Canə basdım qönçəvəş peykanını, ey tazə gül,Dözmək içün hicrinə düzdüm dəmirdən bir könül.

Vəh nə sairsən ki, oddan su çıxardın, sudan od,Tərlədib rüxsarını gül-gül qılanda tabi-mül.

Yandırıb əczayi-tərkibim, külüm verəsən yelə,Yox yolundan dönməgim, varım sənindir cüzvi küll.

Mərdümi-çeşmim yığar navəklərin mümkün sanırOl ağaclar birlə tutmaq əşk dəryasinə pül.

Ey könül, lövhi-əməl nəqşi-bəqadən sadədir,Fani etmə ömrün ol sevdadə kim, baqi degül.

Surətaray olma, təhsili-kəmali-mə’ni etKim, bəhayim növ’ün etməz adəmi zərbəft çül.

Nola dersəm qədr ilə əfzun Məsihadən səni,Yerü göy mizan olub fərq olmuş ağrdan yünül.

Atəşi-dil öylə suzandır ki, basmaz hiç kim,Rəhm edib navəklərindən özgə zəxmim üzrə kül.

Макта — последний бейт с тахаллусом поэта. Hasilin əvvəl qəmi-canandı axir təki-can,Bu imiş qismət, Füzuli, xah ağıla, xah gül.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов