Страница 3 из 7 · 29%

⎯ Yaxşı, Qasım dayı. Hökmən gələrəm.

⎯ Elə kitab-dəftərini də götürərsən. Çünki bilirəm mənim arvad-uşağım mənim bir sözümü yerə salan deyil. Elə hesab elə ki, sənin işin düzəlib, bala. Bax, bu qıraq otağı sənə verəcəyəm. İstəyirsən bax da. Pis otaq deyil. Qızın otağıydı. O, bizim otaqda qalar.

⎯ Çox sağ olun, Qasım dayı. Allah ömrünü uzun eləsin. Nəyinə baxıram. Tələbə babaya nə lazımdı? Bir yatacaq yeri oldu, bir stolu, bir stulu oldu, bəsimdi. Mən sabah gələrəm.

Turxan ayağa qalxmışdı. Qasım kişi onun çaya əl vurmadığını görüb:

⎯ Bə çayını içmədin, a bala? Sən mənim xətrimə dəyirsən. ⎯ demişdi. Və Turxan bu sözdən keçə bilməyib artıq soyumuş çayı içmiş və:

⎯ Çox sağ olun, Qasım dayı. ⎯ deyərək çıxıb getmişdi. Səhəri gün, vədələşdiyi vaxt, Turxan zolaq-zolaq çamadanını da götürüb Qasım kişinin həyətinə gəlmiş və otaq kirayəsinin qiymətini ⎯ filanını danışmadan cəmisi bircə qoşa laylı pəncərəsi olan qıraq otaqda məskunlaşmışdı.

Sonra Turxan o ailə ilə qaynayıb-qarışmış, Səlimlə dost olmuş, imtahanlara şıdırığı hazırlaşan oğlana kimyadan, biologiyadan kömək eləmiş, avqust ayında ona qoşulub instituta getmiş və imtahandan çıxanacan orada Səlimi gözləmişdi. Birinci imtahandan ⎯ kimyadan beş almışdı Səlim.O gün sevinə-sevinə gələn uşaqları Əminə bacı bağrına basıb üz-gözlərindən öpmüşdü. Ana Turxanı da öz oğlundan ayırmamışdı və Turxana elə gəlmişdi ki, öz doğma anasıdı onu öpən. Qasım kişinin isə sevincdən əli-ayağı yerə dəyməmişdi. Nigar da yamanca sevinmişdi. Ancaq bu sevincin ömrü uzun sürməmişdi: ikinci imtahanda Səlimi biologiyadan kəsmişdilər. Və… Səlim öz dəstəsindən üzülüb geri qalmışdı. Hamısı pərt idi: elə bilirdin ki, evdə kimsə ölüb. Uzun müddət heç kəsin, o cümlədən Səlimin də üzü gülməmişdi. Oktyabrda isə Səlimi əsgər aparmışdılar və həyət də, ev də sanki boşalmışdı. Qasım kişi oğlu gedəndən sonra qaradinməz olmuşdu, Əminə xala elə bil qocalmışdı, Nigar isə dərsdən gələndən sonra öz otağına qapılıb bayır-bacağa çıxmamışdı. Turxan sanki Səlimin kəsilməsində, əsgər getməsində günahkar imiş kimi çox sıxılıb fikir eləmişdi. Səlimdən düz bir ay məktub gəlməmişdi və ikinci ayın əvvəlində Qazaxıstandan yazdığı kağızda yerinin rahat olduğundan, evdən, ata-anasından, bacısından yana bərk darıxdığını qeyd eləyib Turxa-na da xüsusi salam göndərmişdi. Yalnız o məktubdan sonra o balaca ailənin azca qırışığı açılmışdı.

Səlimin çağırış vərəqəsi aldığı o çiskinli payız günü ayrı bir şeyin də dərdini çəkib dərindən-dərinə fikrə getmişdi: bu da oğlu evdən nə az, nə çox, iki il müddətinə gedəcəyi təqdirdə Turxanın onların həyətində kirayənişin kimi qalması məsələsi idi. Qasım özü demək olar ki, ayın yarısını evdə olmurdu, arvadı, artıq böyüyüb qızlar bulağından su içmiş qızı bu kişisiz evdə, yad oğlunun yanında necə qalmalıydı və qonum-qonşu buna necə baxardı? Ancaq bütün o iki ayı ⎯ Turxanın onlara pənah gətirdiyi günləri gözünün qabağına gətirmişdi, o yad oğluna hər tərəfdən öyürüb-çöyürüb baxmışdı və insafən, onda elə bir nöqsan tapa bilməmişdi. Bu iki ay ərzində Turxan onlarla elə qaynayıb-qarışmışdı, yaxınlaşıb doğmalaşmışdı ki, kənardan baxan olsaydı, elə bilərdi ki, Turxan da bu ailənin bir üzvüdü. Çox başıaşağıydı, qız kimi utancaq idi, dindirsən dinərdi, dindirməsən yox. Səlim gedəndən sonra Əminə arvada da, Qasımın özünə də çox mehriban olmuşdu Turxan. Nigara da dərslərində, xüsusən kimyadan, biologiyadan, riyaziyyatdan elə anasının yanındaca kömək eləyirdi, qızın sinifdə qiymətləri yaxşılaşmışdı.

Çox götür-qoydan, ölçüb-biçməkdən sonra, axırı Qasım bu qərara gəlmişdi ki, Turxanın xətrinə dəyməsin, ilin bu vədəsində, şəhərdəki boş evlərin bəlkə də hamısı tutulan vaxtı uşağı isinişib-oturuşduğu yerdən didərgin salmasın: onun fikrincə Turxan pis uşaq deyildi, Səlimlə də o az müddətdə qaynayıb-qarışıb dostlaşmışdı, namərd, müxənnət adama da oxşamırdı. O biri tərəfdən də Qasım özü dənizdə olanda hər necə olsa, başı papaqlıydı evdə, həyətdə. Əminə də bu fikirlə razılaşmışdı:

⎯ Ağıllı uşaqdı, kişi. Dəymə, qoy qalsın. Yetimdi, allaha-tanrıya xoş getməz, Qasım. Elə bilərik öz övladımızdı.

Günlər, həftələr, aylar keçdikcə Qasımla Turxan arasında çox munis bir münasibət yaranmağa başlamışdı. Kişi dənizdən dönən kimi arvaddan, qızdan hali olub Səlimdən məktub gəlib-gəlmədiyini soruşandan sonra, mütləq Turxanı da xəbər alardı və oğlan, dərsdən qayıdanda isə mehriban-mehriban görüşüb bir yerdə ata-oğul kimi çay içib, o yandan, bu yandan söhbət eləyər, arada boş vaxtları olanda nərd də atardılar. Onlar nərd taxtasının dalında oturanda, oyunları saatlarla davam eləyərdi və Qasım Turxanı udub təslim eləməyincə əl çəkməzdi. Turxan isə Qasım dayının uduzanda yamanca pərt olmasından, cırnamasından ləzzət alardı. Onlar oynadıqları müddətdə isə ya Əminə özü, vaxtı olanda isə Nigar onlara çay verərdi. Hər üçü başa düşmüşdü ki, Turxan burada yaşamasaydı, dəhşətli dərəcədə darıxacaqdılar.

Turxanı da sevindirən bu idi ki, bu görüb-götürmüş, Tümendən beləsinə gəzib gəlmiş neftçi kişi sadəcə əli qabarlı, üzü-gözü mazutlu fəhlə deyildi və Turxanın özünü də artıq uşaq hesab eləmirdi. Onlar həyatın, cəmiyyətin mürəkkəb, ziddiyyətli, çalpaşıq məsələlərini saf-çürük eləyir, Qasım onun ⎯ «Bu əl boyda uşağın» yaşından böyük işlərdən baş çıxarmasından bir ağsaqqal kimi fərəhlənir, «Maşallah, indi ta yaxşı, samballı cavanlarımız əmələ gəlir. Amma hayıf azdı bunlar, çox azdı. Ağıllı, istedadlı gəncliyi olmayan bir millətin gələcəyi parlaq ola bilməz. Bizi özümüzünkülər müti böyüdüblər, beyinlərimizi, düşüncələrimizi bir qəlib salıb standartlaşdırıblar, az qala hamı eyni cür düşünməyə adət eləyib. Bu isə ölümə məhkumluq deməkdi. Demək, şəxsiyyət yox olur belə olanda, insan cılızlaşır, xırdalanır və olur insan yox, adamcıq» ⎯ deyə düşünürdü: Turxan isə Qasımın ürəyinə, fikirlərinə bələd olduqca fikirləşirdi ki, nə yaxşı belə ziyalılarımız var, qorxmaz, əqidəli, inamlı, torpağı, vətəni sevən böyüklərimiz var. «Mən hələ beləsini görməmişəm. Yoxdu yəni belələri? Şübhəsiz, var. Ancaq indi adamlar bir-birinə inanmır: aradakı inam hissini öldürüblər. Hər kəs öz ürəyində fikirləşir yəqin, düşündüyünü kimsəyə açıb deməyə qorxur. Onları da qınamalı deyil. İlan vuran ala çatıdan qorxar».

Qasım kişi əvvəllər Turxanın dilindən açıq-saçıq narazılıq notları eşidəndə bir xeyli fikrə getmişdi, hardansa ürəyinə axıb dolmuş şübhə hissi uzun müddət ona rahatlıq verməmişdi: «Yoxsa bu tifili öyrədib, qurub-qoşub mənim dalımca salıblar, ay kişi? Sən də ağzını allah yoluna qoyub ürəyində nə var, dilinə gətirib deyirsən. Birdən olmadı elə, oldu belə: yazdı, apardı qoydu ovuclarına. Onsuz da mənim əskim tüstülüdü. Sonra eşşək gətir, mərək yüklə». Neçə müddət Turxanla ancaq nərd oynamışdı, söhbətə-filana imkan verməmişdi. Ancaq bir gün…

Qarlı, boz bir dekabr günüydü. Qasım dənizdən təzə gəlmişdi. Görmüşdü ki, Səlimdən də məktub alıb uşaqlar. Əminə də, Nigar da sevinc içindəydi. Turxan da həyətin yupyumşaq, ağappaq qarını təmizləyib, kürüyüb həyətdə bir qar adamı düzəltmişdi. Bu qar adam əsgər libasında idi, başındakı papaqda beşulduz şəkli çəkmişdi Turxan və sinəsinə də «Qızıl əsgər Səlim Qasımxanov» ⎯ sözlərini yazmışdı. Qasım kişi bunu görüb uşaq kimi gülümsünmüşdü: «Bu Turxanın işi olar» ⎯ deyə ürəyindən keçirmişdi və Əminədən soruşanda arvad da gülə-gülə: «⎯ Hə, onun əməlidi. Elə sənin qızın da az kömək eləməyib. Ancaq ürəyimə bir təhər gəlir ey, Qasım. Elə bilirəm uşaq doğrudan da o cür qar içindədi, soyuqdan tir-tir əsir və mənim də canım dünəndən qızmır. Yerimə girəndə də mənə elə gəlir ki, yorğan-döşəyimin içinə qar doldurublar». «Eh, sən də… İndi yəqin onun əyin-başın qalın eləyiblər. Heç o soyuq ⎯ qar vecinə də deyil sənin Səliminin».

Axşam, həyət-bacadan, küçədən əl-ayaq çəkiləndən sonra Qasım Turxanın otağına gəlib kefi kök, damağı çağ halda:

⎯ Hə, professor, istəyirəm axı bu uzun qış gecəsi sənin qoltuğuna bir xoruz verim ki, səhər tezdən banlayıb bizi qış yuxusundan ayıltsın, hə? Necə bilirsən? ⎯ deyə əlini-əlinə sürtüb gülümsünmüşdü.

⎯ Əla olar, Qasım dayı. Haçandı xoruzsuz qalmışıq, səhər vaxtında oyana bilmirik. Nigar da dərsə gecikir, mən də. ⎯ deyərək Turxan qabağındakı kitab-dəftəri qatlayıb kənara itələmişdi və pəncərənin böyründə, divara söykədiyi nərdtaxtanı gətirib ortalığa qoymuş, öz köhnə, cırıldayan stulunu hörmət əlaməti olaraq Qasım kişinin altına qoymuş, özü isə kətili çəkib əyləşmişdi. Şıdırğı oyun başlamışdı və Qasım kişinin kefini duru görüb qanına soğan doğramamaq üçün iki tas dalbadal uduzmuşdu. Qasım doğrudan da uşaq kimi sevinib gülmüşdü. Turxan pərt deyildisə də Qasım dayı hardan ağlına gəldisə də, uduzduğuna görə onun könlünü almaq məqsədilə:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, on birinci fəsil

Elməddin imtina sənədini, idarənin, seyfin açarlarını Zərrintac xanımın gözünün qabağında stolun üstünə qoyandan, ertəsi günü talağı geri oxutdurandan sonra da milyoner qızı nə eşitdiklərinə, nə gördüklərinə inanmaq istəməmişdi. Doğrudur, o, evdən çıxan kimi Zərrintac xanımı ağlamaq tutmuşdu, ha eləmişdisə, gözlərilə bacara bilməmişdi. Onlar söhbət etdiyi müddətdə yan otaqda dayanıb Elməddinin dediklərini eşidən, işin axırının belə qurtaracağını ağlına belə gətirməyən və buna görə də qulaqları guruldayan, çox sözü ayırd eləyə bilməyən Siminbər özünə gələndə artıq Elməddin çıxıb getmişdi. Zərrintacın hönkürtüsünə içəri girən Siminbər Elməddini orada görməyib ətrafa baxınmış, görməyib təəccüblənmişdi. Adi olaraq, qız ürəyində ondan incimişdi də: «Gedirsən, heç olmasa xudahafizləşəydin mənimlə, Elməddin!» — deyə fikrindən keçirmişdi. Ancaq bilməmişdi ki, Elməddin bu xanimanı tərk eləyəndə elə pərişan, elə həyacanlı idi ki, Siminbərlə xudafizləşmək belə yada düşməmişdi; onu ancaq küçədə, iti addımlarla getdiyi zaman xatırlamışdı, təəssüf eləmişdi, geri qayıtmaq isə mümkün deyildi. Siminbər bunu bilmirdi.. O, Zərrintac xanımın yanında dayanaraq təsəlli vermək istəmişdi, lakin deməyə söz tapmamışdı. Eləcə: —Ağlama, xanım!—söyləmişdi. Zərrintac xanım özünü Siminbərin yanında sındırmamaq üçün arada olan söz-söhbəti dilinə gətirməmişdi. Həqiqətdə o, Elməddini tamam-kamal atacağını heç xəyalına da gətirmirdi. Qulağı ilə eşitdiklərinə, gözü ilə gördüklərinə inanmaq istəmirdi. Buna Elməddinin «kişilənməyi», adicə şıltağı kimi, baxırdı: «Məni qorxuzmaq istəyir. Gözümün odunu almaq istəyir. Amma bacarmazsan, Elməddin. Mən Nəcməddinin qızıyam, mənimlə sən bacarmazsan!» — deyirdi öz-özünə. Hətta talağı geri oxunandan sonra da uzun müddət özünü tox tutmuşdu, ürəyində sınsa da, çəksə də, üzə vurmamış, deyib-gülmüşdü; sanki heç bir şey olmamışdı. Talaq nə idi ki, quruca kağız deyildimi, məgər insanları bir-birinə bağlayan kağızdı?! Yox, o, ümid eləyirdi ki, hər necə olsa, gec-tez Elməddini öz ayağına gətirəcək, təslim edəcək. Arada bu qədər var-dövlət var. Hələ bu var-dövlət bir yana dursun, Zərrintac kimi gözəl, cavan gəlindən kim imtina edər? Gərək nə qədər nadan olasan ki, taleyin sənə bəxş etdiyi belə cah-calaldan, belə gözəl bir can sahibindən imtina edəsən!—Zərrintac belə fikirləşmişdi. Lakin vaxt dolanıbkeçdikcə Elməddindən səs-səmir çıxmadığını görəndə narahat olmağa başlamışdı. Siminbər də çıxıb gedəndən, lap tək-tənha qalandan sonra o, bərk sarsılmış, qəlbində Elməddinə dərin nifrəthissləri duymuşdu. Yaralanmış aslana dönüb gizli-gizli inləmişdi. Elməddin onun poladdan möhkəm olan qürurunu yaman sındırmışdı. Hərdən belə düşünürdü ki, indiyə qədər bir yana qalsın, bundan sonra yaşayacağı illərdə də heç kəs onu belə alçalda bilməz, bilməyəcək də. Bu, çox ağır bir zərbə idi ki, Elməddin ona vurmuşdu. Zərrintacın bədbəxtliyi bunda idi ki, özündə heç bir günah görmürdü. Xasiyyətindəki tündlüyü, «mənəm-mənəmliyi» başa düşmürdü, elə bilirdi ki, var-dövlət, gözəllik qadının ən ümdə keyfiyyəti və bəzəyidir; bunlara malik olan qadın hakimi-mütləq ola bilər, onun hər sözü qanun olmalıdı. Daha anlamaq istəmirdi ki, qadını gözəl edən, sevdirən, əziz eləyən onun var-dövlətindən, gözəlliyindən çox ürəyinin gözəlliyidir, hisslərinin səmimiliyidir, məhəbbətidir. Bax, bunu o, başa düşə bilmirdi.

7 мин
Birinci hissə, on ikinci fəsil

Günortanın cırhacır vaxtı idi. İçəridə — otaqlarda, eyvanda bürküdən oturmaq mümkün olmadığından Əbdül ərik ağacının dibinə yığışmışdı: uşağın asma yüyürüyünü yam-yaşıl yarpaqlar arasında ərikləri saralıb yetişməyə başlayan ağacın yana əyilən iri budağından asmış, balaca Nəcməddini də nazik ipək tor köynəkdə yüyürükdə yatırmış, özü də balaca, girdə mizin arxasında oturmuşdu. Mizin üstündə çaynik, piyalə və şəkərdan vardı — piyalədəki yaşıl çay çoxdan soyumuşdu. Ərik ağacının sol tərəfində dördbucaq şəklində gül kolları əkilmişdi — həmişəbahar gülləri idi. Zahirən ləkə oxşayırdı. Ancaq əslində bu, lək deyildi, bu, Dünyanın qəbri idi və indi dünyada Əbdüldən başqa heç kəs bilmirdi ki, burada, bu həmişəbahar güllərinin arasındakı qara torpaq altında Dünya xanım uyuyur. Buranı Əbdül öz əlləri ilə belə səliqə-sahmana salmışdı və onun üçün nə qədər ağır olsa da hər gün bir neçə dəfə bura baş çəkir, yanında oturur, çıxan alaq otlarını vurur, gülləri sulayır, dilinə bircə söz belə gətirmədən ürəyində özü ilə, Dünya xanım ilə, ağayi Nəcməddin ilə danışır-danışır və bir də görürdü ki, gözlərindən yaş axır. Qəlbi sıxılıb hövl eyləyəndə o, ya yerdə palaz üstündə oynayan, ya beşikdə uzanmış körpəni götürüb bağrına basır, öpüb-oxşayırdı.Əvvəllər, hələ ağayi Nəcməddin sağ olanda Əbdül Dünyanın qəbrinin üstünə az-az, ancaq gül kolu əkmək, onlara su vermək bəhanəsi ilə gəlirdi. Özü də gündüzlər, gecələr isə, öz hücrəsinə çəkilməmişdən qabaq, dərdli-dərdli, təəssüf hissi ilə başını yırğalaya-yırğalaya bu ərik ağacının dibinə baş çəkər, qəbrin ayaq tərəfində xeyli dayanar, xəyalında Dünyanı məzardan çıxarır, gah öpüb-oxşayır, gah da nifrətlə acı sözlər deyib ürəyini boşaltdıqdan sonra gedib yatırdı. Ağayi Nəcməddin də dünyadan köçəndən, qonaq-qaranın, Elməddinin, Zərrintac xanımın əl-ayağı çəkiləndən, o, balaca Nəcməddinlə burada tək qalandan sonra isə həyət-baca suyu sovulmuş dəyirmana oxşayanda, kişi tənhalaşanda beyni ayazımış, hissləri durulmuş, başına gələn qəzavü-qədər barədə arxayın-arxayın düşünməyə macal tapmışdır. Və Əbdülün ürəyində böyük bir cinayətin gizli məhkəmə prosesi başlanmışdı. Bu məhkəmə prosesinin iştirakçıları Nəcməddin, Dünya xanım, Vəlixan və Əbdül özü idi, şahid-filan yox idi — bəzi işlər balaca Nəcməddinin gözü qabağında olmuşdu, ancaq o şahidlik eləyə bilməzdi, çünki onun gözü ilə gördükləri hələ yaddaşının maqnit lentinə həkk olunmamışdı, olunanı da o, hələ insan dilinə tərcümə eləməyə qadir deyildi, çünki bu dili o özü də bilmirdi hələ.

14 мин
Birinci hissə, on üçüncü fəsil

...Bu gün Zərrintac xanım işdən gələn kimi hamamı yandırıb çimmişdi. Uzun tiftikli qətfədə yataq otağına getmiş, iri bədənnüma güzgünün qabağında qurulanmış, öz mərmər bədəninə, sinəsinə kənar adam gözü ilə baxıb öz gözəlliyindən ləzzət alsa da, kövrəlmişdi də. Elməddin burda olanda belə hallarda onun yanında dayanır, qurulanmağına kömək eləyir, alt paltarını geyməyə imkan verməmiş, qucağına alaraq çarpayısının üstünə gətirir, «neynirsən geyinirsən, onsuz da soyunduracağam!» — deyib özü də yanına girirdi. Bu anları indi o qəribə bir nisgil və həsrətlə xatırlayırdı. Güzgü qabağında özünü tək görüb sinədolusu ah çəkdi və əlini uzadıb çarpayının başına atdığı paltarlarını həvəssiz-həvəssiz geyindi. Kresloda oturdu, boş, sahibsiz çarpayıya baxdı, gözləri doldu. Böyründəki radioqəbuledicinin düyməsini burdu və otağa Rəxşanənin məlahətli səslə oxuduğu mahnının ilıq nəfəsi doldu. Zərrintac xanım ağır əhvali-ruhiyyəsini unutdu, azca yüngülləşdi və qeyri-iradi yan otağa tərəf:– Simin, mənə bir piyalə çay gətir! — dedi və səsindən özü də səksəndi. Səhv elədiyini, hissə qapılıb hər şeyi unutduğunu xatırlayıb köksünü ötürdü. Və qalxıb özü üçün çay gətirdi. Ancaq çay içmək həvəsi öldü nədənsə. Piyalədəki çaya baxa-baxa fikrə getdi. Rəxşanə oxuyurdu, Zərrintac xanımın kədəri getdikcə artırdı. Təklik hissi bütün vücuduna hakim kəsilmişdi — inan ki, bu an, bax elə bu dəm Elməddin qapını açıb içəri girsəydi, Zərrintac durub qabağına qaçar, onun uca boynuna sarmaşıb: «Xoş gəlmisən, əzizim — deyərdi. — Bağışla məni, bilməmişəm. Keç günahımdan». Ancaq Elməddin gəlmirdi. Gəlməyəcəkdi də. Bu həqiqəti bir daha dərk edib Zərrintac məst adam kimi ayağa qalxdı, küçəyə baxan pəncərənin qabağına addımladı, şəhadət barmağının ucu ilə tül pərdəni aralayıb çölə baxdı. Hava qaralmışdı. Cadədən tək-tük maşınlar, piyadalar keçib-gedirdi. Lap pəncərənin qabağından keçən iki kişidən birinin bu sözlərini eşitdi:

14 мин
Birinci hissə, on dördüncü fəsil

Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:

17 мин

Стихи других поэтов