Siçan və balası (Təmsil)
Təmsil
Bir ədəd bikəmal bəççeyi-muş –Ki, hənuz olmamışdı sahibhuş,Görməmişdi ziyayi-dünyanı,Eyşü zövqü səfayi-dünyanı,Bir zaman bixəbər anasındanÇıxdı tışqarı öz yuvasından.Seyr edərdi o kuhü səhranı,Hər tərəf eyləyib tamaşanı,Ta ki oldu o xürdsalə əyanBir xürus ilə bir pişik o zaman.Pişiyi gördü oxşayır özünə,Xoş göründü pişik onun gözünə.İstədi eyləsin ona ülfət,Leyk qıldı xürusdən vəhşət.Qaçıban girdi öz yuvasına,Macəranı dedi anasına,Key olan rahəti-rəvanım ana,Ey təni-zarıma təvanım ana,Çıxmış idim bu gün səyahətə mən,Leyk oldum düçar möhnətə mən.Rast gəldim mən iki heyvanə,Üz verib qəm məni-pərişanə.Biri qayətdə xoşnüma idi,Sanki məhbubi-dilrüba idi.Bığlarında həcaməti var idi,Biz tək əslü nəcabəti var idi.Eylədim ülfətinə çox rəğbət,Leyk yarından eylədim vəhşət.Ku-kələk açdı hərzəvü pürmu,Hər zaman eyləyirdi quqqulu-qu.Gah qanadlarını döyürdü yerə,Xişm edəndə dönürdü şiri-nərə.Vardı başında şöleyi-atəş,Ürəyim ondan eyləyirdi ğəşş.Dedim: – Ey Tarı, ver qanad mənə,Ver bu bədbəxtdən nicat mənə.Qaçıb ol xəsmdən məni-qafilŞükr oldum yuvamıza daxil.Olmasaydı əgər o pür pərü bal,Mənə hasil olurdu yarə vüsal.Dedi: – Ey novrəsideyi-madər,Rahətü nuri-dideyi-madər,Vəhşətin biməqamü bicadır,Ol xürusi ki, rəğbət-əfzadır –Ki, onun yoxdu bir ziyanı bizə,Bəlkə var rahəti-rəvanı bizə.Sübh vəqtində tez durub bannar,Annıyanlar işarəsin annar.Sənə amma o xoş gələn heyvanDüşməni-muşdir mühili-zaman.Ey bala, ondan ehtiraz eylə,O mühil ilə ülfət az eylə.Cəfər, ey sərvi-bustani-pədər,Güli-xoşətri-gülsitani-pədər,Var elə şey ki, xoşnümadı sənə,Leyk batində bir bəladı sənə.Var elə şey ki, xoş gəlir gözüvə,Leyk anın ziyanı var özüvə.Neçə kim, “Dastani-bəççeyi-muş”.Oxusan eyləyər səni mədhuş.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-sican-ve-balasi-temsil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cəfər, ey nuri-dideyi-Seyyid,Qönçeyi-novrəsideyi-Seyyid!
Oğluma nəsihət (Cəfər, ey sərvi-sərfərazi-pədər)Cəfər, ey sərvi-sərfərazi-pədər,Məhrəmi-sirri-eşqi-razi-pədər.
Oğluma nəsihət (Cəfər, ey xəstə cismimin canı)Cəfər, ey xəstə cismimin cani,Səd ya nəhs olan günü tani.
Oğluma nəsihət (Ey oğul, bil ki, ola əta kani)Ey oğul, bil ki, ol əta kaniXəlq edib səndən ötrü dünyani.
Стихи других поэтов
Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Qəsidə: Ey cahan dövlətinə səy qılan talibi-malEy cahan dövlətinə səy qılan talibi-mal,Dövlətə səy eyləmə, axirəti yadına sal
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,