Yüksəlir göylərə, ey mah, fəğanım sənsiz
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Yüksəlir göylərə, ey mah, fəğanım sənsiz,
Nəyə lazımdı keçir ömrü zəmanım sənsiz.
Dəyişir halımı hər anda qəmi-hicranın,
Gəl deyim, gör necədir bu güzəranım sənsiz.
Məndən ayrıldı hamı sən mənə etdikdə vida,
Yox günahım ki, qala cismdə canım sənsiz.
Ömrümün bəhrəsi bir şam kimi yanmaq oldu,
Təngə gəldim bu həyatdan, yox amanım sənsiz.
Düşməsin ta ki, şərər qəlbinə bir söhbətlə,
Bağladı şiddəti-qəm indi zəbanım sənsiz.
Bu ümid ilə ki, tapsın, gözəlim, səndən əsər,
Yüyürür hər tərəfə əşki-rəvanım sənsiz.
İndi rüsvalığımı təkcə Füzuli bilmir,
Yayılıb aləmə bu eşqi-nihanım sənsiz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-yukselir-goylere-ey-mah-feganim-sensiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Səhər səhər əsən yellər,Əsmə, qadasın aldığım.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd