzetdə. Bu neyniyirmiş? Təqvimi qoyurmuş qabağına, bayram günlərini qeyd eləyirmiş dəftərinə. İlin əvvəlindən başlayarmış o bayramlar barədə şerlər yazmağa. Yaz ki, yazasan. Bunu biz nədən bildik? Bir dəfə qəribə hadisə oldu. İndi yaxşı yadımda deyil, hansı bayramda isə dostumuzun şeri çıxmadı. Sən demə o, təqvimi alıb evə gətirər, uşağın əli dinc durmaz, qırmızı vərəqlərdən birini qopardar, bunun da xəbəri olmaz. Kişi siyahını tutanda o bayram dəftərə düşməz. — Oturanlar güldülər. Professor sözünə davam etdi. — Mən bununla demək istəyirəm ki, yubiley münasibəti ilə elmi əsər yazmağı əsla və qəti düzgün hesab eləmirəm!

– Mən elə yazmamışam, professor! — Orxan pörtmüş halda cavab verdi. — Mən iki il tədqiqat aparmışam. Çoxdan başlamışam.

– Fərqi yoxdur, fikirləşibsən ki, filan vaxt Mirzə Cəlilin yubileyidir.

– Qəribədir.

– Bəli, bəli, təəssüf ki, bizim elmi işimizdə belə qəribəliklər hələ çoxdur. Hələ onu da qeyd etmək lazımdır ki, səni Tiflisə göndərdik elmi ezamiyyətə, gedib əliboş qayıtdın. Halbuki orda yaxşı, təzə materiallar vardı.

– Yox idi! — deyə Orxan dözə bilməyib səsini qaldırdı və ürəyi soyumurmuş kimi, bu sözü bir də təkrar etdi: — Heç bir şey yox idi!

– Var, deyirəm, Orxan! Mən özüm vaxt tapan kimi gedib gətirəcəyəm.

Orxan tutuldu. Ürəyində bir sıxıntı hiss elədn.

Ona bir anlığa elə gəldi ki, professor səssiz və gözəgörünməz bir güllə ilə düz onun ürəyini nişan alıb. «Niyə? Nə üçün?» Qulaqlarında səsləndi: «Mənim sevimli tələbəm...» Orxan özünü toxtatmağa çalışanda professor deyirdi:

—Əsər faydalı əsərdir. Mən Orxanı — həmişə fəxr elədiyim, adını sevinclə çəkdiyim Orxanı belə əsər yazdığına görə təbrik edirəm! Ancaq onu yenidən işləmək, yoldaşları qeyd elədiyi neqsanları düzəltmək üçün təklif edirəm ki, müəllifə üç ay vaxt verilsin. Əgər azdırsa, çox verək. Hə?

– Xeyr, professrr, üç ay da çoxdur. Yubileyə az qalır, çatdıra bilmərik.

– Yenə yubiley? Eybi yoxdur, çatdırarsan.

– Professor... — Orxan yenə nəsə demək istədi, lakin yerindən ox kimi qalxan Cəfərin səsi onu saxladı:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İkinci hissə, altıncı fəsil

Gülmirə gül satan kişinin qabağında ayaq saxladı. İçində su olan bankalara, vedrəyə yığılmış rəngbərəng güllər adamın yadına gül bağçasını, ilk baharı salırdı.– Əmi, mənim üçün bir yaxşı dəstə bağla!.—deyə Gülmirə saqqallı kişiyə müraciət etdi.

5 мин
İkinci hissə, yeddinci fəsil

Nadirə atasının tamam-kamal yığışıb gəldiyini eşidəndə həm sevinmişdi, həm də kədərlənmişdi. Ona görə sevinmişdi ki, neçə ildən bəri görmədiyi atasını görəcəkdi, doyunca görəcəkdi: «Yaxşı da eləyib yığışıb gəlib. Orda tək-tənhadı, kimi var? Burda qızları, nəvələri...» Ona görə kədərlənmişdi ki, Salmanın o gecə dediyi sözlər yadına düşmüşdü. Nadirə bilirdi ki, atası onlara gəldikcə Salman daha da dilxor olacaq, onu öz şəninə yaraşdırmayıb deyinəcək, hətta bəlkə utanıb-qızarmadan qoca kişiyə öz qızı evində görünməyi qadağan edəcək. Bununla da neçə vaxtdan bəri ailədə hökm sürən soyuqluğu, anlaşılmazlığı bir az da dərinləşdirəcəkdi.Nadirə bu xoşagəlməz vəziyyətin bütün ağırlığını irəlicədən görür, dərk edir, ancaq səsini çıxara bilmirdi. Sədəfə heç nə demək lazım deyildi. Atasını isə bu məsələdən agah eləmək lap ağılsızlıq olardı. Axı o, Nadirənin taleyindən, xoşbəxtliyindən çox arxayındı. İndi onun ürəyinə xal salmaq kişini məyus edə bilərdi: «Qoy o heç nə bilməsin, rahat, arxayın yaşasın...»

7 мин
İkinci hissə, səkkizinci fəsil

Orxan ezamiyyətdən beş gün də tez qayıtdı; qala bilmədi, çünki bu, əlavə vaxt itirmək deməkdi, həm də bilə-bilə boş yerə vaxt itrmək deməkdi. O, çaş-baş qalmışdı. Bu necə sirr idi? Professor sevinə-sevinə deməmişdimi ki, Mirzə Cəlil haqqında təzə arxiv sənədləri tapılıb? Deməmişdimi? Hətta yerini də demişdi: Dövlət arxivində. Orxan isə təkcə Dövlət arxivini deyil, bütün Tiflis arxivlərini bir-bir gəzmiş, ələk-vələk eləmiş, ancaq təzə heç nəyə rast gəlməmişdi. Rast gəldiyi sənədlərin hamısı keçənilki səfər zamanı gördüyü kağızlar, arxiv materialları idi ki, əslində onlardan gen-bol istifadə eləmişdi. İyirmi beş gün vaxtı getdi. Bu onu elə yandırırdı ki!..İstirahət günü idi. Orxan qatardan düşüb evə gələndən sonra yuyunmuş, xeyli dincəlmiş, Gülmirəyə zəng eləmişdi:

5 мин
İkinci hissə, doqquzuncu fəsil

İlhamın ilk şerlər kitabçası barədə professorun yazdığı məqalə qəzetdə dərc ediləndən sonra xeyli səs-küy qaldırmışdı. O günlər redaksiyalarda, dərnəklərdə hamı ondan danışır, söz-söhbət bəzən saatlarla uzanırdı. İlhamın kimin oğlu olduğunu bilənlər, onun əsərləri və şəxsən özü ilə tanış olanlar, təəccüblə çiyinlərini çəkir, sonra «əşi, məsələ məlum!» deyib məqalənin mədhiyyə olduğunu söyləyir, «o boyda professorun» nəyin xatirinə belə elədiyindən baş aça bilmirdilər.Kənar adamlar, əsil məsələdən xəbəri olmayanlar isə əksinə, bunu professorun həddən artıq qayğıkeşliyi ilə izah edirdilər: «Elə alimlərimiz var ki, ağzına su alıb durur. Sağ olsun, heç olmasa bu danışır».

11 мин

Стихи других поэтов