Bəzi kitabxanalardan kiril əlifbası ilənəşr olunan kitablar atılır

Kitabı yerdə görsən,Öp, qoy gözünün üstə.Miz tapılmasa əgər,Oxu dizinin üstə.

Kitab – çörək kimidir,Rastlaşmağın – təbərrük!Göz açıb ana-ata,Sonra kitab görürük.

Qoy eşitsin cümlə-el,Qoy bilsin kitabxana,Kitab atmağa heç nəOla bilməz bəhanə!

Bu səhər gördüyümü,Qardaş, görməyəydim kaş!Yerdə kitab qalağıEynən, daş üstündə daş!

Orda heykəli olanBir şair görə-görə,Kitabını fırladıbAtdılar küçələrə.

Yığışıb kitablarıSaf-çürük eləyiblər.«Kirillə yazılanlarTa oxunmaz» – deyiblər.

Tələsib, hökm verməkSayılmaz yaxşı adət.Kitab qalıb keçmişdənGələcəyə əmanət.

Ərəb, kiril, ya latın,Ola bilməz maneyə!Bəs, onda bu kitablarBura atılıb niyə?!

Əsl kitabxanadaHər cürə kitab olar.Təki, kitab var olsun,Oxuyanı tapılar.

Oxumaq istəyən kəsDözər beş gün əzaba.Sonra bir sirdaş kimi,Yaxınlaşar kitaba.

Nə rəngdə olur-olsun,Kitab əziz tutular.Bir şey ki, baş ucaldır,Ayağamı atılar?!Bakı, oktyabr, 2009

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов