Uzaq Havanada könlümə düşdün,Gör bir aramızda neçə dəniz var!Bu gecə yuxuma necə gəlmişdin,Necə qısalmışdı bu gecə yollar.Heç Günay qızımız yerimir hələNecə də dənizlər keçib, gəlibdi.Ata yuxusunun qanadlarında

Körpə mələk kimi uçub gəlibdi.Bu gecə fikrimdə qarışıb aləm –Kubanı döndərdim öz kəndimizə.Sənin hünərinə mat qalmışam mən,Gəlib oturmusan burda üz-üzə.Ağıla gələrmi, düşərmi yada,Durub baxır mənə o gülə-gülə.Uzaq Havanada, mehmanxanadaMənə dovğa çalmaq istəyir hələ.Dedim: “Nə qaçmısan ürəyi dolu,Qoyaydın körpəni yataydı barı,Axı, nə düşmüşdü, bu uzun yoluDurub tək gəlmisən bu gecəyarı”.Yuxudan ayıldım, gördüm səhərdi,İspanca danışır burda dəniz də.Günəş qəzəbini yerə əndərdi,İndi qaç, özünü istidən gizlə.Elə istidir ki, eh... buralardaAdam balıqlara həsəd aparır.Səmada ləhləyən ağ buludlar daQaçıb gizlənməyə kölgə axtarır.Belə vurhavırda könlümə düşdün,Elə bil ruhuma qar ələndi, qar.Bu gecə yuxuma necə gəlmişdin,Necə qısalmışdı bu gecə yollar...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе