Padişahi-mülk, dinarü-dirhəm rüşvət verib,Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.

Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,Ol dəxi asari-əmnü istiqamətdən bəri.

Göstərən saətdə dövrani-fələk bir inqilab,Həm özü fani olur, həm ləşkəri, həm kişvəri

Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxənEyləmiş iqbalimi asari-nüsrət məzhəri.

Hər sözüm bir pəhlivandır kim, bulub təyidi-həq,Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri.

Qanda kim, əzm etsə, mərsumü-məvacib istəməz,Qansı mülkü tutsa, dəgməz kimsəyə şurü-şəri.

Payimal etməz onu asibi-dövri-ruzigar,Eyləməz təsir ona dövrani-çərxi-çənbəri.

Qılmasın dünyadə sultanlar mənə təklifi-cud,Bəs dürür başımda tövfiqi-qənaət əfsəri.

Hər cəhətdən fariğəm, aləmdə haşa kim, olaRizq üçün əhli-bəqa, əhli-fənanın çakəri.

Падишах золотой земли подкупает людей серебром,Он готовит полки для захвата другой страны,Сотней козней и хитростей он побеждает ее,Но и в этой стране нету радости и тишины.И в тот гибельный час, когда рок совершил поворот,Гибнет сам падишах, и страна, и мильоны людей.Посмотри: это я властелин, дервиш, сильный войсками слов,Громоносное слово — источник победы моей.Видишь, каждое слово мое — великан, что из истины силу берет;Если слово захочет, будут море и суша покорны ему.И куда бы его ни послал, слову чужды почет и казна;Слово, взявши страну, никого не заточит в тюрьму.Все стихии вселенной слово мое не сотрут,Не раздавит его колесо вероломной судьбы.Пусть властители мира мне не даруют благ:У меня в голове есть корона скромной моей резьбы.Я свободен во всем! Кто б ты ни был, слушатель мой,Ты не должен за корку хлеба преходящему быть слугой.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bu, ərbabi-vəfadan təvəqqöi-qəbuli-mə'zirətdir və əshabi-zəkadan təmənnayi-duayi-məğfirətdir

İnsaf ver, ey həsud, insaf,Tə'n etmə ki, cövhərin degil saf!

Маснави15361 мин
Müəmmalar

1. İmam ismində.İstədi məndən nisari-müjdeyi-təşrif yar,

5 мин
Hədisi-ərbəin

MüqəddiməNasixi-əqavili-mənqulə və ətəmmi-əhadisi-məqbulə ki, əshabi-fəsahət nəqşi-səhifeyi-e'tibar edib, ərbabi-bəlağət tərzi-cərideyi-ixtiyar edərlər ol münşiyi-ərqarai-hikmət və mümliyi-əhkami-qüdrət həmdidir ki, kəlimati-nəsayeh məzmun və nükati-məaniyi-məknun möcizbəyani-rəsulinə cari edib dəsturül-əməli-sükkani-səradiq tə'yin və nəsbül-eyni-ümmali-məsalihiddin etmiş. Səlləllahi əleyhi ve alihi və əshabihi əyyidnən mim həmləti ə'lami ulumihi və nəqlət ehkami adabihi.

7 мин
Qazi Əlaəddinə məktub

Əlminnətü-lillah ki, şəcəreyi-elmü irfan gün-gündən mütənəvve' olub, səməreyi-asarı fəvaid saçmaqdadır, Və nihali-fəzlü ehsan saət-bəsaət təravət alıb dimaği-əhli-imanı müəttər qılmağa tazə-tazə şükufələr açmaqdadır. Hər ayinə nəqşbəndi-nigarxaneyi-vücud kargahi-qüdrətdə bir surəti-mücəddəd çəkməkdən xali olmaz. Və bağbani-hədiqeyi-cud riyazi-hikmətdən hər saət bir nihali-tazə dikməkdən məlamət bulmaz.Əgər bu təriqeyi-mərziyyə nəhci-istimrar bulmasaydı və bu adəti-mə'hudə müstəmir olmasaydı, bəqayi-süvəri-növiyyə və əfradi-şəxsiyyə zərurət ehtimalı bulmaz idi. Və silsileyi-nizama istehkam müyəssər olmaz idi.

2 мин

Стихи других поэтов · О судьбе