Zülməti-heyrətdə zikrindir mənə virdi-zəban,Tutiyəm guya, yemim şəkkər, yerim Hindustan.

İxtilati-xəlqdən çəkdim təəllüq damənin,Qafi-üzlətdə mənə simurğnisbət aşiyan.

Cifeyi-dünyayə çox meyl etməzsəm kərkəs kimi,Bir hümatəb’əm, qida bəsdir mənə bir üstüxan.

Yüz fəsahət tutiyi-təb’imdə müzmərdir, vəliKim dutar ayinə kim, izhar edəm razi-nihan.

Sakinəm bir yerdə kim, yox e’tibarım zərrəcə,Rövşəni-rə’yi-visali-himmətim xurşidsan.

Qəsri-qədrü rişteyi-dərkim rəfi’ olmaq nə sud?Çün müsavidir bu qövmə asimanü risiman.

Şahbazi-himmətim hər seydə qılmaz iltifat,Şəhriyari-rif’ətim hər məsnədi qılmaz məkan.

Aləmi-surətdə gər yoxdur şükuhü şövkətim,Aləmi-mə’nidə yox bir mən kimi sahibqiran.

Məsnədarayi-səriri-dövləti baqi mənəmKim, sözüm zimnində hər iqlimə hökmümdür rəvan.

Dövləti-dünya içün çəkmən səlatin minnətin,Fəqr sultanı mənəm kim, dövlətimdir cavidan.

Bitərəddüd tutmuşam bəhri-təəllüqdən kənar,Bitəkəllüf bulmuşam bihudə qovğadən aman.

Sərbüləndü sərkəşəm ərbabi-ücbü kibrə, leykMə’rifət əhlinə gərdi-rahü xaki-asitan.

Bəndəyəm ol mahi-övci-rif’ətü iqbalə kim,Görməmişdir bir ona manənd dövri-asiman.

Müqtədayi-əhli-daniş hamiyi-ərbabi-fəzl,Karfərmayi-zəmiri-pakü təb’i-xürdədan.

Nəzmbəxşi-mülk Cə’fər bəg rövşənrə’y kim,Feyzi-fitridir ona cahü cəlalü izzü şan.

Təb’i-gərdun tui-fərmanına etmiş iftixar,Rəxşi-dövran rayizi-rə’yinə tapşırmış inan.

Diqqəti-əfkari ol qayətdə kim, fikr eyləsə,Hikməti-əşyadə dutmaz daməni-elmin güman.

Müdriki-övsafi rə’yi-saibü təb’i-səlim,Tabe’i-fərmani əqli-pirü bəxti-növcəvan.

Səfvəti-ixlasi ol miqdar kim, qəhr eyləsə,Xatiri-bədxahə qəhrindən xütur etməz ziyan.

Ey şükufi-rif’ətin pirayeyi-gülzari-dəhr,Vey nizami-rə’fətin arayişi-mülki-cəhan!

Bimi-qəhrin xanümani-xəsmə bərqi-xanəsuz,Lütfi-təb’in laləzari-mülkə əbri-dürfəşan.

Sərvəra, sən çeşmeyi-ehsanü bəhri-lütfsən,Təşneyi-şəhdi-vüsalındır Füzuli natəvan.

Ol zamandan kim, məni əxlaqın etmiş mö’təqid,Həq bilir, virdim düayi-dövlətindir hər zaman.

Var ümidim ta mədari-ədldir aləmpənah,Var ümidim ta livayi-fəthdir kişvərsitan,

Olasan iqbalü izzü rif’ətü iclal iləKamigirü kamiyabü kamikarü kamiran.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Хвалебные