Yar qılmazsa mənə cövrü cəfadən qeyri
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Yar qılmazsa mənə cövrü cəfadən qeyri,
Mən ona eyləməzəm mehrü vəfadən qeyri.
Ey deyən: "qeyrə könül vermə", qanı məndə könül,
Səri-zülfündə olan bəxti-qəradən qeyri?
Qıldı Məcnun kimi çoxlar həvəsi-eşq, vəli,
Doymadı dərdə, məni-bisərü padən qeyri.
Mişki-Çin zülfün ilə eyləsə dəva nə əcəb,
Nə olur üzü qara qulda xətadən qeyri?
Ləbinə çeşmeyi-heyvan deməzəm kim, ləbinin
Var bir canə yarar feyzi, bəqadən qeyri.
Hiç kim bilmədi təhqiq ilə ağzın sirrin,
Sirri-qeybi nə bilir kimsə xudadən qeyri.
Ey Füzuli, bizə təqdir qəm etmiş ruzi,
Qılalım səbr, nədir çarə rizadən qeyri?
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-yar-qilmazsa-mene-covru-cefaden-qeyri
Клавиши ← → для перехода, R — случайное стихотворение