Əksi-rüxsarın ilə oldu müzəyyin mirat
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Əksi-rüxsarın ilə oldu müzəyyin mirat,
Bədəni-mürdəyə feyzi-nəzərin verdi həyat.
Bənzədərdim qədi-mövzuninə fil-cümlə əgər,
Can içində əlif etsəydi qəbuli-hərəkat.
Xət bu məzmun ilədir tərfi-zənəxdanında
Ki, bu zindanın əsirinə yox ümmidi-nəcat.
Kakilin qıldı müqərrər mənə sərgəştəliyi,
Deməsin kimsə ki, var gərdişi-gərdunə səbat.
Qəmzə peykanin edər aşiqə çeşmin sədəqə,
Öylə kim, mərdümi-münim verə möhtacə zəkat.
Afərin cövhəri-məqbulinə kim, aləmdə
Mümkün olmaz bu sifat ilə ki, sənsən bir zat.
Ey Füzuli, vərəü zöhd ilə mötad oldun,
Bilmədin halını, bihudə keçirdin ovqat.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-eksi-ruxsarin-ile-oldu-muzeyyin-mirat
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi,Xəyal eylər görən kim, lə’ldəndir qəbrimin daşi.
Var ümidim ki, görüb cövlanını olsam həlakVar ümidim ki, görüb cövlanını olsam həlak,Gərdi-nə’li-badpayin örtə cismim üzrə xak.
Yar vəslin istəyən kəsmək gərək candan təməYar vəslin istəyən kəsmək gərək candan təmə’,Hər kişi kim vəsli-yar istər, kəsin ondan təmə’.
Yüksəlir göylərə, ey mah, fəğanım sənsizYüksəlir göylərə, ey mah, fəğanım sənsiz,Nəyə lazımdı keçir ömrü zəmanım sənsiz.
Стихи других поэтов
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Ha deyirsən gələcəyəm, gəlməzsənHa deyirsən gələcəyəm, gəlməzsən,Bu qədər insanda ayılan olmaz.