Olur qəddim düta eşqin yolunda, hər bəla görcək
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Olur qəddim düta eşqin yolunda, hər bəla görcək,Təriq əhlinə adətdir təvazö, aşina görcək.
Nihan eşqimi mə’lum etsə aləm, dudi-ahimdən,Əcəb yox kim, gümani-gənc edər xəlq, əjdəha görcək.
Füzun olduqca eşqim gərm olur əşkim gözüm içrə,Əgərçi su bürudət kəsbini eylər həva görcək.
Oxun hər ləhzə kim, canım dələr, könlüm qılar əfğan,Be-eyni eylə kim, fəryad edər itlər, gəda görcək.
Rəvaci-nəqd nəqşi-sikkədəndir, nola qədr etsəMənə el, cismi-üryanımda nəqşi-buriya görcək.
Məni-dərvişə el həm cövr edər, sən cövr qıldıqca,Kim eylər zülm mən’in, padihaşım, sən rəva görcək?
Макта — последний бейт с тахаллусом поэта. Füzulini yaşur, ey zə’f, məhvəşlər cəfasındanKi, məhvəşlər qılırlar min cəfa, bir mübtəla görcək
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-olur-qeddim-duta-esqin-yolunda-her-bela-gorgec
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ey ağalar necə olurHalı yardan ayrılanın
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
وقت سحر، به آینهای گفت شانهایکاوخ! فلک چه کجرو و گیتی چه تندخوست
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd