Bari-möhnətdən nihali-qamətin xəm olmasın
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Bari-möhnətdən nihali-qamətin xəm olmasın.
Başımızdan sayeyi-sərvi-qədin kəm olmasın.
Hasilim rüxsarü ləlü çeşmü qəmzən olmasa,
Ömr bir an, bir nəfəs, bir ləhzə, bir dəm olmasın.
Gərdi-rahin əzmi-gərdun etdi kim, bu qədr ilə
Şöhreyi-aləm həmin İsayi-Məryəm olmasın.
İltimas etdim səbadən tutiya çəkdirməyə,
Ağlama, ey göz, qübari-dərgəhi nəm olmasın.
Sən tək afət gəldiyin bilmişdi kim, həqdən mələk
İltimas eylərdi kim, aləmdə Adəm olmasın.
Der imiş zahid ki, olmaq eybdir rüsvayi-eşq,
Bu sözü faş etməsin, rüsvayi-aləm olmasın.
Ey Füzuli, zövqi-dərdi-eşqə nöqsan heyfdir,
Ehtiyat et, pənbeyi-dağində mərhəm olmasın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-bari-mohnetden-nihali-qametin-xem-olmasin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
DİBAÇƏYa Rəb, rəhi-eşqində bəni şeyda qıl,
Altıncı bab. İmam Həsən Həzrətləri əhvalın bəyan edərHəzrəti Sultani-səriri-Kibriya və maliki-mülki-"Tö’til-mulkə mən tə’şau"xəvasi-dərgahi-rif’ət dəstgahinə irşad təslimü təvəkkül qılub, cəvabi-tə’nü
Fəsli-ibtilayi-Adəm əleyhissəlamMöhnətsərayi-xilqət və darülbəlayi-fitrətdə müsibətzədələr pişvası və dilşüdələr müqtədası Həzrəti-Adəmi-Səfidir, əleyhissəlam. Şe’r:Adəm ki, fəzayi-aləmə basdı qədəm,
Fəsli-ibtilayi-ƏyyubBəstəri-bəla bimarlarının və badiyeyi-fəna dilfigarlarının biri Əyyubi-bəlakeşdirki, nəvidi-"İnnəllahə yuhibbu kullə qəlbin həzin" dili-pakın məxzənicəvahiri-
Стихи других поэтов · О любви
سرو تو به هر چمن دریغ است
Ağlama, yarım, ağlamaGedirəm, gələ bilmərəmAğlama, yarım, ağlama!
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
Her ki dermânı nigârınun yolında derd olaHer ki dermânı nigârınun yolında derd olaIşk içinde ol ferîd ü yâr yolında ferd ola