Bu şerə fikir ver, «altı-dörddür»,Birini bilirsən, birini yox.Ört qapını, şair yaman pərtdir,Birini bilirsən, birini yox.

Bu necə niskildir, necə dərddir?Birini bilirsən, birini yox.Niyə bu comərddir, o namərddir –Birini bilirsən, birini yox.

Şəhər daşürəkli, şəhər sərtdir –Birini bilirsən, birini yox.Yenə eybimizi örtən kənddir –Birini bilirsən, birini yox.

Bu dağda su qıtdı, qar da qəhətdi, –Birini bilirsən, birini yox.Nədir bükən beli, əyən qəddi –Birini bilirsən, birini yox.

Gözlə öz növbəni, aşma həddi!Birini bilirsən, birini yox.Yaşamaq əzabsa, həyat nədi?!Birini bilirsən, birini yox.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов