Münhərifdir, saqiya, ənduhi-dünyadən mizac,Badə tut kim, illəti-ənduhə qəflətdir ilac.

Fəqr mülkün tut, gər istiğınadə istərsən kəmal,Səltənətdən keç kim, ol vadidə çoxdur ehtiyac.

Çəkmə təxtü tac qeydin, bisərü palıq gözətKim, əyağə bənddir təxtü bəladır başə tac.

Bir pəri zülfün tutub, xalindən alsan kami-dil,Tut ki, Çin mülkini tutdun, Hinddən aldın xərac.

Tərkü təcrid ixtiyar et kim, diyari-eşqdəFəqr bazarinə əsbabi-fənadəndir rəvac.

Nəqşi-zayildir, ümuri-dəhrə qılma e’tibar,Olsa hasil fəqrdən hüznü qinadən ibtihac.

Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, mən məlamət mülkünün sultaniyəm,Bərqi-ahim taci-zər, simi-sirişkim təxti-tac.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви