Növfəl dedi: "Ey ədibi-kamil!Feyzi-nəzərimdən olma qafil!

Lülahühəmd qeyrətim var,Qeyrət qədərincə qüdrətim var.

Sən cəhd elə ki, yar ola əhl,Çün yardır əhl, kardır səhl".

Məcnun həm ümid ilə olub şad,Tərk etdi təriqi-təb'i-mö'tad,

Həm südi qübari-fərqi-geysu,Həm eylədi qət' naxunü mu.

Həm cisminə verdi zibi-camə,Həm başına zivəri-əmamə.

Bəzmi-tərəbi məqam tutdu,Meyli-tərəb etdi, cam tutdu.

Növfəl həm olub mülazimi-əhd,İmdadına qıldı can ilə cəhd.

Aldı ələ müşkbar xamə,Leyli həşəminə yazdı namə:

"K'ey taifeyi-büləndpayə,Biganəlik etmən aşinayə!

Edib məni iltifata məmnun,Leylini edin rəfiqi-Məcnun!

Ol lalə isə, bu nəstərəndir,Şümşad isə ol, bu narvəndir.

Ol buna bu onadır səzavar,Ey əhli qərəz, nədir bu azar?!

Kam olsa nizasız müyəssər,Ha, gənci-dürü xəzaneyi-zər!

Vər olsa bu xeyr işdə təxir,Ha, tə'ni-sinanü zərbi-şəmşir!"

Ol qövmə çü rövşən oldu əhval,Oldu bu cəvab olardan irsal

Kim: - "Bizdə cünun əlacı yoxdur.Divanələr ehtiyacı yoxdur.

Gəncü dürə eyləmə təfaxür!Bəsdir bizə gəncimizdəki dür!

Laf ilə qılıncdane urmağıl dəmKim, var qılıncımızğbizim həm!"

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов