Страница 2 из 20 · 5%

Bu gün Toğrul sanki Nərgizi həmişəlik tapmışdı da, həmişəlik itirmişdi də. «Oxudarsan, qulaq asarsan. Nə vaxt könlünə düşsəm, məni yanında görmək istəsən, mənsizləsən, maqnitafonu qurarsan, səsimi eşidərsən: mən sənə məhəbbətimizin nağıl kimi şirin əfsanəsini danışacağam, Toğrul». Bu sözləri Nərgiz bu gün demişdi.

«Gedirəm. Kim bilir bir də görüşəcəyikmi?» – bunu da o demişdi. Bu gün demişdi.

Nərgizin bayaqkı qeyri-adi və gözlənilməz hərəkəti nisgilli ürəyini, ruhunu təzələmiş, onu dünyanın ən xoşbəxt adamı eləmişdi. O, yerə-göyə sığışmırdı. Toğrul, evə hansı yolla, necə gəlib çıxdığını xatırlamırdı. Çörək yemədən, rahatlanmadan çoxdan işlətmədiyi maqnitafonu gətirib stolun üstünə qoydu, qurdu. Ürəyi çırpına-çırpına düyməni basdı. Çarx fırlanmağa başladı; Nərgizin ona dünyada hər şeydən əziz və doğma olan səsi eşidildi.

NƏRGİZİN SƏSİ: - Salam, Toğrulum. Mənə yaxın otur, əzizim. Qismətimiz belə imiş: bizə bir yerdə yaşamaq, bir-birimizi əzizləyə-əzizləyə ömür sürmək qismət deyilmiş. Neynək, bəlkə bu, daha yaxşıdır, daha mənalıdır, Toğrul. Bir-birimizdən doyub usanmadan yaşamaq, usandırmadan yaşamaq daha gözəl deyildimi? Yaxın otur, canım-ciyərim, bu gecə ilk dəfə səninlə dərd-dil eləmək, sənin həssas ürəyinin əzablarını yüngülləşdirmək, sənə xoş və şirin sözlər demək istəyirəm, Toğrulum.

Bu hekayət sənə tanışdır, onu sən özün başlamısan, böyük çətinlikdən sonra məni də özünə qoşmusan, ikimiz bir yerdə davam etdirmişik, səssiz-səmirsiz… sonuna isə ancaq ölüm nöqtə qoyacaq…

Bu məhəbbət dastanını sən yazmadın, sənin kitablarında bu qəribə və gizli sevginin əsrarəngiz əfsanəsinə rast gəlməmişəm. Bəlkə də yazıbsan, ancaq mən onun ayrı-ayrı qığılcımlarını sənin yazılarında görmüşəm. Bəlkə də fikirləşibsən ki, heç kəs inanmaz belə məhəbbətin olduğuna? Belə düşünməyə təkcə sənin yox, çoxunun haqqı var. Çünki çoxları bu gözəl, insanı yaşatmağa qadir olan duyğunu, hissi bayağılaşdırıblar, söndürüblər, hətta mən deyərdim, öldürüblər. Görəndə ki, məhəbbət adiləşib, cılızlaşıb, mənim ürəyim ağrıyır. Görəndə ki, Leylinin, Məcnunun, Fərhadın, Şirinin ülvi sevgisinə bizim bəzi cavanlar gülürlər, mənim ürəyim ağrıyır. Belə adamların təmiz ürəklə sevə biləcəyinə mən əsla inana bilmirəm.

Mən bu məhəbbətimizlə fəxr edirəm, Toğrul. O, kimsənin məhəbbətinə bənzəmir. Onu bənzəməz, təkrarolunmaz eləyən sənsən, əzizim. Hamı deyir sən arıqsan, vücudun zəifdir. Yox, Toğrul, sən mənim tanıdığım adamların ən güclüsü, ən iradəlisi imişsən. Sənin nə böyük ürəyin varmış. Sən xoşbəxtsən ki, belə sevə bilirsən. Hərdən səni ərimlə, tanıdığım, bildiyim adamlarla müqayisə edirəm. Sən xasiyyətinlə də, əxlaqınla da, məhəbbətinlə də heç kəsə bənzəmirsən, Toğrul. Fədakarsan, sevgilisinin yolunda hər əzaba, məhrumiyyətlərə dözən adam məsləkinin, əqidəsinin yolunda da bütün çətinliklərə dözər, deyirəm. Təkcə bunu fikirləşəndə ki, sən on iki il ərzində hər gecə məni görmək üçün bizim evin yanına gəlirsən, məni balkonda, pəncərə ağzında görməmiş getmirsən – sənin məhəbbətinin böyüklüyünə təzədən inanıram. Adətmi eləmisən? Qəribədir ki, mən də buna adət etmişəm. Səni axşamlar görməyəndə pərişan oluram, o gecəni narahat yatıram, deyirəm, görəsən başında nə iş var? Xəstələnməmisən ki?

Sən mənə öz məhəbbətindən çox danışıbsan. Danışmayan vaxtlarda da özüm görmüşəm, hiss eləmişəm. Sənin əzablarını görmüşəm, sinə dolusu çəkdiyin ahları eşitmişəm, bəzən dünyadan, insanlardan küsdüyünü görmüşəm. Vaxt olub, sənə yazığım gəlib, vaxt olub sənə ağır söz demişəm, beləliklə özümdən uzaqlaşdırmaq istəmişəm. Amma mümkün olmayıb. Sən sözümdən inciməyibsən də. Əvvəllər bu məhəbbət mənə yersiz və gülünc görünürdü – ona görə susurdum. Sonralar bunun ciddi bir sevgi olduğunu anlayıb qorxdum. Səndən qaçmağa çalışdım. Amma bütün ciddi-cəhdimə baxmayaraq bacarmadım. Səndə nəsə bir sehir vardı, əfsun vardı: məni hər gün, hər saat özünə cəzb edirdin, fikrimi, düşüncəmi məşğul etməyə başlayırdın.

Yenə ürəyimdə bir ümid vardı: deyirdim keçib gedəcək sənin bu hisslərin, öləcək, bu yersiz, vaxtsız-vədəsiz başlayan məhəbbət sönüb gedəcək. Özünə də neçə dəfə demişdim, çıxart bu fikirləri başından, özünə də, mənə də nahaq yerə əzab-əziyyət vermə. Sən kədərli-kədərli başını bulayıb: «Kaş bacaraydım» – demişdin.

İllər keçdi, sən məni unuda bilmədin. Mən də çox çalışdım, özümü sənə unutdura bilmədim. Amma sən məni öz məhəbbətinə inandırdın. Elə inandırdın ki, indi mən nə qədər qəribə olsa da, bu məhəbbətlə fəxr eləyirəm, öyünürəm. Düşünəndə ki, sən gecə də, gündüz də mənim haqqımda fikirləşirsən, sənin ən böyük arzun mənəm, - nə danım – fərəhimdən yerə-göyə sığışmıram, Toğrul. Ürəyimdə gözəl, işıqlı duyğular oyanır, dünyanı, həyatı gözlərimdə gözəlləşdirir: mən yaşamaq, dünyadan zövq almaq istəyirəm. Sənin məhəbbətin hərdən məni elə məst eləyir ki, dönüb öz səadətimdən, bəxtiyarlığımdan qorxuram: sanıram ki, kimsə bu səadəti bizim əlimizdən almaq istəyir. Sonra arxayın-arxayın düşünürəm ki, sən qoymazsan kimsə sənin və mənim əllərimlə qurulmuş bu növrağı poza. Qoymazsan, deyilmi?

İndi, bu bürkülü yay axşamında bağda tək-tənha oturub ötən illəri nəzərimdə canlandırıram: aradan uzun illər keçdiyinə baxmayaraq elə bil, hər şey dünən olub. Sənin adınla bağlı heç nə yadımdan çıxmayıb, Toğrul.

… Onda bahar idi, Bakıya bahar gəlmişdi. Onda bizim ömrümüzün də bahar çağı idi, gənclik illəri idi o illər. Şən, qayğısız…

Sən o zaman iyirmi səkkiz yaşında cavan, səliqəli geyinməyi xoşlayan, qıvrım saçlı, qaynar gözlü bir oğlan idin. Sakit və təmkinli görkəmində bir görüb-götürmüşlük, nəcabət və qürur vardı ki, mənən saflığının, təmizliyinin nişanəsi təsirini bağışlayırdı. Tərcümeyi-halına, keçdiyin həyat yoluna bələd olmayan adamlar sənin əsilli-nəsilli bir ailədən çıxdığını zənn edərdilər. Halbuki, sən yetim olmuşdun, uşaq evindən çıxmışdın. Böyüklük və sadəlik, daxili ucalıq və özünəməxsusluq səndə elə qəribə şəkildə birləşmişdi ki, mən bütün qohuməqrəbamızın, dost-tanışlarımın, iş yoldaşlarımın arasında sənə bənzər bir adamı çox axtarmışdım, ancaq tapa bilməmişdim. Nə üçün axtarmışdım, səbəbini o zamanlar özüm də anlamırdım.

Universiteti bitirəndən sonra dörd-beş il Akademiyada çalışdın: eşitdiyimə görə, əsərini də yazıb qurtarmışdın. Ancaq nə üçünsə hər şeyi yarımçıq qoyub bizim nəşriyyata işləmək üçün gəlmişdin. Mən səni bir il olardı ki, tanıyırdım. Hələ onda Akademiyada çalışırdın, beşinci kursda olanda mənim diplom işimə kənar rəy vermək üçün sənin yanına göndərmişdilər və biz ilk dəfə orada, Akademiyanın çil-çıraqlı zalının qabağında tanış olmuşduq. Sənin bu görüş yadındadımı, Toğrul?

Səni bilmirəm, mənim yadımda qalıb o görüş. Ona görə qalıb ki, deyilənə görə, o zamanlar çox qəşəng olan qız qüruruma toxunmuşdun. Yox, yox, ürəyinə başqa şey gəlməsin. Fikirləşmə ki, bəlkə mənim xətrimə dəyən bir söz demisən, ya bir hərəkət eləmisən. Yox, Toğrul, əksinə, sən onda mənə heç məhəl də qoymadın. Hərəkətlərində, danışığında bir mehribanlıq vardı. Mənə elə gəlirdi ki, bu mehribanlıq ancaq nəzakət xatirinədir. Halbuki mən o zamanlar ürəyini titrətmədiyim (uşaqlıq imiş), sarsıtmadığım bir oğlan təsəvvür etmək istəmirdim!

Mən – o vaxt elə düşünürdüm – gərək öz gözəlliyimlə tanıdığım, yanımdan keçən bütün oğlanların ürəyində nəsə bir iz, bir əsər qoyub gedəm.

Sən ilk adam idin ki, mənə tam biganəlik göstərmişdin və bununla da məni bir növ «sındırmışdın».

Diplom işimi alıb varaqlamış, sonra sadəcə olaraq demişdin:

«Yaxşı, sabah gəlib rəyini apararsan». Vəssalam. Ertəsi gün mən də gəlib diplom işimi və sənin yazdığın bir səhifəlik gözəl rəyi götürüb getmişdim. O vaxtdan mənim ürəyimdə səninlə bağlı, adını indinin özündə də tapıb deyə bilmədiyim bir hiss düyünlənib qalmışdı. Əgər sən mənim işlədiyim şöbəyə işə gəlməsəydin, bəlkə də bu naməlum hiss unudulub gedəcəkdi və sonralar heç yada da düşməyəcəkdi. Ancaq səni nəşriyyatın direktoru Nəriman müəllimin kabinetindən çıxarkən görəndə köhnə bir tanış kimi, mənə hörmət eləmiş bir yoldaş kimi salam verməyi, hal-əhval tutmağı özümə borc bildim.

⎯ Bizim tərəflərə xoş gəlmisiniz, Toğrul müəllim! – dedim. Mən o zaman, sonralar da uzun müddət sənə müəllim deyə müraciət edirdim. Sən dəhlizdə, meşin qapının ağzında ayaq saxlayıb mənə baxdın və bircə anlığa nə üçünsə özünü itirdin. Uzun illər həsrətlə axtardığı, yolunu gözlədiyi bir adamla qəfildən görüşəndə insan necə şaşırırsa, sən də elə oldun. Rəngin də ağardı. Yaraşıqlı, uzun kirpikli gözlərin sanki bir az böyüdü və sən, utancaq bir tərzdə gülümsünərək:

⎯ Oh… Nərgiz xanım?! Sənsən? – dedin.

Sənin bu çaşqınlığının səbəbini anlamadığım üçün və bu, mənə həddən artıq qəribə təsir bağışladığına görə ərköyün bir qız uşağı tək güldüm:

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, üçüncü fəsil

Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».

9 мин
Üçüncü hissə, dördüncü fəsil

Payız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»

7 мин
Üçüncü hissə, beşinci fəsil

Süleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:

11 мин
Üçüncü hissə, altıncı fəsil

Bu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.

25 мин

Стихи других поэтов