Xatimə. Müxəddərati-Əhli-Beytin Şama getdigin bəyan edər
Hikməti-baliğeyi-rəbbani binayi-mükəvvənat və qüdrəti-kamileyi-müsəvviri-əşkali-mövcudat böylə iqtiza qılmış ki, bünyeyi-vücudi-bəşər məzhəri-cəmi’isifatolub, gah ətvari-sütudələri ə’malizəmimələrinə qalib düşüb, rif’əti-iqtidarləriməlayikədən ə’la ola və gah əf’ali-qəbihələri əxlaqi-həmidələrinəfayiq olub, rütbeyie’tibarların İblisdən ədna qıla. Və bə’zi ərbabi-həqayiq ki,aləmikövnü fəsada insani-kəbir demiş, bu mə’naya mütəzəmmindir ki,surətialəm həmişə mütənəvve’ və mütələvvindir. Gah məsnədi-xilafətdəxüləfayi-ədalətşüar və səlatini-rə’fətdisar istiqrar bulub ərbabi-küfrü tüğyanməqhur olub və gah səriri-əyalətdə müluki-cəfapişə və hükkami-sitəməndişəmütəməkkin olub, əshabi-əqlü imanı məğbunü məxzul qılur. Ol cümlədəndirYezidin əyyami-istiqlali-hökuməti ki, cəmi’i-əf’ali-zəmiməyə came’ olub, cəhanıdarülfəsad etmişdi və Hüseyni-məzlumun zəmani-istilayi-möhnəti ki, təmamiyi-əxlaqi-kəriməyəməzhər vaqe’ olub, aləmi-surətdə müsibətü məlalı kəmalayetmişdi. Bilmək gərək ki, dövri-Adəmdən xatimi-ənbiyayadək cəmi’iə’sarüənsarda təmamiyi-əfradi-insana vaqe’ olan əsnafi-bəliyyatı cəm’ etsələr, Kərbəlamüsibətinin bindən birinə bərabər olmaz. Və e’tiqad etmək gərək ki, sayiribəliyyatıneyni vaqieyi-Kərbəlanun təsəvvürüncə həqiqət əhlinə əsər qılmaz.Şe’r:
Gögdən endikdə bəla bulmazdı mənzil qonmağa,Olmasaydı ərseyi-aləmdə xaki-Kərbəla.Kərbəladan qeyr yoxdur bir mübarək büq’ə kim,Ola anın əksəri-əczayi-tərkibi bəla.Filvaqe’, Kərbəla bir büq’eyi-şərifdir ki, canibi-Həqdən anda rütbəyi-ehtirami-xanədani-risalət və tə’zimi-dudmani-nübuvvət
kəmala yetmiş və həqiqəti-zülmi-əşqiya və səbri-övliyada olan əsrari-hikmətzühura yetmiş. Zəhi bədbəxtlər ki, anın kibi büq’eyişərifdə mahi-Məhərrəm ki,müqəddəmi-şühuri-mədari-aləmdir və ruzi-cüm’ə ki, sayir əyyamdan ehtiramlamüqəddəmdir və vəqti-zöhr ki, zəmani-iqamətasari-Rəsuli-mükərrəmdir hörməti-Rəsulullahı riayət qılmayub övladına sitəm rəva gördülər və həzrəti-Vacibülvücudun səbrin kəndülərinə nüsrət təsəvvür edüb vacibüt-tə’zim olancəmaəta ihanət yetürdilər. Çün bu mahi-mübarəkdə Əhli-Beytirisalət nəhayətiməlalətbulmuşlar və qayəti-iztirabla mütəfərriqü pərişan olmuşlar, lacərəmtərki-sürur qılub təriqeyi-matəm rəayət edənlərə şərəfi-intisabi-Əhli-Beyti-risalətmüqərrərdir və məlalətlərinə şərik olanlara səvablarla şirkət müyəssərdir. Şe’r:
Məhərrəmdir, könül fəryada gəl, ah eylə, əfğan qıl!Əza dut, başa topraqlar savur, çaki-giriban qıl!Qılub qət’i-nəzər mahi-Məhərrəm eyşü işrətdən,Dəmadəm çeşmini məzlumlar yadıyla giryan qıl!Urub gərduna bərqi-ahi-atəşbardan atəş,Binasın yax, anı dövri-müxalifdən peşiman qıl!
"Üyunir-Riza"da məzkurdur ki, Əmr Leys hakimi-Xorasan ikən ümərayi-ləşkərindənbin müsəlləh mübarizə malik olan kimsənəyə bir zərrin gürz ən’amedərdi. Bir gün ə’yani-dövlət və ərkani-həşməti ərzi-ləşkər gördükdə yüz igirmisahiblivayi-zərringürz qələmə gəldi.
Surəti-hal Əmr Leysə ərz olunduqda mərkəbindən düşüb, xakiməzəllətə yüzsürüb zar-zar ağladı. Ərkani-dövlət ol halətə təəccüb edüb ayıtdılar: "Ey məlikikamkarvə şəhriyari-alimiqdar, əl-minnətü lillah, mülkin mə’mur, ləşkərinməsrur, düşmənin məqhur, şadü xürrəm olmaq münasib ikən bu pərişanlığasəbəb nədir?". Əmr Leys ayıtdı: "Ey əzizlər, bən bu ləşkəri iste’dadi-təmamlamühəyya gördükdə yadıma vaqieyi-Kərbəla gəldi. Təəssüfüm və təhəyyürümbudur ki, neçün bu ləşkərlə ol gün Hüseyni-məzluma müavinət qılmağamüvəffəq olmadım və Yezidin ləşkərin mütəfərriq edüb iktisabisəadətqılmadım".
Rəvayətdir ki, Əmr Leys dünyadan intiqal etdikdə vaqiədə gördülər: başındataci-mürəssə’ əgnində xəl’əti-giranmayə, altında mərkəbibadrəftar,mülazimətində qilmani-mahrüxsar. Ayıtdılar: "Ey əmir, bu səadət nə ibadətəcridir?" Əmr Leys ayıtdı: "Bu kəramətlər ol niyyətmüqabiləsində vaqe’ oldu ki, həngami-ərzi-ləşkər müavinəti-şühəda xüsusundaxatirimə yetirdim". Bu tənbehdən mə’lum oldu ki, arzuyimüavinəti-şühədaməsabeyi-əzadır, bəlkə əzadan əsvəb. Və əsvəb, anlar üçün irtikabi-əzadır. Şe’r:
Əgərçi-həşmətü övladü mülkü mal qamu,Əziz olur qamuya, zövqi-ruh qalibdür.Çü can müqəddəm olur cümlədən yaxındır buKi, tərki-can ələmi ə’zəmi-məsayibdür.
Mühəqqəq oldu bu tərtib olan müqəddəmələrdən ki, rütbəyi-şühəda əşrəfi-məratibdir.Nəqldir ki, ruzi-cəza zümreyi-şühədaya cəmi’i-əsnafi-məvahib vəcümleyi-ənvai-mətalib kəramət olunduqdan sonra canibi-Həqdən nida gələ ki, eytəriqi-məhəbbətdə nəqdi-can nisar qılanlar və ey bəzmi-bəlada həlahiliməhəbbətimişəhdi-şəfa bilənlər, dəxi muradınız var isə, bəyan edin, hasil olsunvə dəxi məqsudiniz nə isə, əyan edin, icabət bulsun. Firqeyi-şühəda bu cəvabamülhəm olalar ki: Ya Rəb, səadəti-şəhadət nəticəsin görüb iradətimiz ziyadəolmağın muradımız dünyaya müraciət qılub təkrarla səadətişəhadət bulmaqdır vəəgər müyəssər olsa, bu iqbalın idrakinə müdavi olmaqdır. Şe’r:
Şəhidi-xəncəri-bidada ruzi-Həşr feyzi-Həq,Əyan etdikdə sərfi-nəqdi-can əcrinin asarın,Kəmali-zövq bundan qeyr qoymaz anda həsrət kim,Dönüb dünyaya hasil eyləyə ol zövq təkrarın.
Kitabi-"Rəbiül-Əbrar"da Bəxtəri məstur etmiş bir əzizdən, nəql edüb ki, birgün Həzrəti-Rəsulullah bənim mənzilimdə mübarək əllərin yuyub və məzməzəedüb iste’mal olunan suyu bir mövze’də tökdü. Sabah olduqda ol mövze’də birdirəxti-barvər peyda olub bir xoş meyvə gətürdi. Bir müddət xəlq ana "Şəcəreyi-mübarəkə"ləqəb qoyub meyvəsindən mütəmətte’ olurlardı. Bir gün gördükmeyvəsi tökülüb, bərgləri pəjmürdə olmuş. Təəccüb etdik ki, aya, nə afət vaqe’oldu ola? Nagah xəbəri-vəfati-Rəsul istima’ olundu. Andan sonra dəxi meyvəverürdi, əmma nihayət qillətdə. Bir gün gördük ki, cəmi’imeyvəsi tökülüb,yerinə tikən bitmiş. Nagah Həzrəti-Murtəza vəfatından xəbər verdilər. Andansonra dəxi övraqın iste’mal edübbimarlar şəfa bulurlardı. Bir gün gördük təmamiyi-qüsunü övraqı xüşk olubhəman saqi-dirəxt qalmış. Nagah xəbəri-vəfati-İmam Həsən şiya’ buldu. Bir güngördük ol saqi-dirəxtdən dəxi əsər qalmayıb xakla yeksan olmuş. Nagah vaqieyi-Kərbəladan xəbər yetürdilər. Şe’r:
Hər qafilin ki, çeşmi bu matəmdə tər degil,Mütləq nihali-ömrü anın barvər degil.Hər didə kim, degil bu müsibətdə əşkbar,Məqbuli-təb’i-mərdümi-sahİbnəzər degil.
Rəvayətdir ki, Həzrəti-Hüseyn şəhid olduqda filhal bir kəbutəri-kafurfamhəvadan yenüb, pərü balın ol məzlumun qanıyla gülgun edüb, pərvaza gəlüb,həm ol saətdə Mədinə əzmin qılub, rövzeyi-Rəsulullahın ətrafinda cövlan edübqətrə-qətrə qan pərü balından ol mərqədi-mübarəkə axıdırdı və Əhli-Beyt olhaləti müşahidə qılub heyran qalmışlardı ki, aya, bu nə əlamətdir? Nagah xəbəri-vaqieyi-Kərbəlayetüb mə’lum oldu ki, ol kəbutərin pərü balı nameyi-əhvali-Kərbəlaimiş rövzeyi-Rəsulullaha.
"Kənzül-Ğərayib"də məsturdur ki, bir yəhudinin bir cəmilə qızı olub bə’zibəlalara mübtəla idi. Ol cümlədən biri ol ki, ə’ma idi və yəhudi xarici-şəhrdəanınçün bir bustan mürəttəb edüb mənzil müəyyən etmişdi. Bir gün ol yəhudiqayib olub, ol zəifə qaldıqda Hüseyni-məzlumin qanıyla rəngin olan kəbutər olbustana güzar edüb, bir şaxsar üzrə qonub fəğan elərdi. Ol zəifə anın sədasınamütəvəccih olub ol şaxsara yetdikdə, baş qaldırub yuxaru təvəccöh qıldıqdakəbutər pərü balından bir qətrə qan dideyi-nabinasina damub bina oldu. Gözaçub ol kəbutəri gördükdə pərü balından axdığı qandan sayir ə’zasına dəxi sürübsəhhəti-təmam buldu. Səhihül-mizac və bina seyr edərkən yəhudi şəhrdən gəlübbustana girdikdə ol bimarını səhhət üzrə görüb, təəccüb edüb səbəb sual etdikdəol zəifə surəti-halın bəyan etdi. Yəhudi mütəəccüb olub, ol şaxsara mütəvəcciholduqda ol kəbutəri görüb nişatla ayıtdı: "Əyyuhə’t-təyru ma-həqiqətu halikəvəma fibalikə". Hikməti-İlahidən yəhudiyə səbəbi-İslam olmaq məsləhəti üçünol heyvan natiq olub göftara gəldi ki: "Ey yəhudi, bu gün bə’zi kəbutərlər iləaşiyanəmizdən pərvaz edüb seyr edərkəngüzarımız Kərbəlaya düşdü. Hüseyni-məzlumu gördük, aludeyi-xakü xun şəhidolmuş. Pərü balımızı anın qanına sürüb, hər birimiz bir canibə təvəccöh qılub,hala bən bu büq’əyə düşüb növhəyə məşğul ikən sənin fərzəndin hazır olubtəvəccöh etdikdə əmrazinə şəfa verən pərü balımdan axan qandır və bu günvühuşü tüyur matəmi-övlad tutub pərişandır". Yəhudi bu hala müttəle’ olduqdahidayəti-İslam bulub səadəti-imana yetdi və səbəb sual edənlərə şərhü bəstləbəyani-hal edüb çoxları dəxi müsəlman etdi. Şe’r:
Məhrəmi-bargahi-İzzətdənNə əcəb gər kəramət etsə zühur.Qürbi-dərgahi-Həq bulanlardan,Mö’cüzatü kəramət olmaz dur.
Raviyi-ərbabi-cigərsuzi-Kərbəladan və naqili-asari-qəmənduzi-şühədadansəhhətə yetmiş, rəvayət və şöhrət etmiş hekayət budur ki, Şimri-Zilcövşəni-məl’unol əmri-qəbihə mübaşirət etdikdən sonra Əhli-Beytin qarəti-əmvalüəsbabinə italeyi-əyaliyi-təsərrüf qılüb mütə’ərriz oldu. İstədi ki, Həzrəti-İmamZeynəlabidini qətl edə. Bir rəvayətdə Həmid bin Müslim mən’iylə və birrəvayətdə Ömər Sə’d nəhyiylə məmnu’ olub əmvalü əmtiələrin qarət qıldı. ƏbuHənifə tarixində məsturdur ki, Ömər Sə’d əmri-müharibə itmam bulduqdansonra Həzrəti-İmamın səri-sahibsəadətin Xəvli bin Yezid Əsbəhiyə təslim edübÜbeydullahi-Ziyada irsal etdi və kəndü bir gün dəxi Kərbəlada qalub, kəndüləşkərinin məqtulların cəm’ etdirüb, üzərlərinə nəmaz edüb dəfn etdirdi vəşühədanun başların alub bədənlərinə iltifat etməyüb səhrada üryan bıraxdı. Və olbaşları ləşkərinə təslim etdi ki, hər cəmaət miqdarincə Übeydullahi-Ziyaddanən’amü ehsana müstəhəqq ola. Igirmi iki ədəd yəhudiyə on dört ədəd Bəni-Təmimə, yeddi ədəd Bəni-Əsədə, beş ədəd Ərdəşirə və on iki ədəd BəniSəqifəverüb hökm etdi ki, hər taifə kəndü səfinə ol başlarla ziynət verüb Kufə şəhrinəgirələr və xəvatini-hərəmsərayi-risalət üçün münasib hövdəclər mürəttəb qılub.Və bu ki, derlər, üryan naqələr üzrə alub getmişlər, qələti-məhzdir, zira Əhli-Beyti-risalətə ol ihanət heç vəchlə mümkün olmaz. Və nəqli-səhihdir ki, vaqieyi-Kərbəlada Əhli-Beyt cəmi’i-məkkaridən məsunü məhrus olub, hisnühimayətiismətü iffətdə qalub məstur və məhcub mütəvəccihi-Şam oldular. Şe’r:
Müxəddərati-sərapərdeyi-risalətə bişək,Kəfaləti-kərəmi-Kirdgar hisni-həsindir.Nə ehtimali-xələl sitri-iffətinə anın kim,Hərimi-hörməti-qürbi-Nəbidə pərdənişindir.
Rəvayətdir ki, xəvatini-hərəmsəra əmarilər içrə gedərkən güzarlarımə’rəkeyi-qitala düşüb, Zeynəb Hüseyni-məzlumun bədəni-şərifin aludeyi-xaküxun görüb biixtiyar fəryada gəldi ki: "Ya cəddah və Muhəmmədah", bu olHüseyn bin Əlidir ki, sinəvü rüxsarı sənin busəgahın idi və bu ol fərzəndi-ərcüməndvə cigərguşeyi-səadətməndindir ki, məhbubü məqbuli-dilagahın idi.Başı bədəndən cüda və bədəni libasdan müərra, gör nə məqama yetmişdir vəruzigar ana nə cəfalar etmişdir!
Əlqissə, Xəvli bin Yezid ki, Həzrəti-İmamın səri-sahib-səadətin Kufəyəilətmək məsləhətinə mə’mur idi, ol gün Kufəyə girmək müyəssər olmayub,mənzili-xarici-şəhrdə olmağın kəndü mənzilinə nüzul etdi və Həzrəti-İmamınsəri-mübarəkin bir guşədə pünhan edüb məsnədində aram dutdu.
Rəvayətdir ki, ol bədbəxtin övrəti ənsardan olub qayətdə əhlisəlah vəmühibbi-xanədandı və təhəccüd nəmazinə adət etmişdi. Nisfül-leyldə qaideyi-mə’huduüzrə nəmaza məşğul olduqda gördü ki, mənzili rövşən olmuş. "Səbəbiziyanə ola?" – deyüb mülahizə qıldıqda gördü bir guşədən layih olur. Şö’leyi-atəştəsəvvür edüb təfəhhüs etdikdə gördü ki, guşeyi-hücrə şəqq olub, nurdən birtəxt peyda olub. Üzərində dört xatun enüb, ol şüa zahir olan guşədən bir surətçıxarub, rüxsarın rüxsarına sürüb fəğana başladı ki: "Ey məzlumi-madər və eyməhmumi-madər, inşaallah, ruzi-Qiyamət qaimeyi-ərşdən dəsti-təzəllümçəkməyəm sənin intiqamını zalımlardan almayınca". Və baqiyi-övrət dəxi ittifaqedüb növhəyə məşğul oldular. Bir zəman növhə etdikdən sonra vida’ edübgəldikləri məqama müraciət qıldılar. Ol zəifə iztirabla ol guşəyə mütəvəccih olubgördü ki, ziyarət etdikləri surət çehreyi-mübarəki-məzlumiKərbəladır və tə’ziminqıldıqları peykər də sərdəftəri-şühədadır.
Qayəti-təvəhhümdən müztərib olduqda hatifdən nida gəldi ki, "Ey məsturə,sən bu bədbəxt günahına müaxiz olmazsan və bilmiş ol ki, hala bu tə’ziyətinəhasil olanların biri Məryəm binti-Imran, biri Asiyə,biri Xədicə və biri Fatimeyi-Zəhra idi. Ol övrəti-pakizəe’tiqad ol peykəri-mübarəkigərdi-meydandan müşkü gülabla yuyub və gisuyi-mübarəkin şanəqılub, bir pak yerdə qoyub, Xəvliyi-bədbəxti bidar edüb ayıtdı: "Ey bidövlət,bilmədinmi ki, bu fərzəndi-Rəsulullahdır?!. Nişə qətlinə irtikab etdin?". Filhal olməl’unun mənzilindən çıxdı, dəxi əsəri görünmədi.
Əmma sübhdəm ki, cəlladi-fələk sultani-əncümun səri-bibədənin təbəqi-lacivərdfamavəz’ edüb məhfili-ə’yana gətürdi və nəsimisəhər məcmə’i-xarigülbüniçrə şahidi-gül çehrəsindən niqab götürdü, Xəvliyi-bisəadət iltifatüinayətə ümidvar olub, səri-nuraniyi-sahib-səadəti-sultani-Kərbəlayı bir təbəqdəvəz’ edüb ÜbeydullahiZiyadın məclisinə yetirdi. Ol bədbəxt mübtəhicü məsrurolub, ol surəti-cəmalı müqabilində qoyub, cəmali-aləmarasinə təmaşa qılub vəhüsni-şəmayilinə mütəhəyyir qalub. Əlində bir qəsəbə olub, ol qəsəbə ilə ləbüdəndani-mübarəkinə işarə edərdi ki, Hüseynin nə xoş ləbü dəndanı var imiş. Olhalətdə Ərqəm ki, səhabeyi-kübardan idi və ol məclisdə hazir idi, fəryada gəlübayıtdı: "Qətə’əllahu yədəkə". Ey bədbəxt, bu nə tərki-ədəbdir? Həqqa ki,kərratla görmüşəm ki, Həzrəti-Rəsulullah bu qəsəbə ilə mütəərriz olduğun ləbüdəndanı mülsəmi-təqbili-ehtiram etdigin!". Hüzzari-məclis anın kəlimatindənmütəəssir olub fəğana başladılar. Übeydullahi-bədbəxt qəzəbnak olub ayıtdı: "EyƏrqəm, əgər hörməti-kibəri-sinn olmasaydı, sənə siyasət edərdim". Əlqissə,Ərqəmi məclisdən çıxarub buyurdu ki, Həzrətiİmamın başın yenə sayirşühədanun başlarına mülhət edüb cəmiyyətlə şəhrə gətirələr.
Rəvayətdir ki, Ömər Sə’d şühədanın başların alub, bədənlərin buraxubKərbəladan irtihal etdikdən sonra ol cəvanibdə Arizə nam bir qəryə var idi,əhlinə ol vaqiə mə’lum olub Kərbəlaya gəldilər ki, bir neçə başsız bədənlər yatur,əmma üzərlərində bir növhə olur. Və kimsənə görməyüb fərasətlə bildilər ki,cinnilərdən matəm tutub mərsiyələr oxurlar və bu beyt ol mərsiyələrdəndir. Şe’r:
Nisau’l-cinni yus ’əduni nisau’l-haşimiyyati,Bənatu’l-Mustəfa Əhməd İmam zaki’z-zati.
Və "Şəvahid"də məsturdur ki, sual etdilər Bəni-Təyy qəbiləsinin birmö’təmidinə ki, şühədayi-Kərbəla üçün cinnilər növhə qıldığın siz istima’etdinizmi? Ol mö’min ayıtdı: Həqqa ki, hürr və azad ol növhəyi istima’ etdilər vəanların mərsiyələrindən beytlər yadlarında tutdular. Ol cümlədəndir bu ki. Şe’r:
Məsəhə’r-rəsulu cəbinəhu qəd faqə bərqam fi’l-hüdud,Əbəvahi min-ə’la Qureyşin və cədduhu xəyrə’l-cüdud.
Əlqissə, əhli-Arizə ol məzlumlərin bədənlərin cəm’ edüb, təchiz edüb,üzərlərinə nəmaz qılub dəfn etdilər. Və Ömər Sə’d Kərbəladan rəvan olubKufəyə yetdikdə şühəda başların nizələr üzrə tə’biyə qılub və müxəddərati-xanədani-ismət əmarilərin tərtiblə rəvan edüb, ələmlər açdırub, nəqarələrçaldırub şəhrə mütəvəccih oldular. Şe’r:
Amaci-navəki-nəzəri-mərdüm olmağaBaşlar dizildi nizəyə zərrin qəbəq misal.Təqdirdən zəmanəyə hökm oldu qalibaKim, sərbülənd qıl buları, qılma paymal.
Übeydullahi-Ziyad, Ömər Sə’din gəldigindən vaqif olub, bargahi-həşmətinənvai-zibü ziynətlə arayiş qılub bin müsəlləh mübariz tə’yin etdi ki, dərvazələrivə məhəllələri zəbt edüb fitnədən ehtiyat edələr və münadi nida yetürdi ki,cəm’i-xəvasü əvam istiqbala çıxalar. Təmamiyi-şəhr bə’zi təhniyə təriqiylə vəbə’zi tə’ziyə iste’-dadiylə istiqbal edüb, ol gün bir qovğavü izdiham oldu ki,kəsrəti-xəlidən ləşkəri-Ömər Sə’d sabah dərvazədən girib vəqti-əsr qəsriəmarəyəyetdilər. Rəvayətdir ki, əhli-Kufə məhfəl ətrafında qülüvv qılub,təəssüflər çəküb fəğan edərlərdi. Zeynəb binti-Əli müttəle’ olub, hövdəcdənzəbani-tə’n açub ayıtdı: "Ey Əhli-Kufə, siz peyğamlar və məktublar irsal edübHüseyni bu diyara gətirdiniz və siz nəqzi-əhd edüb, Müslimi öldürüb, bizi buməqama yetirdiniz. Yenə siz təəssüf edüb növhə qılırsuz?! Şe’r:
Ey əhli Kufə, adətiniz məkr imiş müdam,Ey əhli-Şam, hiylə imiş rəsminiz təmam.Gəh sə’y edərsiz Ali-Rəsulun qitalinə,Gəh matəmin tutub ana eylərsiz ehtiram.
Əhli-Kufə arasında bir piri-kühənsal ayıtdı: "Ey xatuni-Qiyamət, bukəlimatində sadiqsən: "Yəqulunə bi-əlsinətihim maleysə fi qulubihim". Həqqaki, bu bədnamlıq Kufə əhlindən Qiyamətədək mərfu’ olmaz".
Zeyd bin Ərqəmdən nəqldir ki, şühəda başların Kufə məhəllələrindəgəzdirirkən bən bir qürfədə sakin idim. Bana yetdikdə Həzrəti İmamın səri-mübarəkindənbir səda eşitdim ki, oxurdu: "Əm həsibtə ənnə əshabə’l-kəhfi və’rrənimikanu min ayatina əcəbən". Ol kəlimatın səlabətindən ə’zama lərzə düşübayıtdım: "Sədəqtə ya ’bnə Rəsulullah".
Nəqldir bir əzizdən dəxi ki, qəsri-əmarədə şühəda başların nizələrdənendirdikdə bən qərib idim. Həzrəti-İmamın səri-mübarəkindən bu ayət tilavətinsərih eşitdim ki: "Və la təhsəbənna’llahə qafilən əmma yə’məluz’z-zalimun".Rəvayətdir ki, Übeydullah bir növbət dəxi Həzrəti-İmamın sərimübarəkinhüzurinə gətirüb, əlinə alub dizi üzərinə qoyduqda bir qətrə qan axub saqipəli-dindənpeykani-abdar kibi güzar etdi və ol məmərrdən peyvəstə məcruhqalub, müddəti-həyatında qabili-əlac olmayub, rayiheyi-məkruhindən əhli-məclismütəəzzi olmağın cərahətə hər nə qədər nafeyi-müşk bağlardı, faidə qılmazdı.Beyt:
Sanma tökmək əhli-Beytin qanını asan olur.Ehtiraz et kim, sənə hər qətrə bir peykan olur.
Rəvayətdir ki, ol cərahət zəmani-qətlinədək əlacpəzir olmayub müharibeyi-Muxtarda məqtul olduqda İbrahim bin Malik Əştər olpəlidin cüssəsin olcərahətdən mə’lum etdi.
Əlqissə, Übeydullahın məclisinə Əhli-Beyt hazır olduqda Zeynəb cümlədənmüqəddəm məclisə qədəm dutdu. Übeydullah anınistiğnasından qəzəbnak olub ayıtdı: "Bu kİmdir ki, hənuz əsəri-tüğyan surəti-əhvalındaməlhuz olunur?". Dedilər: "Bu, Zeynəbdir, həmşireyi-Hüseyn".
Übeydullah ayıtdı: "Ey xatun, şükrü sipas ol mə’buda ki, sizi xassü amm içindərüsva qılub bütlanınızı zahir etdi və seyqəli-ianətilə mir’ati-mülkümüzdən zəngi-küdurətgetdi". Zeynəb ayıtdı: "Kəzəbtə ya əduvə’llah". Ey kəzzab, sipasi-biqiyasol Vacibülvücuda ki, bizim xanədanımızı şərəfi-nübüvvətlə müəzzəzümükərrəm qılub. "Innəma yuridullahu li-yuzhibə ənkumu’r-ricsə əhlə’l-beyti"itşarətiylə səadəti – "Və yutəhhirəkum təthirən" kəramət qıldı və bədxahımızındideyi-bəsirətlərin ə’ma qılub, "Və ləhum əyminun la-yubsirunə biha və ləhumazanun la-yəsmə’unə biha" badiyəsində heyran edüb daireyi-heyrətə saldı".ÜbeydullahiZiyad ayıtdı: "Ey fərzəndi-Əli İbn Əbi Talib, nə e’tiqadun var bizimqalib və sizin məğlub olduğunuz xüsusunda?". Zeynəb ayıtdı: "Ey zalim, bizəvaqe’ olan əhvaldan cəddimüz xəbər vermişdir, vüquinə müntəzir idik. Əlminnətulillah ki, cəddimizin sidqi-qövlinə surətiəhvalımız məzhər [vaqe’] olub,dərəceyi-iqbali-"İnnə’llahə mə’ə’ssabirin" müyəssər oldu. Ənqərib sizə dəxi hərkimin sərəncamı nə olduğu mə’lum olacaqdır və hər kim cəzayi-əməlin kargahiədldənbulacaqdır: "Və bəşşiri’l-munafiqinə bi-ənnə ləhum əzabən əlimən".
Übeydullah ayıtdı: "Ey binti Əbu Turab, hala bu bir səadətdir ki, zəmirimiz sizintüğyanınızdan fariğ oldu və istilayiqürurunuz təskin buldu". Zeynəb ayıtdı: "Eyİbn Mərcanə, qüruriəsbabi-dünyayla sərməst olub bir padişah qəsdin etmişsən ki,cəmi’iəfradi-afəriniş təhti-livayi-İmamətində və rizayi-Xuda və Rəsul şərəfi-itaətindəidi". Şe’r:
Hüseyn İbn Əli İbn Talib kim, andandır,Binayi-şər’ə istehkamü dini-Həqqə iste’la.Müəzzəm cəddi-valası, nəbiyyi-ümmiyi-Məkki,Mükərrəm babi-ilqasi Əliyyi-aliyi-ə’la.
Übeydullahi-bədbəxt ol kəlimatdan mütə’əzzi olub qətlinə əmr etdi. Ömərbin Hüreysi-Məxzumi hazır idi, fəryada gəlüb ayıtdı: "Ey zalim, bir qəribin ki,əkabiri məqtul olub, əsağiri-yetim və əsir olmuş ola, əgər hərqəti-qəlb vəhərarəti-cigərdən diliranə təkəllüm qıla əcəb olmaz". Şe’r:
Sən nə agəhsən ki, suzi-atəşi-möhnət nədir?Məsnədi-rahətdə mülkü mal ilə məğrursan.Dərd əhli halını aləmdə dərd əhli bilür,Səndə yoxdur dərd, ey bidərd, sən mə’zursan.
Übeydullah Zeynəbdən inhiraf edüb, Əliyyi-Zeynəlabidinə təvəccöh qılubayıtdı: "Bu kİmdir?" Dedilər: "Əli bin Hüseyn". Dedi: "Əli bin Hüseyn məqtulolduğu istima’ olundu". Dedilər: "O, ƏliiyiƏkbər idi". Həzrəti-İmamZeynəlabidin mütəhəmmil olmayub ayıtdı: "Vəllahu innə ləhu mutalibənyövmə’l-qiyaməti". Ey Übeydullah, ol bənim bəradəri-buzurgvarım idi, olbənim ümidgahım və istizharım idi. Həqqa ki, axirətdən müqəddəm dünyadaanın intiqamın alanlar ənqərib peyda olur". Übeydullah qəzəbnak olub buyurduki, ol məzlumu qətl edələr. Zeynəb dəsti-mübarək Həzrəti-İmamındamənişərifinə möhkəm edüb bünyadi-növhə qıldı ki: "Ey bədbəxt, əgər hənuzatəşi-tüğyanun seyli-xuni-şühədayi-Əhli-Beyti-Mustəfadan təskin bulmadıysa vəhərarəti-isyanın şəhidlər qanın içməkdən sakin olmadıysa, bu məzlum yerinəbəni şəhid et ki, buna mütəərriz olma, zira bundan qeyri xanədani-nübüvvətdə vədudmani-risalyətdə məhrəm qalmamışdır". Həzrəti-İmam Zeynəlabidin əmmeyimöhtərəməsindəninani-təkəllüm alub, meydani-fəsahətə rəxşi-ibarət salubgoftara gəldi ki: "Ey İbn Mərcanə, bana qətldən təvəhhüm verürsən.
Bilməzmisən ki, bizə qətlü qital sərmayeyi-feyzi-şəhadətdir və həmişə cəza qılubşəhid olmaq adətdir. Peyvəstə nihali-həyatımız zülali-şəmşiri-abdarla səbzüxürrəmdir və həmvarə riza qəzaya vermək və məsayibə səbr eyləmək bizəmüsəlləmdir". Şe’r:
Qətldən xövf verən əhli-Həqə, bilməz kim,Dam olur əhli-Həqə daireyi-qeydi-həyat.Dəhr bir mənzili-möhnətdirü qəm, ey qafil,Və’deyi-qətldədir müjdeyi-tövfiqi-nəcat.
Übeydullahi-Ziyad gördü ki, məsduqeyi-"Və ma-yəntiqu əni’l-həva" vaqe’olan qövmlə münazirə faidə qılmaz və mütəəllimiməktəbi-"Və əlləm-huşədidü’l-quva"ya mübahisədə qalib olmaq olmaz, naçar sakit olubmülazimlərinə əmr etdi ki, ol məzlumlara qəsrdən dışra came’i-Kufəyə [qərib]bir mənzil tə’yin edüb əhli-şəhri ixtilatlarından mən’ edələr. Bir neçə gündənsonra təhiyyeyi-əsbabisəfər edüb Zübeyr bin Qeys və Həsin bin Müğeyrə vəŞimriZilhövşənə beş bin müsəlləh namərd qoşub Əhli-Beyti şühəda başlarıylacanibi-Şama rəvan etdi.
Rəvayətdir ki, mənazilü mərahil qət’ edüb gedərkən hər mənzildə ənvaikəramatzahir olurdu. Ol cümlədəndir bu ki, çün Hərrana yetdilər, Yəhya nam biryəhudi sayir xəlqlə ol başlara təmaşa üçün istiqbal etdikdə və Həzrəti-Hüseyninsəri-mübarikinə qərib olduqda ləbi-mübarəkin mütəhərrik görüb diqqətlətəəmmül qıldıqda bu ayət tilavəti səm’inə yetdi ki: "Və səya’ləmu’l-ləzinə zələmuəyyə munqəlibin yənqəlibun". Yəhya mütəhəyyir olub sual etdi ki, bu kiminbaşıdır? Ayıtdılar: "Hüseyn bin Əlinin başıdır ki, cəddi Mustəfadır və validəsiFatimeyi-Zəhradır". Yəhyaya ol kəramət əsər qılub filhal imana gəldi. Mənzilinədönüb xəvatini-hərəmsərayi-nübüvvət üçün və İmam Zeynəlabidin üçünəlbisədən və ət’imədən bə’zi münasib hədiyyələr mürəttəb edüb, bin dirhəm nəzrqılub gətürdikdə müvəkkil olanlar təərrüz etdilər ki, ə’dayi-padşaha məhəbbətmövcibi-fəsaddır və qətlinə qəsd eylədilər. Yəhya dəxi vəhm etməyüb, bə’zimülazimlərlə anlara müqabil durub, həsbülməqdur müqatilə edüb şəhid oldu.Rəhmətullahi əleyh. Və hala qəbri Hərranda olub Yəhyayi-şəhid deməklə mə’rufbir məzardır. Şe’r:
Kəraməti-nəsəbi-Mustəfa degil məxfi,Nə bak ana həsəd əhli əgər nəzər qılmaz.Nə tirədir dili-əhli-həsəd ki, mö’cüzi-AlYəhuda eylər əsər, anlara əsər qılmaz.
Cümleyi-kəramətdən biri dəxi oldur ki, Mosul diyarına yetdikdə Şimri-Zilçövşən e’lam etdi ki, əmiri-Mosul şəhrə ayin bağlayub əhlişəhrlə istiqbalaçıxalar. İmadüddövlə ki, əmiri-Mosuldu, əhli-şəhricəm’ edüb ol əmrə iqdam etməyüb cavab göndərdi ki, bu şəhrdə təvayifi-müxtəlifəçoxdur, fəsad ehtimalı var. Səlah oldur ki, dışrada qonub nüzul [edələrvə sayir ləvazim] xidmətlərinizə irsal oluna. Şimri-məl’un dəxi qayəti-vəhmdənbu səlahı qəbul edüb, şəhrə girməyüb dışrada nüzul edüb, Həzrəti-İmamın səri-mübarəkinbir daş üzərinə qoymuşlardı. Bir qətrə qan damub ol səhrayi-mübarəkimə’dəni-yaquti-kəramət qıldı. Müqərrər oldu ki, hər mahi-Məhərrəmol qan cuşa gəlüb mücəddəd ola və xəvasü əvami-şəhr ətrafında cəm’ olub əzayaməşğul olalar, ta Əbdülməlik məsnədi-hökumətdə vali olduqda həsəddən ol daşıgötürüb andan əsər qalmadı, əmma yerinə "Məşhədi-Nöqtə" deyüb hənuz ziyarətedərlər. Şe’r:
Girdin, ey əhli-sitəm bir qana kim, hər qətrəsi,Daşa damsa ta əbəd daşdan çıxar yaquti-tər.Könlünü daşdan betər dersəm rəvadır, nişə kim,Daşa tə’sir eylər ol qan, könlünə qılmaz əsər.
Və cümleyi-kəramatdan biri dəxi oldur ki, Nüsəybin hüdudına yetdikdəMənsur bin İlyas şəhrə ayin bağladub, istiqbala çıxub anları şəhrə gətürdikdə birbərqi-aləmsuz zahir olub şəhrin əksərin yaxdı və ləşkəri-Şimri-məl’una iztirabüiztirar bıraxdı. Şe’r:
Düşməni-qafil sanur kim, xuni-ali-Mustəfa,Baği-iqbalinə gülbərgi-bəharəfruzdur.Ehtiraz etməz, həzər qılmaz, məgər vaqif degilKim, anın hər qətrəsi bir bərqi-aləmsuzdur.
Və cümleyi-kəramətdən biri dəxi oldur ki, Nüsəybindən ixtirarla çıxub birqəl’əyə yetdilər ki, hakiminə Süleyman bin Yusuf derlərdi. Və anın iki qarındaşıolub, biri müharibeyi-Siffində Əliyyi-Murtəza əlində məqtul olub, biri anınlaşəriki-əyalət idi. Və şəhrin iki dərvazəsi olub, hər biri birinin hökmündə idi.Şimrin vüsulindən vaqif olduqda şərhə əyin bağladub, təfaxür üçün hər biri olbaşları kəndüyə mütəəlliq olan dərvazədən gətürmək üçün niza’ edüb, aralarındafitnə vaqe’ olub, [Suleyman məqtul oldu]. Və ləşkəri-Şimr dəxi sərasimə olub,anda təmkin bulmayub Hələb diyarına təvəccöh etdilər. Həvaliyi-Hələbdə birmə’mur büq’əyə yetdilər ki, anda hərirdən qeyr nəsnə iste’mal olunmazdı.Qürbündə qonub aram dutduqda Şəhrbanunun Şirin nam bir cariyeyi-cəmiləsi vardı ki, lətafəti-hüsnlə yeganeyi-ruzigardı.Şəhrbanu xidmətinə gəlüb giryə ağaz etdi. Və səbəb bu idi ki, ŞəhrbanuMədinəyə gəlüb Həzrəti-Hüseyn söhbətinə müşərrəf olduqda yüz cariyəsi olub,zəmani-zifaf əlli cariyəni azad edüb, əlli cariyə qalmışdı və Həzrəti-Zeynəlabidinmütəvəllid olduqda qırx cariyə dəxi azad olub on cariyə xidmətində qalmışdı vəŞirin ol cümlədən idi. Rəvayətdir ki, bir gün Həzrəti-İmamın nəzəri-şərifinəmətbu görünüb mütayibə təriqiylə Şəhrbanuya ayıtdı: "Ey şəhzadə, Şirin bu günqayətdə ziba görünür". Şe’r:
Düşdü guya surəti-Şirinə hüsnündən füruğKim, könül Fərhadvəş buldu liqasindən sürur.Pərtövi-xurşidi-aləmtabdandır müttəsil,Lə’lə rəngü laleyi-siraba tabü maha nur.
Şəhrbanu təsəvvür etdi ki, Həzrəti-İmamın ana rəğbəti var, ixlasla ayıtdı: "Eyşəhzadə, bu cariyəyi sənə hədiyyə qıldum". Həzrəti-İmam ayıtdı: "Bən dəxi azadetdim". Şirin azad olduqda Şəhrbanu ana bir xəl’əti-faxir geydirdi ki, xəzaneyiabavüəcdaddan ana irslə yetmişdi. Həzrəti-İmam ayıtdı: "Ey şəhzadə, nə vaqe’oldu ki, Şirin hüsniiltifatınla sayir cariyələrdən mümtaz oldu?". Şəhrbanu ayıtdı:"Ey şəhzadə, sayir cariyələr bənim azadımdı, Şirin sənin azadındır". Həzrətiİmamana dua qıldı. Və hala Şirin Şəhrbanunun kisvətin pirayələrdən müərragörüb, ədna əlbisə ilə mülahizə qılmağın mütəhəmmil olmayub təzərrö’ etdi ki,ey məxdumə, bana rüxsət ver ki, bu qəl’əyə girüb, bə’zi pirayələrim verüb, olaki, bir münasib məlbusi-hərir alub xidmətinə müşərrəf olam. Şəhrbanu ayıtdı:"Ey Şirin, sən azadsan. Sənə kim mane’ olur?". Şirin icazət alub ol qəl’əyəmütəvəccih olduqda dərvazəyi bağlu görüb, bir guşədə mütəməkkin olub,açılmasına müntəzir ikən Əziz bin Harun ki, kutvali-qəl’ə idi, bürcü baruüzərində seyr edərkən görüb avaz yetirdi ki: "Əyyuhə’r-rəcul?" [Şirin ayıtdı:]"Bir qəribəm, hacətim var. Nola əgər lütf edüb qəl’ə qapusın açasan?". Əzizayıtdı: "Ey xatun, sən Şirin degilmisən?". Şirin təəccüb edüb ayıtdı: "Bəli, bənŞirinəm". Əziz dərvazəyi açub, Şirini qəl’əyə alub, ana səlam verdikdə Şirincəvabi-səlam alub ayıtdı: "Ey Əziz, nə bildin ki, bən Şirinəm".
Əziz ayıtdı: "Bu gecə həzrəti-Musayı Harunla vaqiəmdə gördüm. Nasiyələrindəəsəri-tə’ziyət və çehrələrində nişani-müsibət. Giribanları çak və didələri nəmnak.Təzərrö’lə ayıtdım: "Ey əizzeyi-Bəni-İsrail, nə vaqe’ oldu ki, surəti-halınuzmütəğəyyir mülahizə olunur?". Dedilər: "Ey Əziz, bu gün cəm’i-əşya əzayaməşğuldur, zira nəqdi-Xatimül-Mürsəlin şəhid olmuşdur və ol məzlumun səri-mübarəkinbədəni-lətifindən cüda qılub hala bu məqama gətirmişlər. Ey Əziz,əgər səadəti-baqi muradın isə Həbibullaha iman gətirüb, Həzrəti Hüseynin səri-mübarəkinziyarət edüb bizim səlamımızı yetür". Kəlamati-şirinlərin kəmali-e’tiqadla istima’ etdikdən sonra ayıtdım: "Ey qüdəmayi-Bəni-İsrail, təzayüdi-e’tiqad üçün bir sərriştə muradımdır". Dedilər: "Ey Əziz, hala bu qəl’ə qapusındaƏhli-Beytdən bir cariyə Şirin nam gəlüb müntəzirdir. Və ol cariyə divaniqəzadansənin təzvicinə müqəddər olubdur. Ana istiqbal edüb, həqiqəti-hal andanmə’lum edüb, anınla xidmətlərinə müşərrəf olasan". Şirin ol kəlimatdan xoşhalolub ayıtdı: "Ey Əziz, hər nə dedin, əyni-səvab və məhzi-məsləhətdir. Əmmabənim əqdim Şəhrbanu icazətinə mövqufdur". Pəs, Şirin həm ol saət müraciətqılub Şəhrbanuya əhval ərz etdikdə cəmi’i-Əhli-Beyt vaqif olub, mübahatlarqılub şükr etdilər. Əmma sübhdəm ki, Musayi-xurşidi-aləmtab əsayi-şüa’lədəryayi-nilguna güzar etdi və şə’şəeyi-yədi-beyzayi-sübhi-sadiq Turi-kuhsarısərasər tutdu, Əziz bin Harun qəl’ədən yenüb müstəhfizlərə bin dirəm rüşvətverüb, xidməti-Əhli-Beytə icazət alub, bin altun Həzrəti-İmam Zeynəlabidinənəzr təriqiylə mühəyya qılub və xəvatini-hərəmsərayi-risalətin hər birinə birmünasib töhfələr mürəttəb [edüb] xidmətlərinə müşərrəf oldu və iman gətürdi.Və Həzrəti-Hüseynin səri-mübarəkin ziyarət edüb Musa və Harun səlamınyetürdikdə Həzrəti-İmamın səri-sahibsəadətindən bir avaz gəldi ki, "Səlamu’llahiəla nəbiyyina və əleyhim". Əziz ayıtdı: "Ya İmam, bana təriqi-hidayət irşad et".Səda gəldi ki: "Ey Əziz, çün müsəlman oldun, hidayət buldun. Və çün Əhli-Beytimə hörmət qıldın və ənbiya səlamın yetürdin, silsileyi-intisabimizə daxiloldun". Əziz dua qılub müraciət qıldıqda Şəhrbanu Şirinə ayıtdı: "Əgərrizayi-şərifimizi istərsən, Əzizi qəbut et". Şirin Şəhrbanu icazətiylə Əzizi qəbuledüb anınla rəvan oldu. Şe’r:
Səadət nişanı budur kim, yəhudOlur əhli-din, əhli-tüğyan ikən.Şəqavət dəlili budur kim, şəqiQılır tərki-din, əhli-iman ikən.
Həzrəti-İmam, İsmail Əbul-Hünuqdan rəvayət edər ki, şühəda başların əllimübariz hər gecə mühafizət edərlərdi. Bən ki, ƏbulHünuqam, bir gecə anlarınlahəmrah olub, anlar yuxuya varub, bən bidar qaldım. Gördüm ki, bin gəndümgunkimsənə libasi-kafurfamla giryangiryan Həzrəti-Hüseynin başı olan sənduqamüqarin olub, ol sərimübarəki sənduqdan çıxarub, yüzün yüzünə sürüb fəğanabaşladı. Bən öylə təsəvvür etdim ki, sayir xəlqdəndir. Təhəvvürlə mütəvəcciholdum ki, ol başı əlindən alub yenə sənduqa buraxam. Nagah bir səda gəldi ki:"Ey biədəb, bu, Adəmi-Səfidir, cigərguşeyi-Mustəfa matəmin dutar". Bənğərqeyi-dəryayi-təhəyyür olmuş ikən bir səda dəxi gəldi. Bir mö’təbər kimsənədəxi peyda oldu. Dedilər: "Nuh Nəbidir". Və mütəaqib İbrahim və İsmail vəİshaq və sayir ənbiya hazır olub, bir-bir başı ziyarət qıldılar. Cümləsindən sonrasədəmati-naləvü əfğanla gisuləri pərişan və didələri giryan Həzrəti-Rəsulullah,cəmaəti-səhabeyikübar və Heydəri-Kərrar, İmam Həsən və Həmzə və Cə’fəri-Təyyarla gəlüb hazır olduqda mülahizə qıldım, asimandan bir kürsiyi-nuraninazil olub, Həzrəti-Rəsul ol kürsi üzərinə qərar dutub, sayir ənbiya ətrafindamütəməkkin olub əzaya iştiğal etdilər. Ol hala müqarin gögdən firiştə yendi. Birəlində tiği-bürran və bir əlində əmudi-atəşinkəran. Sənduq müstəhfizlərinə həmləqıldıqda bən qayəti-vəhmdən fəryada gəlüb ayıtdım: "Ya Rəsulullah, bən ikrahlabunlara rəfaqət qılmışam, haşa ki, düşməni-xanədani-Rəsul olam. Həzrəti Rəsulbəni mən’ilə xilas etdi, əmma rüxsarimə bir təpançə urdu ki, anın əsərindəntərəfi-rüxsarım siyah oldu. Sabah olduqda ol rəfiqlərimdən [bir] əsər görmədim,bir neçə xirməni-xakistərdən qeyri. Bu xəbər Şimri-Zilcövşənə yetüb, bəndən ki,Əbul-Hünuqam, həqiqət sual etdikdə müşahidə qıldığum əhvalı təmam şərhetdim. Ləşkəri-müxalif ol halı mə’lum edüb əvaqibiümurlərinə ittila’ buldular,əmma nə çarə? Şe’r:
Hər əməl bir cəzaya qabildir,Ey xoş ol ki, səvaba mayildir.Netə kim, gül olur tikəndən yeg,Gül tikəndir, tikən tikəndən yeg.
Əbu Səid Diməşqidən nəqldir ki, demiş: "Bən ol cəmaətlə Şam yolunda rəfiqidim. Həvaliyi-Diməşqə yetdikdə bu xəbər şaye’ oldu ki, Müseyib Qə’qayi-Xüzai bir ləşkər mürəttəb edüb, şəbixun urub başları almaq tədarükündədir.Rüəsayi-ləşkər müztərib olub ol səhrada bir deyr gördülər. Mütəhəssin olmaqüçün ol deyrə mütəvəccih oldular. Rahibi-deyr ayıtdı: "Ey qövm, siz nə tayifəsizvə bu başlar kimlərindir və bu deyrə gəlməkdən muradınuz nədir?". Ayıtdılar:"Biz əskəri-Yezidiz və bu cəmaət xürüc etmişlərdi, siyasətə yetirdik. Və halaistima’ olundu ki, cəmi’i-müxaliflər qəsdi-şəbixun etmişlər, bu deyrə mütəhəssinolmaq istərüz". Rahib ayıtdı: "Bu deyrdə izdihami-əskər vüs’əti yoxdur.Münasib budur ki, əsirləri və başları hisara salub, ləşkər dışrada dura". Şimrilə’inbu səlaha razı olub, başları bir sənduqa qoyub, möhr edüb, deyr içində birmüstəhkəm səraya salub qapusuna qüfl urdurdu və Həzrəti-İmam Zeynəlabidinvə baqiyi-Əhli-Beyt üçün dəxi ol deyrdə bir münasib mənzil tə’yin etdirüb, olcanibdən təsəlli olub ləşkərlə dışrada aram dutdu.
Şəbhəngam ki, deyri-binayi-fələk müddə’i-möhreyi-mehrirəxşan olub sipahizəlami-qirfam misali-ləşkəri Şam ətrafi-fələkdə qərar dutdu və rahibi-hinduyizəngirəngi-şəbsənduqi-zərrini-afitabı deyri-sipehri-minada nihan etdi, nisfileyldərahib bidar olub gördü ki, sənduq olan sərayın rövzənlərindən nur lame’olur. Mütəhəyyir olub bir rövzənədən nəzər qıldıqda gördü ki, səqfi-səray şəqqolub, şikafından bir əmari çıxub ol əmaridən bir neçə xatun ki, tarimi’cərlərindənmədudi-şüai-xurşid kibi ənvari-iffətü ismət füruzandı və pərtövi-ənvaritəl’ətlərindəsayəvar zülməti-fəsadü fitnə gürizandı. Anlara mütəaqib bir xatundəxi bə’zi mütəhhəratla zahir oldu ki, ləm’eyi-nuri-səlahindən müqəddəmgələnlər pərdeyiixtifaya girdilər. Rahib mütəğəyyir ikən nida gəldi ki: "Eybiədəb, nəzzarə qılma ki, bunlar müxəddərati-pərdeyi-iffətdirlər. Bunlar xəvatini-səra-pərdeyi-ismətdilər. Müqəddəm gələnlərin biri Sarəzövceyi-Xəlil, biriHacərdir, valideyi-İsmail. Biri Xədiceyi-Kübradır, zövceyi-Həbibi-Məliki-Cəlil,biri Asiyədir, zövceyi-Fir’ovni-əlil və bunlardan sonra gələn Fatimeyi-Zəhradır".Əgərçi rahib nəzər qılmazdı, əmma istima’ edərdi ki, derdi: "Əssəlamu əleykəəyyuhə’l-məzlum, əssəlamu əleykə əyyuhə’l-məhmum, əssəlamu əleykəəyyuhə’l-məğmum". Və sayir xəvatin ana mürafəqət qılub növhə qılırlardı. Birzəman əza tutub qayib oldular. Rahib bu haldan mütəəssir olub, biixtiyar çirağyaxub, ol sarayın qüflün sındırub, Həzrəti-İmamın başın sənduqdan çıxarub,müşkü gülabla yuyub, bir təbəq üzərinə qoyub bünyadi-təzərrö’ etdi ki: "Eysərvəri-aləm, İmdi bildim ki, sən ol tayifədənsən ki, peyğəmbərlərimizqüdumişərifindən və’də verüb mütabiətin bizə lazım etmiş. Filhal irşadi-yəhudməsləhəti üçün Həzrəti-İmamın ləbi-mübarəki mütəhərrik olub, göftara gəlübayıtdı: "Ey rahib, "Əna məzlumun, əna məhmumun, əna məqtulun, əna qəribun,ənəbnə’l-Mustəfa, ənəbnə’l-Murtəza". Şe’r:
Mən ruhi-rəvani-Mustəfayam,Bən rahəti-cani-Murtəzayam.Məzlumü qəribü zarü heyran,Məqtulü şəhidi-Kərbəlayam.
Rahib bu kəraməti görüb, övladü ətbain hazır edüb, əhvala müttəle’ qılub,yetmiş nəfər nəsrani ittifaqla Həzrəti-İmam Zeynəlabidin hüzurinə gəlüb həm olgecə müsəlman oldular və icazət istədilər ki, çıxub ləşkərə şəbixun edələr.Həzrəti-İmam rüxsət vermədi ki, anlarun zəvalinə və’də irməmişdir. Sabaholduqda ləşkəri-Şimr anları çıxarub, ahəngi-rah edüb, Əsqəlan nam şəhrəyetdilər. Yə’qub Əsqəlani hərbi-Kərbəlada daxili-əskər idi. Filhal şəhrə ayinbağladub, xəlqin istiqbala çıxarub, məcalisi-xəmrü ləhv mürəttəb qıldırub, Şimriləşkəriylə alub gəlirkən Bəriri-Xüzai ticarət təriqiylə anda idi. Bu əhvala müttəle’olduqda istiqbala çıxub seyr edərkən Şimrə müqabil oldu. Gördü ki, mübahatedüb gəlür. Bərir ayıtdı: "Ey bədbəxt, bu kimin başıdır ki, məhçeyi-ələmetmişsən?" Şimri-lə’in andan müxalifət fəhm edüb mülazimlərinə hökm etdi, olməzlumu məcruh edüb bıraxdılar.
Rəvayətdir ki, ləşkər getdikdən sonra Bərir durub hər tərəf tərəddüd edərkənbir cəmaətə yoluxdu ki, fəryadü fəğan edərlər.
Ayıtdı: "Ey qövm, bu gün bu şəhrin xəlqi şadü xürrəm ikən nə əcəbdir ki, sizməhzunsuz?". Dedilər: "Biz mühibbi-xanədani-Rəsuluz, Hüseyn üçünmatəmdəyüz". Bərir ayıtdı: "Ey qövm, əgər qövlünüzdə sadiqsiz, gəlin canımızıfədayi-Əhli-Beyt edəlim". Ol cəmaət ittifaq edüb, yüz on nəfər mücahid cüm’əgünü xüruc edüb, xətibi öldürüb izhari-məhəbbəti-Əhli-Beyt qıldılar vəhekayətləri əksəri-təvarixdə məsturdur.
Əlqissə, ləşkəri-Yezid mənazilü mərahil qət’ edüb və hər mənzildə birkəramət və hər mərhələdə bir işarət görüb şəhri-Diməşqə qərib olduqda vəxəbəri-vüsulları xassü ammə şüyu bulduqda Yezidi-pəlid vaqif olub, məsnədi-hökumətinəənvai-təkəllüfatla zibü ziynət verüb və məclisi-eyşü işrət mürəttəbqılub, cəmi’i-ərkani-həşmət və ə’yani-hökuməti əlbiseyi-faxir və əsbabi-mülukanəilə müzəyyən olub bargahinə cəm’ oldular və təmamiyi-xəlqi-şəhrtərki-müamilət edüb nişatü sürurla təmaşa üçün istiqbala təvəccöh qıldılar.
"Kənzül-Ğəraib"də Əbul-Əbbas, Səhli-Saididən nəql etmiş ki, bən təriqi-ticarətləol zəmanda Şamda idim. Gördüm ki, bir gün kusibəşarət urulub, xəlqişəhrnişata məşğul oldular. Güman etdim ki, məgər eydləridir. Birisindən sualetdim ki, aya, səbəbi-nişat nədir? Dedi: "Ey şeyx, bu gün Yezid müxaliflərinünbaşları gəlir, nişat anınçündür". Dedim: "Ey əziz, nə dərvazədən gətürirlər?".Dedi: "Dərvazeyi-səadətdən". Rəvan oldum, kəndümi ol qovğada Əhli-Beytəyetürdim və ol başları gördükdə ixtiyarsız fəryada gəldim. Fəryadımı eşitdikdəhövdəcdən bir avaz eşitdim ki, bana dedi: "Ey pir, səbəb nədir ki, cəmi’i-xəlqxəndan olan əyyamda sən giryansan?". Dedim: "Ey əfifə, sən kim olursan?".Dedi: "Bən Səkinə binti Hüseynəm". Dedim ki, ey gövhəri-xəzaneyi-ismət, bənSəhliSaidəm, səhabeyi-Rəsulullahdan və bu diyara qərib vaqe’ olmuşam. Dedi:"Ey Səhl, sən mühibbi-Əhli-Beytsən, bir tədbir et ki, bu nizədarlar ki, şühədabaşlarun tutmuşlar, bizdən bir miqdar mübaidət qılalar. Ola ki, xəlqin hücumubaşlar tamaşasına olub, hövdəcimütəhhərati-Əhli-Beyt nəzəri-naməhrəmdənməhfuz ola". Bu xidməti eyni-səadət bilüb, nizədarların sərdarına bin altun qəbuletdirdim ki, bir miqdar ol başları xəvatini-Hərəm əmarilərindən müqəddəmyürüdələr.
Rəvayətdir ki, ləşkəri-Kufə şühəda başların məş’əli-pürnur kibi nizələr üzrətərtib edüb və müxəddərati-Əhli-Beyt əmarilərinqönçeyi-gülbün kibi naqələr üzrə mürəttəb qılub, bir-birinə mütəaqib rəvan edübvə baqiyi-ləşkər əqəblərincə səf çəküb ələmlər və bayraqlar cövlana gətirüb,sədayi-nəfir, naleyi-kus və qülqüleyi-nay asimana yetürdilər. Sübhdəm ki,cəlladi-fələk möhreyi-xurşididirəxşanı səri-bitən kibi nizeyi-məddi-şüa üzrətəmaşagahi-əhlialəm qıldı və rimahi-səbzeyi-növxiz üzrə üqudi-şəbnəmrüusişühəda kibi cilvəgər oldu, şəhrə girib izdihami-əvamdan vəqti-əsr qəsri-əmmarəyəfüpsəti-vüsul buldular. Dərvazeyi-qəsrə yetdikdə başları nizələrdənendirüb və müxəddərati-Əhli-Beyti hövdəclərdən çıxarub Yezidin bargahinəmütəvəccih oldular. Əmma ŞimriZilcövşən hiylə edüb Həzrəti-İmamın səribasəadətinBəşir bin Malik əlinə verdi ki, əgər bu xidmət məqbul olmazsa, kəndüihanət çəkməyə. Bəşiri-bədbəxt ol səri-pürsəadəti Yezidin məclisinə gətürdikdəmübahatla bir rəcəz ağaz etdi. Şe’r:
Əmlə’u rikabi fizzətən və zəhəbən,İnni qətəltu’l-məlikə’l-mühəzzabə.Qətəltu xəyrə’n-nasi ummən və əbə,Və əşrəfə’l-aləmi cəm’ən həsəbən.
Yezid bu kəlimatdan infial bulub mütəğəyyir oldu, dedi: "Ey bədbəxt, çünbildin ki, İmam Hüseyn bu sifatla mövsufdur, nişə qətl etdin?". Filhal buyurduki, dəf’i-məzənnə üçün anı qətl etdilər. Pəs, Yezid ümərayi-Kufəyə mütəvəcciholub surəti-vaqiəyi sual etdikdə Züheyr bin Qeys ağazi-təkəllüm qılub ayıtdı:"Bu şəxs bə’zi əqvamıyla Kərbəlaya gəldikdə bey’ət ərz etdik, qəbul etmədi.Qətl edüb, başların gətürdik". Yezid bir zəman mütəfəkkir olub buyurdu ki,"Həzrəti-İmamın səri-mübarəkin bir təbəqdə qoyub hüzurinə gətürdilər".İttifaqən ol bidövlətin dəxi Übeydullahi-Ziyad kibi əlində bir qəsəbə vardı,anınla mübarək ləbü dəndanına işarət etdikdə ƏbulMüəyyədi-Xarəzmidənnəqldir ki, Təmir bin Cündəb ol məclisdə idi. Mütəhəmmil olmayub ayıtdı:"Qətə’əllahu yədəkə". Ey biədəb, bumülaəbə qıldığun ləbü dəhən mülsəmi-Həzrəti-Rəsulullahdır". Yezid qəzəbnakolub ayıtdı: "Ey Təmir, hörməti-söhbəti-Rəsul olmasaydı, sənə siyasət edərdim".Təmir ayıtdı: "Ey bədbəxt, söhbəti-Rəsulullahın hörməti olub, övladının hörmətiolmamaq nə munasibdir?". Hüzzari-məclis bu kəlimatdan mütəəssir olub, Yezidfitnədən təvəhhüm edüb, Təmiri məclisdən ixrac etdürüb qeyr kəlimata məşğuloldu. Əbul-Məfaxirdən nəqldir ki, bir yəhudi ticarət təriqiylə Şama gəlübİttifaqən ol gün məclisdə hazır idi. Sual etdi ki, bu nə başlardır? Yezid ayıtdı:"Bu bir kimsənədir ki, bana xüruc etmişdi?". Yəhudi ayıtdı: "Bu şəxs kəndüsindəbir ləyaqət mülahizə qılmasaydı, xürüc etməzdi". Yezid ayıtdı: "Bəli, Hüseyn binƏlidir, nəbireyi-Həzrəti-Nəbidir". Yəhudi fəryada gəlüb ayıtdı: "Ey Yezid,bənimlə Davud arasında yetmiş qərn təcavüz edübdür, hənuz bana yəhudilərtə’zim edərlər. Məhəmmədi-Qüreyşi dün fövt oldu, bu gün övladına qəsdedərsiz?! Bu nə dindir?!". Yezid qəhr edüb ayıtdı: "Ey yəhudi, əgər Həzrəti-Rəsuldan azari-əhli-zimmə məmnu’ olmasaydı, səni qətl edərdim". Yəhud ayıtdı:"Ey əhməq, bir yəhud üçün müxasimə qılan Vacibülvücud Rəsulu üçün xəsmolmazmı?". Yəzid qəzəbnak olub qətlinə əmr etdi. Yəhudi filhal Hüseynin səri-mübarəkinmüxatəb qılub ayıtdı: "Ya Əba Əbdullah, şəhadət verəsən ki, sidqipaklamüsəlman oldum". Yezid ayıtdı: "Ey yəhudi, xövfi-qətldir səni müsəlmanedən, İslamına nə e’tibar?". Yəhudi ayıtdı: "Ey Yezid, müsəlmanların İmamınqətl etdin. Əgər bir növmüsəlman qətl etsən nə lazım gəlir? Bən dəxi bu səadətətalibəm ki, daxili-firqeyi-şühədayi-Kərbəla olam". Filhal ol növmüsəlmanı şəhidetdilər. Rəhmətullahi əleyh. Kitabi-"Rəbiül-Əxbar"da məsturdur ki, Əbdülvəhabnam bir tərsa risalət təriqiylə Rum diyarından gəlüb ol məhfildə hazır idi.Həzrəti İmamın rüxsari-şərifin görüb, ahi-cigərsuz çəküb ayıtdı: "Bən Həzrəti-Rəsulun əyyami-həyatında ticarət rəsmiylə Mədinəyə getmişdim. İstədim ki,Həzrəti-Rəsula bir töhfə nəzr edəm. Səhabədən istifsar etdim ki, Həzrəti-Rəsulnə cinsə talibdir. Dedilər: "Təb’i-mübarəki ətriyyata rağibdir". İki nafeyi-müşkləbir miqdar ənbəri-əşhəb ol Həzrətə töhfə ilətdim. Ümm Sələmə sərayində idi.Buyurdu ki, ey əziz, ismin nədir? Dedim: "Əbdülvəhab". Dedi: "Ey Əbdülvəhab,əgər dini-İslamı qəbul edərsən, töhfəni qəbul edərəm". Simayi-mübarəkindənbana mə’lum oldu ki, Həzrəti-İsa və’də qılanPeyğəmbər oldur. Filhal əsəri-iltifatla müsəlman oldum və bir müddətdir ki,imanımı ixfa qılub diyarımda əmri-vəzarətə məşğulam. Həqqa ki, ol gün ki,Həzrəti-Rəsul hüzuri-şərifində idim, bu əziz ki, hala səri-mübarəki zillətləhüzurindədir, tifl idi. Nagah hazır olub, Həzrəti-Rəsulullah anı bağrına basub,rüxsarın rüxsarına sürüb derdi ki, Vacibülvücud rəhmətindən binəsib olsun olbədbəxt ki, sənin qətlinə riza verə. Bir gün dəxi Həzrəti-Rəsulla məscidi-came’dəidim. Bu əziz ulu qarındaşıyla gəlüb dedilər: "Ya cəddah, qüdrət təfavütində birbirimizləniza’muz var. Hala müddəamuz budur ki, hüzurində müsariə qılub hərkimin qüdrət və qüvvəti mə’lum ola". Ol Həzrət təbəssüm edüb ayıtdı: "Ey nurididələr,müsariə etmək sizdən münasib degil. Əmma xətt yazın, hər kimin hüsni-xətti ziyadə olsa, ol qalib ola". Şəhzadələr qəbul edüb hər biri bir xət yazubHəzrəti-Rəsula ərz etdilər. Həzrəti-Rəsul heç birinin xatiri məlul olmamaqməsləhəti üçün ayıtdı: "Ey cigərguşələr, xəttinizi Əliyyi-Muritəzaya göstərün, oltəmyiz etsin". Şəhzadələr xəttlərin Mürtəzaya göstərdikdə ayıtdı: "Ey seyyidlər,validənizə ərz edün, ol təmyiz etsün". Həzrəti-Zəhraya ərz olduqda ayıtdı: "Eyməxdumzadələr, bənim xət elmindən vüqufim yoxdur, əmma bir neçə danəlö’lö’ə malikəm, sizə nisar edəyim. Hər kim əksər cəm etsə, ol qalibdir". Fatiməol gövhərləri ol gövhərlərə nisar edüb şəhzadələr cəm’ etməgə təvəccöh qıldıqdaHəzrətiRəsuldan istima’ etdi ki, Həzrəti-İzzət Cəbrailə əmr etdi ki, ey Cəbrail,yer yüzünə enüb bu lö’lö’ləri müsavi mütəqəssim et. Qoyma ki, təqsimindətəfavüt bulunub birisinin xatirinə qübari-ələm irişə. Hərgah ki, Həzrəti-İzzət,Mustəfa, Murtəza və Zəhra anlara məlalət rəva görməyələr, zəhi bədbəxt ki, birinzəhrlə həlak edüb, birin tiğisifasətə müstəhəqq görələr. Şe’r:
Ey də’viyi-səadəti-İslam edən güruh,Haşa ki, qətli-Ali-peyəmbər rəva ola?!Vay ol lə’ini-müdbirə kim su’i-fe’l iləMəhşər günündə xəsmi anın Mustəfa ola.
Əhli-məclis bu hekayətdən mütəəssir olub fəryada gəlməgin Yezid ayıtdı:"Ey Əbdülvəhab, kəlimatın səbəbi-fitnə olur. Əgər hörməti-risalət lazımolmasaydı, sənə siyasət edərdim". Əbdülvəhab ayıtdı: "Ey bədbəxt, hörməti-Rəsuli-Xuda lazım olan yerdə anınövladına necə lazım olmaz?". Yezid mülzəm olub buyurdu, anı məclisdənçıxardılar. Andan sonra hökm etdi ki, Əhli-Beytdən bə’zi kimsənə hazır edələr.Ümm Külsüm, Zeynəb və İmam Zeynəlabidin hazır olub pərdə altındanZeynəbin nəzəri-mübarəki Həzrəti-İmamın rüxsari-şərifinə düşdü. Biixtiyarfəryada gəlüb ayıtdı. Şe’r:
Ey fələk, şərm et, nə bid’ətdir ki, bünyad eylədin,Xanədani-Əhmədi-Muxtara bidad eylədin.Əhli-Beyti-Mustəfaya bin sitəm gördün rəva,Ta Yezidi-pürcəfanın könlüni şad eylədin.Bu nə fikri-batilü əndişeyi-bihudədirKim, yıxub bin Kə’bə bir bütxanə abad eylədin.Ey Yezidi-pürcəfa, hər kimsə bir ad eyləmiş,Sən dəxi bu zülm ilə aləmdə bir ad eylədin.
Yezid ayıtdı: "Bu kimdir?". Dedilər: "Həmşireyi-Hüseyn bin Əlidir". ÜmmKülsüm dəxi bir canibdən xüruşa gəlüb ayıtdı: "Ey Yezid, rüxsət ver ki, Həzrəti-Hüseynlə bir dəxi mülaqat edüb vida’ edəm". İcazət hasil edüb, ol səri-mübarəkiəlinə alub, rayiheyi-gisuyi-müşkbarindən bir zəman bihuş olub özünə gəldikdəayıtdı: "Ey Yezid, ümidvaram Vacibül-vücud dərgahından ki, əzabi-axirətdənmüqəddəm əzabi-dünyaya giriftar olub muradına yetməyəsən". Yezid ayıtdı: "Eyxatun, gördünüzmü ki, də’vayi-kazibiniz nə nəticə verdi?". Ümm Külsüm ayıtdı:"Ey Yezid, "İnnə’l-munafiqinə la-kazibunə", münafiqlər kazibdirlər. "Vəyu’əzzibul-munafiqinə və’l munafiqati" və Həqq münafiqləri müəzzəb edər.Əlminnətu lillah ki, biz xanədani-nübüvvətü vilayətüz". Yezid anlardan münhərifolub İmam Zeynəlabidinə təvəccöh edüb ayıtdı: "Bu kimdir?". Dedilər: "Əli İbnHüseyn". Yezid ayıtdı: "Əli İbn Hüseyn məqtul oldu". Dedilər: "Ol Əliyi-Əkbərdir,Bu bimardı". Yezid ayıtdı. "Ey Zeynəlabidin, Hüseyn istid’a qılurduki, minbərdə cilvə qıla və xütbələr bəyan edə. Əl-minnətu li’llah ki, cilvəgahirü’usi-rimah oldu və bənim dövlətim anı məqhur və məxzul qıldı". İmamZeynəlabidin ayıtdı: "Ey Yezid, binayi-minbər bənim əcdadımdandır, ya sənin?Və rəsmi-xütbə bizim canibimizdəndir, ya sənintərəfindən? Ey Yezid, dövlət dövləti-üxrəvidir və ol bizə müyəssərdir və səadətsəadəti-baqidir və ol bizə müqəddərdir. "Və’lləzinə hacərü fisəbil’illahi summəqutilu əvmatu ləyərzuqənə-humullahu rizqən Həsənən". Ey qafil, sənə dəxietdigin əməl cəzası ənqərib ayid olmaq müqərrərdir. "Və mən yəqtulə mu’minənmutə’əmmidən fə’cəzauhu cəhənnəmə xalidən fiha". Şe’r:
Ey ki, hərgiz qılmayub əndişə ruzi-Həşrdən,Səyyi’ati-məhzdir peyvəstə əf’alın sənin.Ol zəman kim Mustəfa xəsm ola, hakim Kirdgar,Sən dəxi bişək bilürsən kim nolur halın sənin.
Yezid anın kəlimatindən qəzəbnak olub qətlinə hökm etdi. Ümm Külsüm vəZeynəb fəryada gəlüb ayıtdılar: "Ey zalim, bu tifldən qeyr xanədani-nübüvvətdəsahibi-vilayət qalmadı. Bu nə zülmi-sərihdir?". Şe’r:
Unadikə ya cəddahu, ya xəyrə Mursəlin,Huseynukə məqtulun və nəslukə zayi’in.
Yezidə bu kəlimatdan hövl qalib olub, İmam Zeynəlabidinin qətlindəntəcavüz edüb, hüzurinə gətirüb, oğluna müqarin məqam tə’yin edüb ayıtdı: "EyZeynəlabidin, bənim oğlum səninlə qərindir. Anınla müsariə etməgəqadirmisən?" İmam Zeynəlabidin ayıtdı: "Müsariə səhldir, əmma hər birimüzəəlinə aləti-cərihə verüb hökm et, mücadilə qılalım. Qalib olan məğlubu qətletsün". Bu təkəllümdə ikən sədayi-nəqareyi-növbət çıxub bargaha zəlzələburaxdı. Yezidin oğlu ayıtdı: "Ey Zeynəlabidin, bu bənim atam növbətidir, qanısizün növbətinüz?". Zeynəlabidin ayıtdı: "Bir miqdar səbr et". Nəqarədən sonramüəzzin nə’reyi-"Allahu əkbər" çəküb məsame’i-hüzzara qülqülə bıraxdıqdaZeynəlabidin ayıtdı: "Ey nütfeyi-Yezid, bu bizüm növbətimizdir ki, təğəyyürütəbəddül bulmaz". Şe’r:
Növbəti-hökmi-müluk eylər qəbuli-intiqal,Şər’dir ol hökm kim yoxdur ana mütləq zəval.Qət’ bulmaz rişteyi-peyvəndi-Ali-Mustəfa,Gərdəni-üqbaya salmışdır kəməndi-ittisal.
Həzrəti-İmam Zeynəlabidinin hüsni-fəsahətindən Yezidə rə’şə düşüb ayıtdı:"Ey fərzəndi-Hüseyn, nə hacətin var isə, bəndən istid’a qıl". İmam ayıtdı:"Qatili-Hüseyni bana təslim et, cəzasına yetirəyim". Yezid rəf’i-məzənnə üçünKufə sərdarların cəm’ edüb ayıtdı: "Kimdir Hüseynin qatili?". Dedilər: "Xəvlibin Yeziddir". Xəvli bin Yezidi hazır edüb sual etdikdə ayıtdı: "Haşa ki, qətletmiş olam, lə’nət anın qatilinə!". Əlqissə, çox mübaliğə və münaziələrdən sonradedilər: "Şimri-Zilcövşəndir". Şimrdən sual olunduqda ayıtdı: "Ey əmir,Hüseynin qatili bən degiləm". Yezid ayıtdı: "Pəs kimdir?" Şimr ayıtdı: "Olkimsənədir ki, təhiyyeyi-əsbab edüb, hökmlər irsal edüb, ləşkər göndərüb buəmrə mübaşir oldu". Yezid bu sözdən münfəil olub ayıtdı: "Lə’nət sizə vəəf’alinizə, bən Hüseynin qətlinə razı degildim". Həzrəti-İmam Zeynəlabidinəayıtdı: "Bundan qeyr hacət təmənna qıl". İmam ayıtdı: "İcazət ver ki, Əhli-Beytlə mütəvəccihi-Mədinə olub, cəddi-büzürgvarım türbəti üzərində mücavirolam". Yezid ayıtdı: "Bu hacət icabətə məqrundur, bir hacət dəxi istə". İmamayıtdı: "Bu gün cüm’ə günüdür. Rüxsət ver ki, minbərə çıxub bir xütbə bəyanedəm". Yezid ayıtdı: "Bu istid’a dəxi məqbuldur, əmma bir şərtlə ki, axiri-xütbədə mənaqibi-Ali-Əbu Süfyan bəyan edəsən". Pəs, münadilər salub, cəmi’iəhli-Şamı məscidi-came’də hazır edüb, ibtidayi-halda əhli-Şamdan bir xətibminbərə çıxardı ki, həmdü sənadan sonra sitayişi-Ali-Əbu Süfyan vəməzəmməti-Ali-Əbu Turab edüb, övliyyəti-Yezid və bütlani-Hüseyn xüsusundamübaliğələr qıldı. Həzrəti-İmam Zeynəlabidin mütəhəmmil olmayub ayıtdı: "Eyxətib, xəta qıldun ki, rizayi-xəlqi qəzəbi-Xaliqə ixtiyar etdin". Şe’r:
Ey xətibi-süstrə’yü səxtrüyi-biədəb,Daməni-napak ilə aludə qıldun minbəri.Mədhi-əhli-zülm ilə qıldun Xudayı xəşmnak,Tə’ni-Al etdin, məzəmmət eylədin Peyğəmbəri.E’tibari-dövləti-dünyayi-fani səhldir,Noldu, ey zalim, neçün yad eyləməzsən Məhşəri?!
Xatibin təərrüzündən sonra ayıtdı: "Ey Yezid, icazət ver, bən minbərə çıxubhəsbülvaqe’ bir xütbə bəyan edəyim". Çün Yezid bilirdi ki, izhari-həqiqətdəninfial çəkmək lazım gəlür, təğafül qılub riza vermədi. Əmma hüzzari-məclisiltimas etdilər ki, əhli-Hicazın fəsahətin istima’ etmək muradımızdır. Çoxmubaliğədən sonra icazət verüb, Həzrəti-İmam minbərə çıxub, məsnədi-Rəsuluvücudişərifiylə münəvvər qılub bir xütbeyi-bəliğ əda qıldı ki, kəməndi-diqqəti-idraki-nəzər küngüreyi-eyvani-övsafına yetmək dayireyi-imkana girməz vədəryayi-təfəkkür məzmunü ibarətində əqlisərasimeyi-sahilə ehtimal verməz.Bədaye’i-ibaratında əsnafilətayifi-məlikiyyə möhtəvi və lətayifi-məzmunundaəsrari-zərayifimələkutiyyə möntəvi. Şe’r:
Təsəlsüli-kəlimati kəməndi-qeyd qılub,Fəzayi-ərseyi-göftarı seydgahi-üqul.Bəlağətində əyan sirri-hikməti-Qur’an,İbarətində müəyyən rümuzi-şər’i-Rəsul.
Şərayiti-həmdü sənadan sonra bir moizə bəyan etdi ki, ləzzəti-istima’indənnüfusü üquli-hüzzari-məclisü rişteyi-əlaqeyi-əvalimi-cismaniyyədən münqəte’qalub qərqeyi-dəryayi-hüzuzati-ruhani oldular və ərvahi-qülubi-sükkani-məhfilşərabi-idrakından sərməst olub, zövqi-tənə’ümati-həzayiri-qüdsiyyə hasilqıldılar. Filvaqe’, bir kəlami- hikmətamiz ki, məhzi-dərdi-dil və nəhayəti-cigərdənmünbə’is ola, sirayəti müqərrərdir və bir cövhəri-təkəllüm ki,sədəfiismətü iffətdən çıxub iqtizayi-izhar qıla, ədəmi-hüsni-qəbulnamutəsəvvərdir. Əlqissə, siğəri-sinnilə kəmali-fəsahət və nəhayəti-bəlağətinmülahizə qılub, cəmi’i-əhli-məclis məftunü mö’təqid olduqda əhsəni-əsvatlanida qıldı ki: "Ey qövm, bənəm varisimüsafiri-fəzayi "Subhanə’lləzi əsra biəbdihileylən min’əlməscidi’l-hərami ilə’l-məscidəl’l-əqsa, bənəmmücavirihərəmsərayi-"Fə-kanə qabə qəvseyni əv ədna", bənəmdəndaneyimiftahi-"Ənə mədinətu’l-ilmi və Əliyyun babuha", bənəm məzmuni-ibarəti-"La əs’əlkum əleyhə’l-əcrə illa əl-məvəddəti fi’l-qurbə". Bənəm nütfeyi-xeyrüləslab, bənəm nüqaveyi-əhsənülənsab. Bənəmşükufeyi-bəharistani-ismət, bənəm gülbüni-qönçeyi-təharət. Bənəm cigərguşeyi-Fatiməti-Zəhra, bənəm miveyi-dili-Əliyyi-Murtəza. Bənəm nuri-dideyi-Həsəni-Muctəba, bənəm süruri-sineyi-şəhidi-Kərbəla. Məsnədi-xilafəti-mə’nəvi canibivalidi-büzürgvarimdən bana mövhubdur və səriri-səltənəti-suri canibivalideyialimiqdarımdanbana mənsubdur".
Ol bülbüli-gülzari-fəsahət və ol tutiyi-şəkkəristani-bəlağətin kəlimati-hikmətasarınYezidi-pəlid müəssir görüb, xəlqin təğəyyüriəqidələrindən ehtirazedüb müəzzinə işarət qıldı, iqamət gətirüb Həzrəti-İmamın kəlimatın qət’ edə.Müəzzin ayağa durub ayıtdı: "Allahu əkbər". Həzrəti-İmam ayıtdı: "La şəkkəfihi və la-şubhətə və la-hey’in əkbərə minhu". Müəzzin ayıtdı: "Əşhədu ən-lailahəillallah". Həzrəti-İmam ayıtdı: "Əşhədu biha ləhmi və dəmi". Müəzzinayıtdı: "Əşhədu ənnə Muhammədən Rəsulu’llah". Həzrəti-İmam əmameyişərifinfərqi-mübarəkindən alub, müəzzin önünə bıraxub, gisuyi-müənbərinpərişan edüb ayıtdı: "Ey müəzzin, bu zikr olan Məhəmməd həqqi üçün bir saətsəbr et". Müəzzin xəmuş olduqda şahzadə rəxşi-fəsahət meydani-ibarətə bıraxub,hərarətiismət cür’əti-İmamət birlə ehtirazü ictinab etməyüb dedi: "Ey Yezid, buRəsuli-kərim ki, zikri zivəri-mənabirdir, aya, sənin cəddinmidir, ya bənim? Vəbu sahibi-şə’ni-əzim ki, vəsfi virdi-əkabirü əsağirdir, aya, nə xəyali-qələt vəəndişeyi-batildir ki, zəxarifi-dünyayi-bie’tibar üçün sərayi-aqibətin viran edübnəqdi-Rəsulullahı təşnəvü heyran hədəfi-sihami-bəla və sipəri-tiği-cəfa qılub vəmüxəddərati-ƏhliBeyti naməhrəmlərlə şəhrdən-şəhrə gəzdirüb mübtəlayimöhnətiqürbətqıldun? Əgər xilqətində əsəri-İslam var isə, nədir buistixfafinüqəbayi-İslam? Və əgər yox isə, nədir bu məscidü mehrab aludə qılubibadəti-batilə qiyamü iqdam?".
Yezid ol kəlimatdan kəmali-infial bulub, ayağa durub müəzzinə əmr etdi,iqamət gətürüb nəmaza məşğul oldular. Nəmazdan sonradəf’i-məzənnə üçün cəmi’i-ümərayi-Şamü Kufəyi hazır edüb, anlara nifrinünasəza deyib izhari-təəssüf qıldı ki, bən Hüseynin qətlinə razı degildim. Lə’nətÜbeydullaha ki, bu əmri-qəbihə iqdam edüb bəni İraqü Şamda bədnam etdi".Şe’r:
Degil ey süflə, asan qətli-Ali-Mustəfa qılmaq,Vəfa əhlin əsiri-bəndi-bidadü bəla qılmaq.Ədalət bağının gülbünlərindən qönçələr üzmək,Cəfa tiğiylə bir-bir başların təndən cüda qılmaq.
"Kənzül-Ğəraib"də nəqldir ki, Yezid Əhli-Beytə kəndü sərayində bir mənziltə’yin etmişdi. Həzrəti-İmam Hüseynin dört yaşında bir mə’suməsi olub, olHəzrətin iltifatinə mö’tad idi. Ol Həzrət dərəceyişəhadət bulduqda hər günmütəfəqqid olub sorardı ki, "Əynə əbi".
Ənvai-firiblə təskin verirlərdi. Bu zəmanda ki, məqamları Yezidin sərayindəidi, ol mə’sumə bir gecə validi-büzürgvarın vaqiəsində görüb, iztirabla bidarolub fəryad etdi ki, "Əynə əbi?". Ol növhədən Yezid bidar olub səbəb sualetdikdə ol mə’sumənin halın ərz etdilər. Yezid ayıtdı: "Hüseynin başın anagöstərsünlər, ola ki, təskin bula". Həzrəti-İmamın səri-mübarəkin bir təbəqdə olmə’sumənin hüzurinə gətürdikdə dedi: "Bu nədir?" Dedilər: "Haza əbukə". Olmə’sumə nəzər qıldıqda biixtiyar rüxsarın rüxsarinə sürüb, ahi-cigərsuz çəkübcan tapşırdı. Müxəddərati-Əhli-Beyt ol halı görüb, təcridi-matəm qılub növhələrbünyad qıldılar ki, Yezidin sərayinə zəlzələ düşdü. Şe’r:
Artırırsan, ey fələk, övladi-Peyğəmbər qəmin,Tazə eylərsən dəmadəm Əhli-Beytin matəmin.Tişeyi-bidad ilə hər dəm tökür bir daşını,Vəh ki, viran eylədin şər’in binayi-möhkəmin.
Yezid ol əhvala müttəle’ olduqda Əhli-Beytə tə’zimlə tə’ziyət yetürdi. ƏmmaÜmm Külsüm Yeziddən icazət istədi ki, sərayiimarətdən xaric bir mənzilmüqərrər edələr ki, Əhli-Beyt anda sakin olub fərağətlə əzaya məşğul olalar.Yezid müxəddərati-pərdeyi-ismət üçün xarici-sərayi-imarətdə mənzili-münasibtə’yin etdirüb əmr etdiki, xəvatini-əkabir və əşrafi-Şam cəm’ olub anlarınla əzaya məşğul olalar.
Əlqissə, məcmə’i-matəm mürəttəb olub, növhələr bünyad olunub mərsiyələroxundu, bu ol cümlədəndir ki. Şe’r:
Matət ricali və əfnə’l-məvtu-sadati,Və zadəni heyrətun min-bə’də adati.Ah kim, qıldı cəfa çərx vəfadarlara,Dağlar urdu dəmadəm dili-əfgarlara.Bunca mə’sumləri zarü giriftar etdi,Hiç rəhm eyləməyüb zarü giriftarlara.
Məqtəli-Əbu Mihnəfdə məsturdur ki, Yezid Həzrəti-Zeynəlabidin ilə bə’zixidmətkarlar qoşub, şühədanun başların Kərbəlada bədənlərinə mülhəq edübgerü Şama müraciət qılanadək Əhli-Beyt üçün əsbabi-səfər mühəyya qılub, hərbirinə münasib xəl’ətlər və hədiyyələr verüb, Həzrəti-İmam Zeynəlabidingəldikdə Nü’mani-Bəşiri otuz mükəmməl mübarizlə xidmətlər üçün tə’yin edüb,riayətlərində mübaliğə qılub Mədinəyə irsal etdi. Nü’mani-Bəşir müxlisi-xanədandı. Mədinə yolunda Əhli-Beytin xidmətində kəmalisə’yi ehtimamzühura gətirüb nüzul və irtihalda təriqi-ədəb bir mərtəbədə riayət qıldı ki,xəvatini-Əhli-Beyt şakirü razı oldular. Mədinə qürbünə yetdikdə Ümm KülsümZeynəbə ayıtdı: "Ey həmşireyi-əzizə, Nü’manın ədayi-hüququ bizə lazım oldu,səlah nədir?" Zeynəb ayıtdı: "Ma-ləna şey’in illa hilyətuna" yə’ni hilyəmizdənqeyr nəsnəyə qüdrətimiz yoxdur". Pəs ə’zalərindən hilyələrin çıxarub, birtəbəqdə qoyub Nü’mana irsal etdilər ki, bu, xidməti-dünyadır. İnşa’allah, cəzayi-xidmətin axirətdə zahir olur. Nü’man ol hilyələri yenə gerü döndərüb təzərrö’qıldı ki: "Ey xəvatini-hərəmsərayi-nübüvvət, əgərçi bu xidmət zahirən Yezidhökmüylə surət buldu, əmma həqiqətdə bənim məqsudumdu ki, bu xanədananisbət bir xidmət bəndən zahir ola. Əlminnətü lillah ki, müyəssər oldu".
Lillahi’l-həmd ki, şayisteyi-dərgah oldum,Mə’niyi-surəti-ixlasdan agah oldum.Aqibət mənzili-məqsuda yetərsəm nə əcəb,Əhli-e’cazü kəramat ilə həmrah oldum.
Əlqissə, Əhli-Beytin təşrifindən xəbərdar olub, əhli-Mədinə zükurü ünas vəsiğarü kibar naləvü fəğanla istiqbal edüb, Həzrəti İmam Zeynəlabidin və xəvatini-Əhli-Beyti libasi-matəmdə giryanü pərişan görüb, sinələrin çak və didələrinnəmnak edüb derlərdi. Şe’r:
Ey sipahi-münkəsir, noldu sipəhsalarınuz?Netdinüz sultanınız, billah, qanı sərdarınuz?Nişə olmuş lə’lgun lö’lö’i-abi-çeşminiz?Nişə rəngi-yasəmən dutmuş güli-rüxsarınuz?Netdinüz ol şəhriyari-mə’dələtasarı kim,Lütfi olmuşdu ənisü munisü qəmxarınuz?!
Əlqissə, Mədinəyə qülqüleyi-əhli-əzadan bir zəlzələ düşdü ki, dərü divardansədayi-növhə asimana irişdi. "Nüzhətül-Ərvah"da məsturdur ki, beş növbətMədinədə öylə müsibət vaqe’ oldu ki, qovğasından müqəddəmeyi-Qiyaməttəsəvvür edüb xəlq istiğfara başladılar. Bir növbət hərbi-Uhudda Həzrəti-Rəsulməqtullar içrə qalıb İblis nida qıldıqda ki, "Əl’an Muhəmməd qəd qutilə", birnövbət dəxi Həzrəti-Risalət dari-dünyadan rehlət etdikdə, bir növbət dəxiHəzrəti-Hüseyn Əhli-Beytlə Mədinədən Məkkəyə təvəccöh etdikdə, bir növbətdəxi Şamdan Əhli-Beyt Mədinəyə gəldikdə.
Rəvayətdir ki, Əhli-Beyt çehrə və gisu qubari-rahdan pak etmədən və rəncisəfərdənistirahət bulmadan rövzeyi-Seyyidikainata mütəvəccih olub, fəryadüfəğanlar edüb, səlam verüb ərzi-hal etdilər ki: "Ya cəddah və ya seyyidah,badiyeyi-Kərbəla sərgərdanlarıyuz, diyari-qürbət heyranü pərişanlarıyuz.Pənceyi-həvadisdən giribanımız çak, təpançeyi-nəvahibdən didəmiz nəmnak.Şe’r:
Ya Rəsulullah, biyabani-bəla səyyahıyuz,Gəlmişiz dərgahinə zarü diləfgarü həzin.Şəm’i-nüzhətgahımız badi-fənadan fövt olub,Həmdəm olmuşdur bizə nirani-ahi atəşin.Rəxtimüz seylaba getmiş, mülkümüz olmuş xərab,Halımız olmuş mükəddər, könlümüz ənduhgin.
Bu növ’lə növhələr qılırkən nagah Ümm Sələmə hücreyi-təharətdənxiraşidəruy və pərişanmuy istiqbala gəlüb, şişeyi-xakiKərbəla əlində qanadönmüş. Mütəhhərati-Əhli-Beyt Ümm Sələməyi görüb bir növ’lə matəm etdilərki, sükkani-təbəqati-səma səbheyiibadətxaneyi- ülya övradi-mütəarifələrinfəramuş edüb anların əzasinə mütəvəccih oldular.
"Uyunur-Riza"da məsturdur ki, fərzəndi-Dəili-Xüzai rəvayət etmiş ki,validimin heyni-mövtində rüxsarın siyah görüb qayətdə mütəhəyyir idim. Birgecə vaqiəmdə gördüm ki, xürrəmü xəndan libasi-faxirlə cənnət içrə seyr edər.Dedim: "Ey validi-büzürgvar, heyni-vəfatda halın əhli-cərayim halına müşabihidi. Hala surətihalında nişaneyi-əhli-səlah var, hikmət nədir?". Dedi: "Eyfərzəndiəziz, qayəti-isyanla dünyadan çıxdım. Əmma Həzrəti-Rəsul bəndən sualetdi ki, ey Dəil, şəhidi-Kərbəla mərsiyəsində nə demişsən, təqrir eylə. Bən dəxiəda qıldım və bu beyt andandır. Şe’r:
La-əzhəku’llahu səqrə’d-dəhri in zəhikət,Və ali Əhməd məzluminə qəhrən.
Və bən oxuduqca Həzrəti-Rəsulullah riqqət edüb ağlardı. Təmam olduqda buüzərimdəki xəl’əti ən’am edüb günahlarıma şəfi’ oldu". Şe’r:
Əhli-Beytin sənavü mərsiyəsiƏhsəni-əfzəli-fəzayildir.Kim ki, bir beyt ol xüsusda der,Ol dəxi Əhli-Beytə daxildir.
Rəvayətdir ki, qatili-Hüseyn bir atəşin tabut içrə müqəyyəd olub səlasilüəğlalla təcəddüdlə mütəaqib olmaqdadır Qiyamətədək.
Və "Sühüfi-Şərif"də isnadi-Rizaviyyədən nəqldir ki, Həzrəti Rəsul buyurmuşki, Musa bin Imran, Haruni-Nəbi fövtündən sonra ruyi-təzərrö’ dərgahi-Vacibül-vücuda dutub Harun üçün rəhmət istid’a qıldı. Həzrəti-İzzətdən vəhygəldi ki: "Ey Musa, əgər bəndən cəmi’ixəlq üçün rəhmət istid’a qılsan, qəbuledərəm. Əmma qatili-Hüseynin günahından təcavüz mümkün degil, anınintiqamın mən alsam gərək". Şe’r:
Gər əzabi-əhli-duzəx cürm miqdarincədir,Vay ana kim eyləmiş, qətli-şəhidi-Kərbəla!Ol səbəbdən kim, şəhidi-Kərbəlanun qədriniEyləmiş ə’la cəmi’i-xəlqdən Rəbbül-üla.
"Kənzül-Ğərayib"də məsturdur ki, cəmi’i-əjdərhalarun mehtəri bir əjdərdirŞədid nam. Hər gün yetmiş növbət titrəyüb, ə’zasından zəhri-həlahil tökülür.Həzrəti-İzzətdən nida gəlür ki: "Ey Şədid, səbr et ki, qatili-Hüseyn tə’zibi sənəmənsubdur".
Rəvayətdir ki, Əhli-Kufə və Şamdan hər fərd ki, ol mə’rəkədə idi, bu üqubətəşərikdir. "Kənzül-Ğərayib"də məsturdur İmami-Sipəri nəqliylə ki, bir günməclisimizdə bu zikr olunurdu ki, vaqieyiKərbəlada məsrur olanlar sərbəsərdünyada məqhur oldular. Xəvaricdən bir bədbəxt hazır idi, bu göftara inkar edübdedi: "Bu söz kizbdir, zira bən ol cümlədənəm və əsla bana məkruh mütəvəcciholmadı". Həqqa ki, hənuz göftarı tamam olmadan çiraği-məclisdən bir şərarərəxtinə düşüb, zəbanə çəküb heç vəchlə təskin bulmayub ol bədbəxti yaxdı və busurət ülul-əbsara mövcibi-təzayidi-e’tibar oldu. İmam Həsəni-Bəsri, rəhmətullahiəleyh, nəql etmiş ki, təhqiqiməsayili-şər’iyyə üçün bir mütəəllim bənimməclisimə tərəddüd edərdi və həmişə andan bir rayiheyi-məkruh zahir olub, əhliməclisəküdurət yetürərdi, əmma mən’inə həya mane’ olurdu. Aqibətüləmr olrayihənin səbəbin sual etdikdə münfəil olub ayıtdı: "Ey əzizlər, bən oltayifədənəm ki, vaqieyi-Kərbəlada mühafizəti-Fərat üçün mə’mur olmuşlardı.Müharibədən sonra bir gecə vaqiəmdə gördüm Qiyamət olmuş və bən qayətdətəşnəyəm. Nagah gördüm ki, Həzrəti-Rəsul və Əli və Həsən və Hüseyn [hövzi]-Kövsər kənarında cəm’ olmuşlar. Və dəxi ilhab edüb bir cür’ə su istədim,vermədilər. Fəryad etdim ki, təşnəyəm. Həzrəti-Rəsul müttəle’ olub ayıtdı: "Nişəbu fəqirə suverməzsiz?" Ayıtdılar: "Ya Rəsulullah, bu şəxs ol tayifədəndir ki, müharibeyi-Kərbəlada hifzi-Fərat üçün tə’yin olunmuşlardı". Həzrəti-Rəsul ayıtdı: "Əsquhuqətranən". Bən qətranı su təsəvvür edüb təcərrö’ etdikdə rayihəsindən nifrətedüb, hövlü hərasla bidar olduqda bu zəhmət bəndə peyda oldu". İmam Həsəni-Bəsri ol haldan vaqif olduqda məclisdən mən’ edüb, ol bədbəxt əqrəb zəmandaəs’əbi-bəliyyatla dünyadan getdi.
Əbul-Məfaxirdən mənquldur ki, bir şəxs təvafi-Kə’bədə gördüm, niqabagirmiş. Təzərrö’ edərdi ki, ya Rəb, günahımı əfv et. Əgərçi bilirəm ki, qabili-əfvdegil". Əşrafi-Məkkə ayıtdılar. "Ey fəqir, novmidlik küfrdür". Dedi: "Ey qövm,bən ol güruhdanam ki, şühədanun başları Şama getdikdə mühafizəsinə mə’murolmuşlardı. Və ol bədbəxtlər hər mənzildə başların sənduqini araya alub,ətrafında məclisi-xəmr tərtib edüb irtikabi-ləhv edərlərdi, Əmma bən irtikabetməyüb əməllərinə müşahidə qılırdum. Bir gecə cəmi’i-müstəhfizlər məst olubbən tənha qaldıqda gördüm gögdən bir xeymeyi-nur enüb, başlarınmüqabiləsində qurulub və ol xeymədən üç sahibçehreyinurəfşanla çıxub, olbaşları sənduqdan çıxarub ziyarət etdilər. Və bən təvəhhümi-təmamla müşahidəqılırkən üzərində bir piri-rövşənzəmirinurani görünüb sual etdim ki: "Bunlarkimlərdir?". Dedi: "Bunlar dərgahi-İlah müqərrəbləri, yə’ni Cəbrail, Mikail vəİsrafildir". Bir zəmandan sonrə gördüm Cəbrail xeyməyə mütəvəccih olub dedi:"Ənzil, ya Səfiyyəllah". Gördüm ki, Adəm və Şis və İdris çıxub ol başlarıziyarət etdilər. Anlardan sonra dedi: "Ənzil, ya Nəciyəllah". Gördüm Nuh vəSam çıxub ol başları ziyarət etdilər. Anlardan sonra ayıtdı: "Ənzil, yaXəliləllah". Gördüm İbrahim və İshaq çıxıb ziyarət etdilər. Anlardan sonraayıtdı: "Ənzil, ya Kəliməllah". Musa və Harun çıxıb ziyarət etdilər. Anlardansonra ayıtdı: "Ənzil, ya Ruhəllah". Gördüm İsa çıxub ziyarət etdi. Andan sonraayıtdı: "Ənzil, ya Həbibəllah". Gördüm Həzrəti-Mustəfa təşrif buyurub səri-mübarəki-Hüseyn yetmiş qədəm miqdarı istiqbala gəlüb, çehreyi-mübarəkin qədəmi-Rəsulullaha sürub, avazi-hüzn ilə fəğana gəldi ki: "Ya cəddah, ümməti-bivəfadangör ki, bana nə bəlalar gəldi". Və Həzrəti Rəsul rüxsari-şərifin rüxsarinə sürüb vəcəmi’i-ənbiya ittifaqla əzaya məşğul oldular. Şe’r:
Səhldir ol kim həmin Həvvadan Adəm oldu dur,Olmadı məcmui-ətba’vü əyalından cüda.Səhldir ol qəm ki, düşdü bəhrə Nuhun zövrəqi,Görmədi dəryayi-xunab içrə girdabi-fəna.Səhldir kim, yetdi İbrahimə Nəmrud atəşi,Yetmədi bərqi-cəhansuzi-fİraqi-əqrəba.Səhldir kim, çəkdi bidadını Fir’onun Kəlim,Olmadı düşmən ana bir kafiri-mö’minnüma.Bitəkəllüf əql mizaniylə təhqiq etsələr,Cümleyi-ənduhi-məcmui-güruhi-ənbiya.Gəlməz ol miqdar möhnətlərcə kim səbr eyləyüb,Çəkdi əhli-zülmdən məzlumi-dəşti-Kərbəla.
Rəvayətdir ki, ol tə’ziyət əsnasında Cəbrail Həzrəti-Rəsulun xidmətinə gəlübayıtdı: "Ya Rəsulullah, hökmi-Həzrəti-İzzətdir ki, rizayi-şərifin olsa, Kufə şəhrinLut qövminin mülkünə döndərəm". Həzrəti-Rəsul ayıtdı: "Ey Cəbrail, bənimsəbrim sayir ənbiyadan ziyadədir. Səbr edərəm, Qiyamət günü əzabi-müəbbədləanlardan intiqam aluram". Cəbrail ayıtdı: "Ya Rəsulullah, hökmdür ki, bumüstəhfizləri məlayikeyi-əzab atəşi-əzaba yaxalar". Həm ol halətdə firiştələrhərbeyi-atəşin çəküb ol cəmaətə həmlə qıldılar. Əlli nəfər müstəhfizlərin qırxdoquzu yanub bana növbət yetdikdə təzərrö’ etdim ki, "Əl-əman əl əman".Həzrəti-Rəsul ayıtdı: "Lağəfərə’llahu ləkə". Və mən bilirəm ki, duayi-Həzrəti-Rəsul müstəcabdır və mən məğfur olacaq degiləm". Dedilər: "Niqab tutmağasəbəb nədir?". Dedi: "Ol vaqiə səlabətindən ləvnim mütəğəyyir oldu". Mübaliğəilə pərdəsin açdıqda gördülər, peykəri pozulmuş. Ol bədbəxti Kə’bə təvafındanmən’ edub çıxardılar. Bir saiqə peyda olub ol napakı pak yaxdı. Beyt:
Əsəri-zülmü sitəmdir qəzəbü qəhrə səbəb,Zülm əhlinə düşər saiqeyi-qəhrü qəzəb.
Əksəri-əhli-təfsirdən nəqldir ki, səhhətə yetmişdir ki, vaqieyi-Kərbəladansonra Übeydullahi-Ziyadın ləşkərində səvarü piyada, xadimü məxdum "Ka’inənma-kanə" heç fərd asayişü hüzurla məaş etməyüb, hər biri qəbləl-mövt bir əzabagiriftar olub anınla fövt oldu. Xalid bin Yezid Həzrəti-İmamın əmameyi-şərifinfərqimübarəkindən alub təsərrüf etmişdi. Dimağı müxəbbət olub, illəti-sevdaylazəncirlərə girüb ol qeydlə silsileyi-"Zər’uha səb’unə zira’ən" qeydinə düşdü. VəCə’fər bin Əxzəri pirahəni-şərifin bədəni-lətifindən çıxarub almışdı və olpirahəndə yüz yetmiş zəxmitiğü tir olub, filhal ol bədbəxt əbrəs olub illətibərəslədünyadan getdi. Əsvəd bin Hənzələ şəmşirin təsərrüf etdi. Cüzamagiriftar olub ol illətlə fövt oldu. Malik bin Yəsar cövşənlərin təsərrüf etdi.Xiffəti-əql peyda qılub, məsru’ olub küçələrə düşdu. Aqibət tifllər daşıyla həlakoldu. "Şəhvahid"də məsturdur ki, Şimri-lə’in bir miqdar əşrəfi Həzrətiİmamınrüxutindən çıxarub nəhb etmişdi. Bə’zisin hilyə edüb, övladına vermək da’iyəsinqıldıqda ol tila mə’dum olub, Şimr ol halətə şəkk gətirüb, zərgəri kəndü hüzurinəhazır edüb ol tilanun bə’zisin butəyə qoyduqda təmam mə’dum oldu. Rəvayətdirki, bə’zi bədbəxtlər şahzadənin qətarindən naqələr zibh edüb tənavül etdikdəməsabeyi-zəhr olub təsərrüfü müyəssər olmadı. Əlqissə, qitaleyiHüseyn üqubatiüxrəvidənmüqəddəm üqubati-dünyaya giriftar olmadan dünyadan getmədilər.
"Miratül-Cinan"da məsturdur ki, vaqieyi-Kərbəladan sonra əqrəbi-zəmandaÜbeydullahi-məl’unun səri-namübarəkin qət’ edüb Kufə məscidinə gətürdilər.İmam Tirmizi, Əmmaridən nəql etmiş ki, bən hazır idim, gördüm divardan birəf’i çıxub, Übeydullahi-bədbəxtin dimaği-namübarəkinə girüb, durub çıxub birneçə növbət bu əməli edərdi. Müşahidə edənlərə mühəqqəq oldu ki, bu,müqəddimeyi-əzabdır. Və "Şəvahid"də məsturdur ki, Mədinədə bir bədbəxtHəzrəti-İmamın qətlinə bəşarət etdi. Həm ol gecə bir avaz eşitdi ki, asimandangəlirdi:
Əyyuhə’l-qatilunə cəhlən HüseynənƏbşiru bil-əzabi-və’t-tənkil.
Ümid var ki, ümumi-lütfi-İlahi və şümumi-fəzli-namütənahi ol əhibbayisadiqülixlasvə əviddayi-qəvimül-ixtisasa qərini-hal və kəfili-hüsni-mə’al ola ki,hər mahi-Məhərrəm təcdidi-matəmi-şahi-Kərbəla və təhriki-silsileyi-tə’ziyəti-şühədaqılub, dideyi-giryan və dili-biryanla mütəvəccihi-kəsbi-səvabi-dünyəvi vəüxrəvi olub əcrlər bulalar və cümleyi-səvabından bu müsibətnamə müəllifinətəsəddüq qılub bu səvabı dəxi mövcibi-məzidi-həsənat bilə. Təmmə bi’l-xəyrvə’s-səadət.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-hediqetus-sueda-xatime
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çıxdı yaşıl pərdədən, ərz eylədi rüxsar gül,Sildi mir’ati-zəmiri-pakdən jəngar gül.
Aftabi-tələtin tutduqca övci-irtifaAftabi-təl’ətin tutduqca övci-irtifa’,Qətli-əhli-eşqə tiği-qəmzədir ondan şüa’.
Aldı gülzar içrə su əksi-üzari-aliniAldı gülzar içrə su əksi-üzari-alini,Çəkdi güllər surətin mənzur edib timsalini.
Arizin görsə fələk, mehr buraxmaz ayəArizin görsə fələk, mehr buraxmaz ayəZərrə, zərrə qılıb onu buraxar səhrayə.
Стихи других поэтов · Плачи
خورشید ز شرم سایه از خلق گسست
Axır çərşənbə duasıİlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!
İran Astarası və Azərbaycan AstarasıOrtadan bir çay keçir, olmuş iki yan Astara,Bir yan Azərbaycan, bir səmti İran, Astara.
Azərbaycanhimn*Hər millətin, hər torpağın öz adı var, öz ünvanı,