Ey müsəvvir, yar timsalinə surət vermədin
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Ey müsəvvir, yar timsalinə surət vermədin,
Zülfü rüx çəkdin, vəli, tabü təravət vermədin.
Eşq sevdasından, ey naseh, məni mən eylədin,
Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin.
Dün ki, fürsət düşdü xaki-dərgəhindən kam alam,
Noldu, ey göz yaşı, göz açmağa fürsət vermədin.
Göz yumub aləmdən, istərdim açam rüxsarinə,
Canım aldın, göz yumub-açınca möhlət vermədin.
Bumudur rəhmin ki, xalin eylər ikən qəsdi-can,
Çıxdı xəttin kim onu mən edə, rüxsət vermədin.
Vermə hüsn əhlinə, ya rəb, qüdrəti-rəsmi-cəfa,
Çün cəfa çəkməkdə eşq əhlinə taqət vermədin.
Ey Füzuli, öldün, əfğan etmədin, rəhmət sənə!
Rəhm qıldın, xəlqə əfğanınla zəhmət vermədin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-ey-musevvir-yar-timsaline-suret-vermedin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ay ağalar, gəlim sizə söyləyim,Mən istərəm bu meydanda nər indi.
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!
AğlaramSultanlar əyləşdi nərgiz taxtında,Aralığa Şəmşir endi, ağlaram!
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...