Əlidə var, Vəlidə var – çox əcəb!Elə ki, məndə oldu,qiyamət qopdu,aləm dağıldı,Səs düşdü – səda düşdü,Qan düşdü – qada düşdü,Ayə, qoymayın!Yetim əlində qoğal əcayib!Vallah, billah, ayıbdı, ayıb.Bu həcmdə paxıllıq,bu mərtəbə kin olar?Mehribanlıq öyrədir bizə, axı,Şeirlər, romanlar, kinolar.Yoxsa yalanmış bunlar?!Çətini doğulanacandı,Elə ki, doğuldun,Guya ki, insan oldun,Amma, insan olmamaq,insan olmaqdan asan oldu.Əli çörəyə çatdı,Qonşusuna daş atdı.Deyinirəm, deyirlərBaş qoşma, bu – həyatdı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов