Sovet–Fin hərbi
(Sovet–Fin hərbi bitməsinin 3-cü ildönümü)
İLK HƏFTƏ
Ən mühüm Vıborq istiqaməti sayılırdı. Bütün gözlər 7- ci orduya dikilmişdi. Mərkəzdən göndərilmiş yüzlərlə müfəttişlər, nə ordu kapitanı Yakovlevi, nə də qərargah rəisi Qordov ilə başqa qərargah zabitlərinə işləməyə imkan vermirdilər. Müharibə başlamamışdan bir həftə əvvəl Qızıl ordunun siyasi idarə müdiri Mexlis gəldi. Bütün qərargah zabitlərini, şöbə müdirlərini topladı və dedi: “Almaniya 33 milyon əhalisi olan Polşanı 18 gündə məğlub etdi. Biz kiçik, 3 milyon, 800 min əhalisi olan Finlandiyanı bir həftəyə məğlub etməliyik ki, bütün Avropa qarşımızda baş əysin.”
Vıborqun iki həftəyə zəbt olunacağını proqnozlaşdıran qərargahın döyüş planına uzun müddət hamı güldü. Lakin finlərin gözqamaşdırıcı, qəhrəman müqaviməti rusların ildırımsürətli qələbə haqqında bütün xəyallarını puç etdi.
Müharibənin birinci həftəsinin sonunda ordu kapitanı Yakovlev, qərargah rəisi Qordov və operativ şöbənin müdiri Malinin Finlandiyanı istila etmək planını vaxtında yerinə yetirmədikləri üçün vəzifələrindən çıxarıldılar. 7-ci ordu komandirliyi Meretskov, qərargah rəisiliyinə İsserson, hərbi hissə komandanlığına Jdanov və başqaları təyin edildilər.
Finlər 7-ci ordunu ağır itkiyə uğradaraq plan üzrə olduqca yavaş-yavaş geri çəkilirdilər. Bəzən əks hücuma keçərək cəbhənin müxtəlif bölgələrində qızıl ordu hissələrini darmadağın edirdilər. Belə bir zərbə nəticəsində 70-ci Diviziya alayı böyük itki verərək 8 kilometrliyinə geri çəkilmək məcburiyyətində qaldı. Vəziyyətdən çıxmaq üçün 44-cü Diviziya sağ qanaddan alınaraq 70-ci Diviziyaya köməyə göndərildi.
Hətta “yüksək şəxslərin” də orduya rəhbərliyi ruslara yardım etmədi. Uzanan müharibədə gündə minlərlə insan həyatı məhv olurdu.
Ordunun yeni qərargah rəisi İsserson da öz vəzifəsində çox qala bilmədi. Fevral ayında onu vəzifəsindən ataraq Kalinin şəhərinə ehtiyat alaya komandir təyin etdilər.
Diqqəti cəlb edən budur ki, bu adam qərargah rəisiliyinə gəlməzdən əvvəl diviziya generalı idi, on gündən sonra isə ordu generalı rütbəsinə yüksəltdilər. Qərargah rəisliyindən çıxarıldıqdan sonra isə albay rütbəsinə endirildi. Petsamodan Vıborqa qədər uzanan bu cəbhənin Şimal bölgəsində işlər daha bərbad halda idi. Sovet İttifaqı qəhrəmanı Şternin komandanlığı altında olan 8-ci ordunun diviziyaları mühasirədə qırılırdı.
Voroşilovun əmrində Diviziya komandanı Vinoqradov əsgərlərin qarşısında güllələndi. Finlər Vinoqradovun donmuş cəsədinin tapıldığını xəbər verdilər. Bunun əksi olaraq Sovetlər Vinoqradovun sağ-salamat Diviziyain başında olduğunu elan etdilər. Göründüyü kimi finlərin xəbəri həqiqətə uyğun deyilmiş. Sovetlərin xəbərləri isə başdan-başa yalan idi. Nə komandanların dəyişdirilməsi, nə güllələnmə üsulu, nə də başqa zalımlıqlar Sovetlərə vəziyyəti öz xeyirlərinə dəyişməyə kömək etmirdi. Mannerheim xətti yarılmadan sarsılmaz qalırdı.
Cəbhəyə Sibirdən yeni diviziyalar gətirildi. Ümumiyyətlə, üç ay içində 7-ci ordunun hissələri üç dəfə qüvvələrlə doldu. Mərhəmətsiz və mənasız tələfatlar bütün cəbhələrdə verilirdi. Bu yerlərdə Qızıl əsgər qanı ilə boyanmamış bir kvadrat metr torpaq belə tapılmazdı. Belə qısa bir zamanda bu qədər insan tələfatı hələ görünməmişdi. Donma təsiri altında ölmək insana qorxu verən bir hal almışdı.
Əsgərləri xüsusən, minalar və “gu quşları” qorxudurdu. Bu minaların dəhşətindən əsgərlər torpağa addım basmağa çəkinirdilər. Torpağa etibar etmirdilər.Həqiqətən də bundan daha qorxunc heç nə ola bilməzdi. Hər hansı başqa bir silah bu qədər ruhsarsıdıcı qorxu verməzdi. Mina kəşfiyyatçılarının isə dəli olmasına tez-tez rast gəlinirdi.
Həm əsgərlər, həm də nəqliyyat yalnız açılmış izlər üzərindən hərəkət etməyə çalışırdı. Bu səbəbdən yollar hər cürə maneələrlə dolu idi. Hərəkət büsbütün pozulmuşdu. Leninqraddan başlayaraq cəbhəyə qədər bütün yollar əsgər və nəqliyyatla dolu idi.
“QU QUŞLARI” VƏ “MİNSK FİNLƏRİ”
Qu quşu? Onları məğrur qartal adlandırırdılar.
Bu adı onlar özləri qazanmışdılar.
Bu ağ geyimli, “Suomi” avtomatı ilə silahlanmış, 40 dərəcə soyuqda düşmən əsgərlərini ağacın başında oturub güllə ilə kəsən Fin oğulları idi. İrəliləyən Qızıl əsgərlər hara baxacaqlarını bilmirdilər. Minaların üzərinə addım qoymamaq üçün yerə, yoxsa düşmən gülləsinə tuş gəlməmək üçün yuxarı baxsınlar. Lakin bütün bunlar hamısı boşuna idi. Çünki nə minalar, nə də “quqquq quşları” görünmürdülər.
“quqquq quşları” nəqliyyatın hərəkətinə əngəl törətmək üçün yol üzərində minalar quraşdırırdılar. Bu minaları təmizləmək üçün maşınlardan düşənlər ağaclardan avtomat güllələri ilə vurulurdular. “Quqquq quşları” yollarda “müstetiller” qururdular, yəni dörd Fin əsgəri yolun üstündə, ağacların başında otururdu. Onların silahları yolun bu hissəsini tamamilə öz nəzarəti altında saxlayırdı. Onlar ancaq hərəkət edən dinc əhaliyə atəş açmırdılar. Amma əsgərləri, hərbçiləri bu “müstetile” buraxdıqdan sonra dörd tərəfdən onları atəşə tuturdular.
Qızıl ordunun əsgərləri arasında itkilər çox olurdu. Gözləmədikləri halda atəşə məruz qalmış insanlar yolun kənarlarına atıldıqları zaman tez-tez “müstetilin” ətrafında basdırılmış minalara dəyirdilər. Sovetlər Finlandiya əleyhinə Minsk “finləri” şıddetli siyasi hərbi də açmışdılar. Kuusineni kominternin bəzəkli sarayından çıxarıb əldəqayırma “Fin xalq hökumətinin” rəisi təyin etdilər. Bu marionet Fin hökuməti ilə müqavilə də imzalandı.
Bu müqavilə Helsinkidə təsdiq olunmalı idi. Kuusinenin Fin xalqına müraciətləri, kitabları, deklarasiyaları gündən-günə Sovet qəzetlərinin sütunlarını doldurur, radio ilə yayılırdı. Bu çıxışlarda Kuusinen Finlərə, silahları öz hökumətləri əleyhinə çevirməyə dəvət edirdi.
Buna cavab olaraq Finlər milli şərəf, heysiyyət və qürurlarını müdafiə edərək daha şiddətlə vuruşurdular. Kuusinen hökumətinin bir xalq hökuməti olduğunu isbat etmək üçün Sovet qəzetləri tez-tez Kuusineni “Fin xalqı” ilə görüşdürür və bu görüşlər münasibəti ilə xalqın “çılğın sevinclərini” təsvir edirdilər. Bir dəfə “Leninqradskaya Pravda” qəzetində yazılmışdı ki, guya Terioki şəhərində 40 min adamın iştirakı ilə mitinq olmuş və bu mitinqdə bütün əhali Kuusinen “Xalq hökumətini alqışlamışdı”.
Belə xəbərə heyrət etdik. Çünki bütün Finlər evlərini yandıraraq geri çəkilirdilər. Teriodakı şəhərdə yalnız bir qoca qadın və yaşlı kişi gördük. Onlar da Fin deyil, estoniyalı idi. Bu qocalara geri çəkilmədiklərinə görə əldə olunmuş qənimətlərdən hədiyyələr verildi. Sovet qəzetinin bu uydurmasına təəccüb edib dostumdan “Teriokidə hər hansı bir Fin gördünmü?” – deyə, soruşdum. O, dedi: "Mən də sənin kimi nə Teriokidə, nə də başqa yerlərdə bir Fin belə görmədim".
“Leninqradskaya Pravda” qəzeti daha böyük rəqəm göstərə bilirdi,məsələn, “təvazökarlıq” edərək 40 min göstərmişdi. Moskva tərəfindən bir “Finlandiya xalq ordusu” da təşkil olunmuşdu. Bu, ordunun əsgərlərinin az bir hissəsi Sovet Karelyasından toplanmışdı, əksəriyyəti isə ruslar, ukraynalılar və beloruslar idi. Bunlara 1939-cu ildə Polşadan oğurlanmış əsgər paltarları geyindirmişdilər. Onları döyüşə cəlb etmirdilər. Bu ordu hissələri “öz mərkəzləri” Helsinkiyə ilk səfərlərdə mahnılarla daxil olmaq üçün hazırlanırdılar.
Bu “Fin xalq ordusu” haqqında qızıl əsgərlər arasında ağızdan ağıza belə bir lətifə yayılmışdı: “bir qızıl əsgər zəif bir səslə dostundan, Fin minasına heç rast gəldinmi, deyə soruşur. İkinci cavabında, mənim rastıma çıxan Minsk Finlərinin qabağında Fin minaları heç nədir,- deyir”. Belorusun paytaxtı Minsk şəhərindən toplanmış “Finlər” məlumdur ki, Finlandiyada Petsamodan Vıborqa qədər uzanmış bir cəbhə boyunu müdafiə etməyə məcbur idi.
Finlərin əsgərlərinin sayı, hərbi güclərinin, top, tank və təyyarələrinin miqdarı sovetlərinki ilə müqayisə edilməyəcək dərəcədə az idi. Kareliyə bölgəsində isə Sovet əsgərlərindən və hərbi texnikadan boş bir nöqtə belə tapıla bilməzdi. Buna görə də təyyarədən atılan hər bir bomba hədəfə çatacaqdı. Finlərin hərbi texnikası olmadığından sovetlər əsgəri hissələrini hücum xəttinə qədər asanlıqla çəkib gətirə bilirdilər.
Yalnız bu məsafədən Finlər tüfəng, avtomat və makinalı tüfəng atəşi ilə təsir edə bilirdilər. Amma mükəmməl təsir edirdilər. Az bir vaxtda ölülərdən təpələr yüksəlməyə başlamışdı.
ORDENSİZ (MEDALSIZ), AMMA TƏZƏ REZİN
Əgər Finlandiya Sovet-Fin müharibəsi dövründə Sovetlərin cəbhəyə tökdükləri hərbi texnikanın 25 faizinə malik olsaydı, o halda ilk bahara qədər Vıborqa yaxınlaşmaq belə mümkün olmazdı. İlk baharda isə bütün hərəkət dayanacaqdı. Çünki Finlandiyada ilk baharda hücum hərbi yürütmək, demək olar ki, imkan xaricindədir. Hətta Mart ayının əvvəllərində, 1940-cı il 6-9 mart tarixləri arasında donun açılması üzündən nəqliyyatın hərəkəti çox çətinləşdi.
Bəllidir ki, Finlandiyada hücum hərbi üçün ən uyğun zaman yaz və qışdır. Buna baxmayaraq qızıllar bütün müvəffəqiyyətsizliklərinin günahını yazıq qışın boynuna atırdılar. Halbuki qoca qış bütün gölləri dondurmuş hava limanını, çölləri isə yollara çevirmişdi. Bütün müvəffəqiyyətsizliklərin günahı isə Sovet sisteminin özündə, bolşevik rəhbərlərinin istedadsızlığında və qabiliyyətsizliyində idi. Əsgəri hissələrinin özündə də qarmaqarışıqlıq çox idi.
Bu qarmaqarışıqlığı da yuxarıdan Stalin, Voroşilov və onların müavinləri törədirdilər. Qızıl ordunun siyasi idarəsinin, NKVD və hərbi prokurorluğun törətdiyi əngəllər haqqında isə danışmağa belə dəyməz. Əsgər komandirlərı kimi dinləyəcəklərini, kimə tabe olacaqlarını bilmirdilər. Onlar vaxtlarını bu cür müfəttişlərə izahat verməklə keçirirdilər. Öz hissələri ilə məşğul olmağa isə az vaxtları qalırdı.
7-ci ordunun kapitanı Yakovlevin qərarına görə əsas zərbə ordunun sol qanadı ilə endirilməli idi. Hərbin 3-cü günü heç bir məna olmadan ona yuxarıdan əmr etdilər ki, əsas zərbəni sağ qanada keçirsin. Bu qanadda da Finlər qüvvətli müqavimət göstərdilər. Bundan sonra əsas zərbə yenidən sol qanada keçirildi.
Bunun nəticəsində ordu hissələrinin qanaddan–qanada mənasız hərəkətlərində çox vaxt insan itkisi olurdu. Yüksək rəhbərlərin günahları və istedadsızlığı kapitan Yakovlevin üzərinə düşdü. Halbuki Yakovlevin əvvəlki qərarı ən doğru idi.
Ümumiyyətlə, Finlandiyaya qarşı açılmış müharibə bir həftə yerinə üç ay yarım sürdü. Finlərin hesabına görə hər şəhid Fin əsgərinin əvəzinə on qızıl əsgər şəhid olmalı idi.
Finlərin bu hesabları doğru çıxmadı. Bir Fin əsgərinin əvəzinə ondan daha artıq qızıl əsgər tələf oldu. Göründüyü kimi hər iki tərəfin hesabları doğru çıxmadı. Kuusineni Helsinkidə oturtmaq əvəzinə Sovetlər onun hökumətini dağıtmağa məcbur oldular. Hətta Vıborq belə müharibə ilə alına bilmədi. Yadımızdadır ki, “Leninqradskaya Pravda” hər gün yazırdı: “Vıborq mühasirəyə alınmış və bir neçə gündən sonra qızıl ordunun əlinə keçəcək.”
Hərbi təbliğatda deyilirdi: “13 mart saat 12.00-a qədər uzanan hücum nəticəsində Qızıl Ordu Vıborqu zəbt etdi.” Halbuki, Vıborqu Finlər müqaviləyə görə təslim etdilər. Vıborq ətrafında kimin kimi mühasirəyə aldığı anlaşılmadı. Amma bu aydındır ki, üç ay yarım ordu tərəfindən alına bilməyən Vıborqu Sovet təbliğatı mart ayının 13-də beş-altı saat içində “zəbt etdi”. Əsgər və komandirlər ilk dəfə idi ki, Sovet şəraiti xaricində həyat görürdülər.
Finlər tərəfindən evlərə girərkən insan təmizliyə, evin görkəminin zənginliyinə heyran qalırdı. Bu evlərin sahibləri sadə Fin zəhmətkeşləri idi. Bir dəfə Fin kəndlisinin evində istirahət edən qızıl əsgər hissələrindən–"taxtabiti və birələr onları narahat etmirlər?–deyə soruşduq. Buna cavab olaraq onlardan biri dedi: – “Yoldaş komandir, taxtabiti və birələri biz hüdud xaricində buraxdıq”, yəni Finlandiyanın hüdudu xaricində – Sovetlər İttifaqında.
Həqiqətən də Finlandiyanın dövlət quruluşu, Finlandiya hökuməti vətəndaşlarının inkişafı, azad və xoşbəxt həyat sürməsi üçün bütün şəraitləri yaratmışdı. Finlandiya dövlətinin siyasəti insan şəxsiyyətinin azad inkişafına şərait yaradıb vətəndaşların hürriyyətini, zəhmətini, şərəfini və dəyərini qoruyurdu.
Bütün bu nemətlərdən Sovet vətəndaşları məhrum idi. Buna görədir ki, Finlər bolşevizmə qalib gəlirdilər. Müharibənin gedişində və sonunda bol-bol mükafatlar paylanırdı. Minlərlə, on minlərlə adam ordenlərlə təltif edilmişdi. Bu münasibətlə Leninqradda belə bir lətifə danışırdılar: “Əvvəllər bir-biri ilə heç rastlaşmayan iki gənc (qız və oğlan) təsadüfən telefonla danışırlar, görüş vaxtı və yeri təyin edirlər. Sonda qız oğlandan soruşur -hansı gözəçarpan əlamətlərinizlə sizi tanıya bilərəm? - Oğlan cavab verir ki, mən ordensiz, medalsızam, amma ayağımda təzə rezin ayaqqabı var”.Təzə rezin ayaqqabı, palto, geyim sovet rejimində çox nadir tapılan şeylər idi. Üz qaraldan Finlandiya müharibəsindən sonra ordensiz adama rast gəlmək də çox çətin idi. Həqiqətən də bu müharibədə arabaçıdan tutmuş baş komandirə qədər bütün Fin əsgərləri orden və medallarla təltif olunmağa layiq idi.
Bütün dünya Fin əsgərlərinin qəhrəmanlığına heyran idi. Finlərin həyatı və zəhmətsevərliyi daha böyük heyranlığa layıq idi. Ruhən və mənən bu böyük millətin insanlığa daha çox xidmətləri olacaqdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fetelibeyli-sovet-fin-herbi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Fəlsəfə, daima ruhu zənginləşməyə xidmət edir. Bolşeviklərə görə, fəlsəfə, bütün elmlərin əsası, elmin birinci və son sözü olan dialektik materializmdir. Yalnız, dialektik materializmin metoduna istinad edərək kainatı, bütün hadisələri öyrənmək olar, yalnız onun metodlarının köməyi ilə bütün elmlər inkişaf edir, böyük icadlar edilir. Sovet məktəblərində oxuduğumuz zaman hərf-hərf bizə öyrədirdilər ki, bütün böyük ixtiraçılar, böyük icadlarını dialektik materializmin köməyi ilə etmişlər. Demək ki, Arximed, Qalvani, Volta, Devi, Faradey, Amper, Araqqo, Qaliley, Küri, Kopernik, Edison, Uaat Uluq bey, Nizami, Şota Rustaveli və başqaları dialektik materializmdən xəbərləri belə olmadan, heç güman etmədən onun metodları ilə faydalanırmış.Böyük filosoflara gəlincə, onların fəlsəfələri dialektik materializm əsaslarına uymadığı üçün elmi, sinfi deyil, buna görə də amansızca rədd edilməlidir. Misal üçün, Feyerbaxın materializmindən bəhs etdiyimiz zaman mütləq qeyd etməliyik ki, Feyerbax Hegelin idealizmini tənqid edərkən böyük bir xəta buraxmış: o, tasın içindən kirli, sabunlu su ilə birlikdə uşağı da bayıra atıb. Hegel nəzəriyyəsindəki bu "uşaq" dialektika imiş. Beləliklə, dialektik materializmə görə, dialektikadan başqa, Hegelin bütün nəzəriyyəsi kirli , sabunlu sudur. Hərb nəzəriyyəçisi və filosofu Karl von Klauzeviçi götürək: Bu şəxsin nəzəriyyəsindən Lenin çox faydalanmışdır. Dialektik materializmə görə, onun məşum xətası odur ki, o, öz nəzəriyyəsində sinifləri deyil, xalqı görürdü. Buna görə o elmə sinfi nöqteyi nəzərlə baxmaq səviyyəsinə yüksəlmədi və Hegelin idealizmində boğuldu.
Koreyada Sovet təcavüzünün məğlub olması(Koreya hadisələrinin 2 illiyinə)**Sovet imperialistlərinin bəşəriyyətə qarşı törətdikləri sonsuz qanlı cinayətlər içərisində Koreyadakı təcavüzkarlıq ən ağırıdır.
Kommunizm-UtopiyadırMəlumdur ki, bolşeviklər özlərini ortodoks marksist sayırlar. Başqa sözlə, bolşeviklər üçün Marksdan başqa Allah yoxdur, Stalin də onun peyğəmbəridir. Marksizmdə əsas məsələ nədir?Bolşeviklərin öz etiraflarına görə, Marksizmdə baş və əsas məsələ proletar diktatorluğu məsələsidir. Bütün başqa məsələlər buna tabedir və bundan irəli gəlir. Proletar diktatorluğuna gətirən başlıca yollar sinfi mübarizə və vətəndaş müharibəsidir. Marksın təyin etdiyinə görə, proletar diktatorluğunun başlanğıc dövrü bütün köhnə dövlət mexanizmini, bütün milli ənənələri, adətləri, mənəviyyatı və mədəniyyəti yıxmaq, dağıtmaq, parçalamaq, məhv etməkdən ibarətdir. "İnternasional"ın sözləri ilə ifadə etsək, "Yıxaq bu köhnə cahanı..." Proletar diktatorluğunun ikinci dövrü qurulmuş dövrdür”.
Kreml hür dünyanın gözü önündə hüriyyət əleyhinə "Xalqlar" konqresi çağırdıKremlin əmri və hüdudsuz maddi yardımı ilə (Kominternin-Kominformun uşağı) olan Dünya Sülh Şurası adından, 12 dekabr 1952-ci ildə Vyanada "Xalqların Sülhü Müdafiə konfransı" açılmışdır."Sülh hərəkatı" vaxtilə Politbüronun (Siyasi Büronun - N.Y.) gizli dərinliklərində başlamış və güclü pul sayəsində sürətlə genişlənmiş, 1949-cu ildə isə "Sülh tərəfdarları dünya konfransı" çağırılmışdır.
Стихи других поэтов
Aləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Yaralı mənəmFələyin əlindən, qəhri-qəzadan,Dolanan sinəsi yaralı mənəm.
GözləməDünya bir sınaqdır hər addım başı,Havayı fallardan ümid gözləmə.