Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi,Xəyal eylər görən kim, lə’ldəndir qəbrimin daşi.

Nə zibasən ki, surət bağılamaz təsviri-rüxsarın,Təhəyyür surət eylər, surətin çəkdikcə nəqqaşi.

Nola girdabi-qəm dersə, dili-sərgəştə dünyayə,Sanır kim, cizginir aləm, kimin kim, cizginir başi.

Sipehri-pürkəvakibdən degil dərdə dəva mümkün,Xəyal etmən verə tiryaki-zəhri-qəm, bu xəşxaşi.

Bəqasi mümkün olmaz, olsa gər divari-ömründəMəhü xurşiddən xiştü bina, əflakdən kaşi.

Verər əmvatə ehya badə, guya kim, çıxıb hər dün,Salır feyzi-Məsiha badəyə xümxanə xəffaşi.

Макта — последний бейт с тахаллусом поэта. Füzulini rəhi-eşqində əşkü ah edər rüsva,Bəladır, hər kimin bir yolda qəmmaz olsa yoldaşi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине