Dostum, aləm səninçin gər olur düşmən mana
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Dostum, aləm səninçin gər olur düşmən mana,Qəm deyil, zira yetərsən dust ancaq sən mana.
Eşqə saldım mən məni, pənd almayıb bir dustdən,Hiç düşmən eyləməz onu ki, etdim mən mana.
Canü tən olduqca, məndən dərdi qəm əskik deyil,Çıxsa can, xak olsa tən, nə can gərək, nə tən mana.
Vəsl qədrin bilmədim hicran bəlasın çəkmədən,Zülməti-hicr etdi çox tarik işi rövşən mana.
Dudü əxkərdir mana sərv ilə gül, ey bağiban!Neylərəm mən gülşəni, gülşən sana, külxən mana.
Qəmzə tiğin çəkdi ol məh, olma qafil, ey könülKim, müqərrərdir bu gün ölmək sana, şivən mana.
Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, çıxsa can, çıxman təriqi-eşqdən,Rəhgüzari-əhli-eşq üzrə qılın mədfən mana!
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-dostum-alem-senincin-ger-olur-dusmen-mana
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Düxtəri-napakdamən sanmayın hürriyyəti,Hər kəs olmaz rahyabi-hicləgahi-vüsləti.
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
BağlamaƏvvəl salam olsun, Şikəstə qardaş!Oxu, bu kağızın qarası nədir?