İsfahan mülkündən gələn xocalar,Bu canımda intizarım var mənim.Biri hicran, biri möhnət, biri qəm,Qəm evliyəm, xiridarım var mənim.

Ala gözün xumarlayıb süzməsin,Ay qabağa qızıl, inci düzməsin,Deyin yara, əl duadan üzməsin,Ürəyimdə ahu-zarım var mənim.

Mən Abbasam, gəlsin könlüm aradan,Oxudum dərsimi, çıxdım qaradan,Sən bilirsən, yeri-göyü yaradan,Gülgəz Pəri kimi yarım var mənim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке