(Sərbəst nəzirə)

«A Şəbüstərli dadaşlar,Sizə mən neyləmişəm?!»

Görməsəm də bir mehrini, mən Şirvanın övladıyam,Şirvan – Şirinimdir mənim, mən də onun Fərhadıyam.Özümə görə şairəm, nə Sabirəm, nə Hadiyəm.Bilən bilir, indiyədək beş-üç doğru söz demişəm,A Şamaxılı dadaşlar, sizə mən neyləmişəm?!

Şairlərin durduğu yer firqələrin fövqündədir,Ayə, bəs onda bu əda, bu ayrıseçkilik nədir?Sayım elədiklərimi istəyirsən sənə bir-bir,Dost qəlbini sevindirib, düşmən bağrın teyləmişəm,A Şamaxılı dadaşlar, sizə mən neyləmişəm?!

İmarətlər ucaltmısız özünüz üçün göylərə,Fəxrimiz Sabirə fəqət, ucaltmamısız məqbərə,Şirvanlıya soyuqqanlı demirlər ki, nahaq yerə,Mən də bu doğru sözü bir də təkrar eyləmişəm,A Şamaxılı dadaşlar, sizə mən neyləmişəm?!

Şirvan – torpaq, ana yurddu, torpağın nə günahı var?!Müqəddəsdi, məkr bilməz ormanlar, dərələr, dağlar.Adamlardı bu Aləmi biri-birinə qatanlar.Mən də babam Sabir kimi gördüyümü söyləmişəm,Dünən, srağagün, bu gün və həmişə və həmişə,Nadana nadan demişəm, namərdə namərd demişəm,A Şamaxılı dadaşlar, sizə mən neyləmişəm?!

Bakı, Dekabr, 2000

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине