Ey xədəngi-qəminə sineyi-əhbab hədəf,Müntəzir xəncəri-müjganinə canlar səf-səf.

Xaki-dərgahinə hər sübh sürər gün üzünü,Qaliba ondan ona hasil olubdur bu şərəf.

Haşə lilləh ki, bu divaneyi-şövqi-xətinəSəbəbi-qeyd ola, zənciri-süturi-müshəf.

Saldı dəryayə səba xəncəri-qəmzən vəhminKi, çıxarmayə dəxi gövhəri-nasüftə sədəf.

Ey könül, aləmə aldanma, sənə rəng verir,Xakdir kim, onu gəh lə’l qılır, gah xəzəf.

Bəzmi-Cəmşid fəna bulmaq ilə bildim kim,Dövr cövründən imiş, növheyi-ney, naleyi-dəf.

Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, tələbi-rütbeyi-irfan eylə,Cəhl ilə hasili-övqati-şərif etmə tələf.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов