Çün tiğ çəkib mübarizi-Rum,Şam əhlini etdi əmrə məbkum,

Fəth oldu sipahi-türkə mənsub,Oldu ərəbin sipahı məğlub.

Adətcə yenə ol iki ləşkərRəzm etməgi etdilər müqərrər.

Tiğ aldı əlinə pəhləvanlar,Başlar kəsilib töküldü qanlar.

Can eylədi tərki-xaneyi-tən,Ol çıxmağa açdı tir rövzən.

Başlarda bəlanı çox görüb əql,Bir özgə məqama eylədi nəql.

Peykan zireh içrə oldu peyvənd,Gül şaxələrində qönçəmanənd.

Əlqissə, xilafi-rəzmi-əvvəl,Ə'dayə müzəffər oldu Növfəl.

Xəsm etdi qəbul hökmi-taət,Başlandı təzərrö'ü şəfaət.

Leylinin atası açdı başın,Doldurdu gözünə qanlı yaşın,

Əcz ilə dedi ki: "Ey xudavənd!Şahənşəhi-adilü xirədmənd!

Gər Leyli üçündür iztirabın,İkrah ilə verməzəm cəvabın.

Əmma rəhü rəsmdir müqərrər,Bir övrətə eybdir iki ər.

Leyli bu həşəmdə namizəddir,Əqd ilə müqəyyədi-əbəddir.

Çün hökmün edər bu rəsmi pamal,Bari, onu qeyrə vermə, sən al!

Gülbərgimizi həvaya vermə!Namusumuzu fənaya vermə!"

Növfəl dedi: "Ey güzidə əşraf!Yox məndə xilafi-ədlü insaf.

Mən məhz mürüvvətü vəfayəm,Gəncineyi-gövhəri-ətayəm!

Bidadü sitəm degil şüarım,Ədl içrə təmamdır əyanın.

Mən həm xəciləm bu macəradən,Acizlərə qıldığım cəfadən.

Həqqa bu degildir e'tiqadımKim, hasil edəm mən öz muradım.

Bir sınmışa mumiya dilərdim,Bir xəstə üçün şəfa dilərdim.

Gördüm görünür bu əmr müşkil,Bimar degil əlaca qabil.

Bidaddən olmuşam peşiman,Əfv edə məgər bu səhvi Sübhan.

Gəlməz gözümə əyalü malın,Malın sənin olsunü əyalın.

Var, indi sen eymən ol xətərdən,Minbə'd təvəhhüm etmə şərdən".

Bunu dedi, açdı aləti-rəzm,Öz məmləkətinə eylədi əzm.

Məcnun dəri-e'tiraz edib baz,Ol sərvərə tə'nə etdi ağaz:

"K'ey bihudə qövlünü qərarın!Əhdində bumudur e'tibarın?

Nə faidə sikkəsiz dirəmdən?Nə sud nəticəsiz kərəmdən?

Sayən uludur, vəli, nə hasilKim, feyz dəmində oldu zail".

Hər necə ki, etdilər müraatKim, "eyləyəlim buna mükafat,

Ondan yegin edəlim, sənə yar,Asan işini gəl etmə düşvar!"

Mütləq əsər etmədi ona pənd,Zənciri-həva qaçan tutar bənd?

Əfğan çəkib etdi xirqəsin çak,Səhralara düşdü zarü qəmnak.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов