Divarda asılmış xalça – butafor,Mizin üstündəki dolça – butafor.

Xalçaya çəkilmiş buta – butafor,Dolçaya tökülmüş su da – butafor.

(Bunlar səhnədədir, həyatda da sən,Hər addım başında yalan görərsən).

Gözə kül üfürən əda – butafor,Boş daqqadan çıxan səda – butafor.

İşıqdan bərq vuran odun – butafor,Boşluğa atılan addım – butafor.

Yaşamaq çətindir olsan – butafor,Yaşaya bilməyən insan – butafor.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов