Zəhi, zatın nihanü ol nihandan masiva peyda
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Zəhi, zatın nihanü ol nihandan masiva peyda,Bihari-sün’ünə əmvac peyda, qə’r napeyda.
Büləndü pəsti-aləm şahidi-feyzi-vücudundur,Degil bihudə olmaq yox ikən ərzü səma peyda.
Kəmali-qüdrətin izhari-hikmət qılmağa etmişQübari-tirədən ayineyi-gitinüma peyda.
Dəmadəm əks alır mir’ati-aləm qəhrü lütfündən,Onunçün gəh küdurət zahir eylər, gəh səfa peyda.
Gəhi toprağə eylər hikmətin min məhliqa pünhan,Gəhi sün’ün qılır topraqdən min məhliqa peyda.
Cahan əhlinə ta əsrari-elmin qalmaya məxfi,Qılıbdır hikmətin küffar içində ənbiya peyda.
Макта — последний бейт с тахаллусом поэта. Nişani-şəfqətindir kim, olur izhari-həmdinçün,Füzuli tirə təb’indən kəlami-canfəza peyda!
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-zehi-zatin-nihanu-ol-nihandan-masiva-peyda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandanKim, ol can döndərər cismə, bu cismi ayırar candan.
Buraxdı xakə hüsnün afitabi-aləmarayiBuraxdı xakə hüsnün afitabi-aləmarayi,Götürdü yer üzündən möcizi-ləlin Məsihayi.
Bülbüli-dil gülşəni-rüxsarın eylər arizuBülbüli-dil gülşəni-rüxsarın eylər arizu,Tutiyi-can, ləli, şəkkərbarın eylər arizu.
Büti-növrəsim nəmazə şəbü ruz rağib olmuşBüti-növrəsim nəmazə şəbü ruz rağib olmuş,Bu nə dindir, allah-allah, bütə səcdə vacib olmuş.