Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir,Nə bənzər ol mənə, dərdi onun dərmanə qabildir.
Biyabanlarda Məcnundan qəmü dərdim sual etmin,Nə bilsin bəhr halın ol ki, mənzilgahi sahildir.
Mənim tək ola bilməz şöhreyi-şəhri-bəla Məcnun,Qəbul eylərmi bu rüsvalığ hər kim ki, aqildir.
Nə müşkil halı olsa aşiqin mə’şuq edər çarə,Gər ol bidərd bilməzsə bu hali, hal müşkildir.
Fəraq əyyami seylabi-sirişkimdən xəbər tutmaz,Qiyamət macərasından gör, ol zalim nə qafildir.
Fəqihi-mədrəsə mə’zurdur inkari-eşq etsə,Yox özgə elminə inkarımız, bu elmə cahildir.
Макта — последний бейт с тахаллусом поэта. Füzuli, el səni Məcnundan əfzun der məlamətdə,Buna münkir degil, Məcnun dəxi mə’qulə qaildir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-meni-zikr-etmez-el-efsaneyi-mecnune-mayildir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Uzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Qəzəl: Gəl ey badi-səba, söylə dilimdən şəm tək yarəGəl ey badi-səba, söylə dilimdən şəm tək yarə,Qıl əfğan, ağla, şərh elə ki bəsdir yandım odlarə
چون تو از غم ندیده ای خواریاز غم ما کجا خبر داری؟
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,