Canlar verib, sənin kimi cananə yetmişəm
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Canlar verib, sənin kimi cananə yetmişəm,Rəhm eylə kim, yetincə sənə canə yetmişəm.
Şükraneyi-vüsalinə can verdigim bu kim,Çox dərd çəkmişəm ki, bu dərmanə yetmişəm.
Halım deyib, muradıma yetsəm əcəb degil,Bir bəndəyəm ki, dərgəhi-sultanə yetmişəm.
Muri-mühəqqərəm ki, sərasimə çox gəzib,Nagah barigahi-Süleymanə yetmişəm.
Bir bülbüləm ki, gülşən olubdur nişimənim,Ya tutiyəm ki, bir şəkəristanə yetmişəm.
Dövri-fələk müyəssər edibdir muradımı,Guya ki, talibi-gühərəm, kanə yetmişəm.
Макта — последний бейт с тахаллусом поэта. Miskin Füzuliyəm ki, sənə tutmuşam üzüm,Ya bir kəminə qətrə ki, ümmanə yetmişəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-canlar-verib-senin-kimi-canane-yetmisem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Bir salatın məni təklif eylədi,Doldurdu badəni, oğlan, bir-bir çək.
Mən hara qaçımMeşə ağ dumanı tel-tel didəndə,Yarpaq leysanında çaylar itəndə,
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Nə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndirNə kövkəbdir bu, ya rəbb kim, Gün əşdən nuri rövşəndir,Nə qəbqəbdir ki, ətrafı gülü reyhanü gülşəndir.