Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim!Eylədin mərdümə nəm olduğun izhar mənim.
Dəhənin istərəm, ey eşq, yox et varlığmKi, yox olmaqda bu gün bir qərəzim var mənim.
Çıxmış əğyar ilə seyr etməyə ol mərdümi-çeşm,Bu əcəb, mərdümi çıxmış gözüm ağılar mənim.
Bu təmənnadə ki, ol şəm’ ilə həmsöhbət olam,Dudi-ah etdi dünüm tək günümü tar mənim.
Mövc ilə könlümü, ey əşk, qopar yanımdan,Nalə ilə başım ağrıtdı bu bimar mənim.
Çıxmış ol şux bu gün tökməyə qanın görənin,Girmə ey göz, kərəm et, qanıma, zinhar mənim.
Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, dərü divarə qəmim yazmaqdanŞahidi-hali-dilimdir dərü divar mənim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-fas-qildin-qemim-ey-dideyi-xunbar-menim
Клавиши ← → для перехода, R — случайное стихотворение