Bir gün səhər ol mücaviri-dəşt,Eylərdi güruhi-vəhşlə gəşt.

Bir piri-həzin göründü nagah,Zəncirli bir əsir həmrah.

Məcnunun əsirə yandı canı,Ol piri-həzinə sordu anı

Kim: "Bu nə əsirdir, bəyan et?Cürmün məni-mücrimə əyan et!"

Sirri-dilin etdi pir rövşənKim: "Dustdur, degil bu düşmən.

Mən xəstəvü bəsteyi-əyaləm,Fəqr ilə ikən şikəstəhaləm.

Bu həm məni-zardən betərdir,Avarəvü xarü dərbədərdir.

Bir ruzi üçün olub füsunsaz,Hər dəm qılırız füsunlar ağaz.

Ta hasil ola məaşi-ətfal,Bir şö'bədədir bu gördüyün hal.

Bu, qanlılığa qılıbdır iqrar,Mən eyləmişəm bunu giriftar.

Sahib diyətəm mənü bu xuni,Gör vəchi-məaş üçün füsuni.

Ta kim, gəzib eyləyə gədalıq,Bəndinə qıla girehgüşalıq;

Hər nə qazanır gəzəndə ev-ev,Təqsim edəriz arada cöv-cöv.

Qismətdə həm etmişiz qərarı,Mən yarıyamü bu şəxs yan!.

Məcnun dedi: "Səhv edibsən, ey pir!Divanələrə gərək bu zəncir.

Gəl hacətimi mənim rəva qıl,Bənd eylə məni, bunu rəha qıl!

Sayəntək olub səninlə həmseyr,Mən əhli-kərəmdən istəyim xeyr.

Hər nə yığılırsa biş, ya kəm,Varım sənə eyləyim müsəlləm.

Qəsdim bu ki, eyləyəm məni-zar,Evdən-evə seyr Müştərivar.

Şayəd ki, bir evdə ola mümkün,Ol Zöhrəyə olmağım müqarin".

Pir oldu ümidi-nəf ilə şad,Əvvəlki əsirin etdi azad...

Zəncirə girib rəmid Məcnun,Ərbabi-cünunə verdi qanım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов