Əksi-rüxsarın ilə oldu müzəyyən mir’at,Bədəni-mürdəyə feyzi-nəzərin verdi həyat.

Bənzədərdim qədi-mövzuninə fil-cümlə əgər,Can içində əlif etsəydi qəbuli-hərəkat.

Xət bu məzmun ilədir tərfi-zənəxdanındaKi, bu zindanın əsirinə yox ümmidi-nəcat.

Kakilin qıldı müqərrər mənə sərgəştəliyi,Deməsin kimsə ki, var gərdişi-gərdunə səbat.

Qəmzə peykanin edər aşiqə çeşmin sədəqə,Öylə kim, mərdümi-mün’im verə möhtacə zəkat.

Afərin cövhəri-məqbulinə kim, aləmdəMümkün olmaz bu sifat ilə ki, sənsən bir zat.

Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, vərə’ü zöhd ilə mö’tad oldun,Bilmədin halını, bihudə keçirdin ovqat.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов