Əzbər olmuşdur dilimdə şanlı namın, ya Əli!Mən kiməm, aləmdə bir kəmtər qulamın, ya Əli!

Şükr ola Allahə kim sayə salıbdır başimə,Dövləti-iqbal ilə lütfi-müdamın, ya Əli!

Müshəfi-həqdə olan hər hikmətin mənasıdır,Hikmətin kani olan hər bir kəlamın, ya Əli!

Kim nəcat istər Qiyamətdə, gərəkdir saxlaya,Taəti-həqq tək həmişə ehtiramın, ya Əli!

Cümlə insanlar, mələklər Kəbə tək məbəd sanar,Hər yerin kim orda olmuşdur məqamın, ya Əli!

Hər kəs istərsə, cahanda çərxidən alsın murad,Kama çatmaz olmasa, lütfi-tamamın, ya Əli!

Макта — последний бейт с тахаллусом поэта. Lütfi-süfrəndən sənin hər ləhzədə min feyz alır,Bu Füzuli vird edər həmdi-salamın, ya Əli!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов