Batalı qanə oxun dideyi-giryan içrə
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Batalı qanə oxun dideyi-giryan içrə,
Bir əlifdir sanasan kim, yazılar qan içrə.
Yeridir, sineyi-suzanıma gülxən desələr,
Bəs ki, yanmışdır oxun sineyi-suzan içrə.
Canı tən içrə nə saxlardım əgər bilsə idim
Ki, deyil gizli qəmi-ləli-ləbin can içrə.
Ala gör oxlarını didələrimdən, ey dil,
Heyfdir, olmaya nagəh itə müjgan içrə.
Çak könlüm arasında yaraşır peykanın,
İqdi-şəbnəm xoş olur qönçeyi-xəndan içrə.
Qəddinə sərv demiş, qönçələrin tənindən
Duramaz badi-səba hiç gülüstan içrə.
Ey Füzuli, kimə suzi-dilimi şərh qılım,
Yox mənim kimi yanan atəşi-hicran içrə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-batali-qane-oxun-dideyi-giryan-icre
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Bir maral baxışlı, tərlan cilvəli,Gəldi məni gördü, baxdı, qayıtdı.
Tək bəndlərAlçaq dağlarıma qar yağdı, yağdı.Üstündən göz yaşım yar yağdı, yağdı.
Neçə bahar yola salmışamNeçə bahar yola salmışam,ancaq
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,