Ey məzaqi-cana cövrin şəhdü şəkkər tək ləziz,Dəmbədəm zəhri-qəmin qəndi-mükərrər tək ləziz.

Atəşi-bərqi-fəraqın nari-duzəx tək əlim,Cüreyi-cami-visalın abi-kovsər tək ləziz.

Şərhi-əhvalım sənə məstə nəsihət kimi təlx,Təlx göftarın mənə məxmurə sağər tək ləziz.

Daği-eşqin dərdi zövqi-səltənət tək dilpəzir,Xaki-kuyin seyri fəthi-həft kişvər tək ləziz.

Nola bulsam zövq göydürdükcə sinəm üzrə dağ,Əhli-dərdə dağ olur, bidərdə zivər tək ləziz.

Taza-tazə daği-dərdindir dili-suzanımaFilməsəl hirs əhlinə cəmiyyəti-zər tək ləziz.

Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, aləmin gördüm qamu nemətlərin,Hiç nemət görmədim didari-dilbər tək ləziz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви