Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu,
Tutiyi-can, ləli, şəkkərbarın eylər arizu.
Naməvü qasid pəyamilə xoş olmaz xatirim,
Öz ləbindən ləhceyi-göftarın eylər arizu.
Sərvü gül nəzzarəsin neylər sənə heyran olan,
Arizinlə qəddi-xoşrəftarın eylər arizu.
Arizu eylər ki, mən tək müttəsil bimar ola,
Kim ki, vəsli-nərgisi-bimarın eylər arizu.
Hicr bimari tənim, badi-səbadən dəmbədəm,
Sihhət üçün, sihhəti-əxbarın eylər arizu.
Zülməti-hicrində baxmaz şəmə çeşmim mərdümü,
Pərtövi-rüxsari-pürənvarın eylər arizu.
Arizuməndi-visalındır Füzuli xəstədil,
Vəslin istər, dövləti-didarın eylər arizu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-bulbuli-dil-gulseni-ruxsarin-eyler-arizu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yenə qıldı səba gülzarə də’vət bülbüli-zari,Yenə qümri məqam etdi fəzayi-səhni-gülzari.
Zülməti-heyrətdə zikrindir mənə virdi-zəbanZülməti-heyrətdə zikrindir mənə virdi-zəban,Tutiyəm guya, yemim şəkkər, yerim Hindustan.
Səfheyi-çöhreyi-al üzrə səvadi-xəti-yarSəfheyi-çöhreyi-al üzrə səvadi-xəti-yar,Dili-pürxünimin ayinəsinə saldı qübar.
Nə mövcud olmasa əsbabi-dünyadən, degil müşkilNə mövcud olmasa əsbabi-dünyadən, degil müşkil,Bu müşkildir ki, mövcud olmaya bir hakimi-adil.
Стихи других поэтов · О разлуке
Mən elə kimsəyəm aşiqə bənzər,Könlüm əhli-haldı, dilim dərdi-sər,
Firqətindən, dilbəra, könlüm pərişan oldu, gəl!Firqətindən, dilbəra, könlüm pərişan oldu, gəl!Qıl kimi cismim mənim əz dərdi-hicran oldu, gəl!
Nigara eşqüñüñ fəryad əlindənNigara eşqüñüñ fəryad əlindənKi qalmaz hicrüñüñ azad əlindən
همیشه بد بود اندوه و درد فرقت یاربتر بوقت گل و صبح روزگار بهار