Dedim ki, xəyalım vardı küyünə,Dedi: göndər gəlsin bəyabi bəyabi,Dedim: qəvvas oldum dil dəryasinə,Dedi: dər istərsən bəyabi bəyabi

Dedim: gəl yüzkədə dər sənə yetdim,Dedi: kəlb ol, yaslan, dər sənə yetdim,Dedim: əlif qəddin dər sənə yetdim,Dedi: bəyan ilə bəyabi bəyabi

Dedim: rəngim döndü abi-heyvanə,Dedi: həmdəm olmasa abi-heyvanə,Dedim: ləbin bənzər abi-heyvanə,Dedi: təşnəmisən bəyabi bəyabi

Dedim: gərdənində qiyamət eylər,Dedi: kimdir canın qiyamət eylər,Dedim: eşq səməndi qiyamət eylər,Dedi: mənzil kəsməz bəyabi bəyabi

Dedim: gəl seyrana yaşıl lalasən,Dedi: o tərəfsən olan yaşıl lalasən,Dedim: Mücrim Kərim yaşıl lalasən,Dedi: keçməz xəttin bəyabi bəyabi

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов