Zövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkər,Əhli-zövq oldur kim, ondan daməni-himmət çəkər.

Gün çəkər yerdən gögə hər dəm qübari-rahini,Tutiya içün, bəli, yerdən gögə minnət çəkər.

Ey çəkən qeyr ilə pünhan bəzm edib mey gah-gah,Yad qıl ondan ki, bəzmin yad edib həsrət çəkər.

Xali etmiş qeyrdən zülfün xəyali könlümü,Nola sahibkəşf ilə bir ömrdür xəlvət çəkər.

Çək, səbuhi, sübh nəqqaşinə ərzi-ariz et,Böylə çəksin, kim fələk lövhinə bir surət çəkər.

Sərvqamətlər səmənrüxsarlər toprağıdır,Hər səmən kim, açılır, hər sərv kim, qamət çəkər.

Qətreyi-əşkim qətarı, sinə çakindən girib,Tən evinə dışradan bari-qəmü möhnət çəkər.

Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, baxmayam ta qeyrə, hər xunin müjəAtəşin bir mildir kim, çeşmimə qeyrət çəkər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов