Yaşıl yarpaqdaNoxud boyda sarı ləkə var,Üç gündür baxıram…Bu üç gündə solubQonşu budaqlardakı bütün yarpaqlar.Srağagün ləkə noxud boyda idi,Dünən də.Bu gün bir az böyüyüb,Lap az,İynə ucu qədər.Düşünürəm belə getsəBu yarpaq solmaz,Payız onaToxunmamış keçib-gedir.

Yarpaqsız ağacdaYaşamaq istəyir sonuncu yarpaq.Tək əliylə bərk-bərkYapışıb budaqdan,Tək əldə gücə bax!Çuxuryurd, 1962

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов