Saqi , mədəd et ki , dərdməndəm !Ğəm silsiləsinə payibəndəm .Ğəm dəfinə cami-mey dəvadır , Tədbiri – ğəm eyləmək rəvadır . Səndən nə inayət olsa vaqe , Fikr etmə ki , məndə ola zae . Mən bir sədəfəm , sən əbri- niysan , Ver qətrəvü al dürri – ğəltan , Sənsən xurşudi mən siyəh xak , Ver arəşü al cəvahiri-pak . Rəhm et ki , ğəribü xakisarəm , Bimunisü yarü ğəmküsarəm . Ol bir neçə həmdəmi-müvafiq , Yəni şüərayi – dövri – sabiq ,Tədric il gəldilər cəhanə ,Dövran olari müəzzəm etdi ,Hər dövr birin mükərrəm etdi .Hər birinə hami oldu bir şah ,Zövqi – süxənindən oldu agah.Türkü ərəbü əcəmdə əyyam ,Hər şairə vermiş idi bir kam .Şad etmiş idi Əbunəvası ,Harun xəlifənin ətası .Bulmuşdu səfayi – dil Nizami ,Şirvanşahə düşüb girami .Olmuşdu Nəvaiyi – süxəndan ,Mənzuri – şəhənşəhi – Xorasan ,Söz gövhərinə nəzər salanlar ,Gəncinə verib gühər alanlar ,Çün qalmadı , qalmadı fəsahət ,Ərbabi – fəsahət içrə rahət .Ol taifə çəkdi xirqəyə baş ,Halətlərin etməz oldular faş .Ta olmaya rəsmi-şer məfdud , Əbvabi-fünuni-nəzm məsdud , Lazım mənə oldu hifzi-qanun , Naçar , tutub təriqi – namus , Rahətdən olub müdam məyus,Əhdi sözə istivar qıldım ,Əşar demək şüar qıldım . Çün xəlqə xilafi – müddəayəm , Onlar zəmincə süst rəyəm . Hər söz ki , gəlir zühurə məndən , Min tənə bulur hər əncüməndən .Eylər həsəd əhli baglayib kin ,Təhsin əvəzinə nəfyü nifrin .Ummid ki , rəf olub küdurət ,Təğyirpəzir ola bu surət .Ol qövm bu gülşənə girəndə ,Bu gülşən içində gül dərəndəGül tazə idivü səbzə növxiz ,Tərpəndikcə nəsimi – gülrizOnlar gülü dərdilər , məni-zarHala dilərəm dərəm xəsü xar .Bu bəzmə olar verəndə təzyinMey saf idi , bəzm həm növayin .Mey safi olara oldu ruzi ,Qaldi mənə daği-dürd suzi .Bu dürdə mən olmuşam həvaxah ,Bir nəş`ə verərmi , bilməzəm , ah !

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов