Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər,Olub mö’min, behişti, kafərəm, gər arizu eylər.

Məgər divanədir sevdayi-əbrusilə zahid kim,Baxıb mehrabə daim, öz-özilə göftgu eylər.

Dəmadəm qətrə-qətrə qan yaşımdır kim, çıxar gözdənVə ya peykanların kim, atəşi-dil onu su eylər.

Rəhi eşqində olman təngdil sevda hücumundan,Təriqi-səltənət hər kim tutar, qovğayə xu eylər.

Dedim: “kimdir pərişan eyləyən aşiqlər əhvalın?”Səba göstərdi tari-sünbüli-zülfün ki: “bu eylər!”

Макта — последний бейт с тахаллусом поэта. Füzuli zülfünə bağılandı, əmma öylə incəldiKi, guya zə’f onu həm zülfünə bir tari-mu eylər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви