سحر که عامل دین را فزود رونق کار
Что такое касыда?
Касыда: торжественное длинное стихотворение — восхваление или наставление.
سحر که عامل دین را فزود رونق کارفکند بیم هوا لرزه در تن اشجار
مگو جمیله مهرست در کنار زمینمگو سفیدی برفست بر سر کهسار
یکی کشیده همه شب مشقت سرماکنار منقل آتش گرفته روز قرار
یکی نشسته همه شب میانه بارانبر آفتاب فکندست صبحدم دستار
ز فیض باد سحر در گذر بموسم دیکه همچو نیت ظلم است در دل اسرار
باب جوهرسان دست در مه بهمنکه بر مثابه زهرست در طبیعت مار
چنان ز تندی دی بست در هوا بارانکه قطره بی صدفی گشت لؤلؤ شهوار
زمانه داد رضا بارها که پنبه ابربگیرد آتش و از برق گردد آتش بار
نکرد فایده سنجابی سحاب برعدهزار بار ز سرما کشیده ناله زار
میان مالک و رضوان ز بهر لطف مقامشبی فتاد درین فصل دعوی بسیار
ز بهر آنکه کند مدعای خود ثابتدلیل صدق سخن کرد هر یکی اظهار
یکی ز روضه گلی چند در میان آوردیکی ز آتش دوزخ نمود چند شرار
جهان گرفت درین بخت جانب مالککه آتش از گل و دوزخ ز روضه به صد بار
ز حال مردم صحرانشین درین موسمبه است حال مقیمان حجرهای مزار
کنون درآی در آتش بسان ابراهیمگرت هواست که آتش ترا شود گلزار
درین هوا نظری سوی نار کن چو کلیمکه شخص نور ترا در نظر نماید نار
ره مطالعه آفتاب بر ماهیز بس که آب ز یخ بست بر یمین و یسار
ز داغ آرزوی آفتاب و غصه غراب؟بر آتش است دل ماهیان قعر بحار
نکرده فرق نامیه درین موسمهوای بادیه را آب تیشه بخار
ز بس که آب ز پای او فتاد و آتش سوختز بس که آب فسرد و هوا گرفت غبار
لباس لطف بمقراض اختلاف هوابباد موسم گل دیده عناصر چار
بگشت باغ ز سرما نمی توان رفتنمگر دمی که ز گل آتشی فتد در خار
خوشا کسی که درین فصل گوشه ای گیرددهد بکنج قناعت فرار را بقرار
درون خانه در آید در ابتدای خزانرهی برون نبرد تا بابتدای بهار
صراحی و کتابی و سازی و صنمیجزین چهار که گفتم نباشد او را یار
گه از کتاب رساند بدیده نور سرورگه از مطالعه صفحه رخ دلدار
گهی دهد بدماغ از بخار باده بخورگهی کشد به مشام از بخور عود بخار
درو دریچه خلوت سرا فرو بنددبسان دیده احباب بر رخ اغیار
در انتظار شد از بهر اعتدال هوابریده گشت و ز هم ریخت دو را پرکار
نیابد از الم دهر آفتی ز انسانکه ز اهل شرک محبان حیدر کرار
مه سپهر ولایت شه ولایت دینامام انس و ملک ملجاء صغار و کبار
مدام در همه افعال مدرک احوالهمیشه در همه احوال واقف اسرار
کسی که واقف او از وجود فایده مندکسی که واقف او از حیات برخوردار
میان بخدمت او مرگ بست بست کمرکمر که هست همینست ماعدا زنار
نبوده روز عزا از کمال فیض هنرجز او معین ز مهاجر معاون و انصار
ز ذوالفقار چشانده بذوالخمار میکه صبح روز جرایم همی شود هشیار
قطار ناقه و بار گهر اگر بخشدبسایلی که ز احسان ازو عجب مدار
که همتش دم تحریک می تواند دادبکمترین گدایان قطار همره بار
اگر بود بمثل آن قطار هفت اخترو گر بود ز صنادق چرخ بار قطار
قطار هفته ایام را همیشه قضابدست سلسله آل او سپرده مهار
مدار عالم کون فساد بی بنیادنقیض روز قیامت شبست کوته بار
درین شبند همه خلق مست خواب غرورهمین علیست پی طاعت خدا بیدار
بهم نیامدن چشم او بخواست چنینچو عین اسم عیانست بر اولوالابصار
ز بعض اهل زمانه چه باک ذاتش راز خواب کرده به بیدار کی رسد آزار
امین گنج وفا مقتدای راه نجاتملاذ و مرجع و امیدگاه استظهار
ز فیض مرحمتش زنده صد هزار مسیحز درگه کرمش صد خلیل راتبه خوار
بخاک درگه او کرده عرض توبه عذرزمان زمان بتضرع زمانه غدار
قلم کشیده زبان لیک نی در اوصافشز بهر آنکه نماید بعجز خود اقرار
قدم قدم بره سالکان طوف رهشطبق طبق در انجم نموده چرخ نثار
ایا خجسته خصالی که منت کرمتنهاد طوق غلامی بگردن احرار
کسی که حب ترا نعمتی نداند نیستسزای نعمت الطاف ایزد جبار
به بی کسان طریق وفا تویی ملجأبه ره روان ره التجا تویی غمخوار
بلند منزلتا آن منم که شام و سحرزبان کشیده ثنای تو می کنم تکرار
ز بهر آنکه بمن فیض تو رسیده و بسز بهر آنکه ترا هست لطف عام شعار
گرفته بهره ز خوان عنایت عامتهزار بی سر و پا کمترین فضولی زار
امید هست که تا هست در زمین فلکهمیشه بر نهج اعتبار یکیش مدار
بهار جاه محبت بود بری ز خزانخزان عشرت اعدای تو بری ز بهار
Qışın günündə səhər başlayıb soyuq ruzgar,
Ağacların canına sanki qorxu, lərzə salar,
Demə ki, yer çəkib ağuşə şövqili günəşi,
Demə, ağ örpəyini dağ başına sərmiş qar.
Biri səhər açılınca çəkib soyuq dərdi,
Gündüz olunca tutub manqalın yanında qərar.
Yağış döyüb birinin başına bütün gecəni,
Günəş tutan yerə sərmiş səhər-səhər dəstar.
Qış aylarında gözün çək səhər nəsimindən,
Məhaldır yetirə xeyr bir kəsə əşrar.
Uzatma bəhmən ayında əlini arx suyuna
Ki, onların birisi zəhrdir, biri şahmar.
Yağış havada soyuqdan elə düyümləndi
Ki, oldu qətrələrin hər biri düri-şəhvar
Zəmana verdi riza dəf’ələrlə kim, şimşək
Çaxıb buludları pambıq tək etsin atəşbar.
Bunun da olmadı bir faydası yəqin buluda,
Soyuq qovurdu onu, nə’rə çəkdi, ağladı zar.
Məqam barədə çün Malik ilə Rizvanın
Açıldı bəhsi, uzun çəkdi bir gecə göftar,
Sübut üçün hərə öz iddiasını dedilər,
Birər dəlil ilə etsin kəmalını izhar.
Biri dəmət tutaraq gül gətirdi cənnətdən,
Ikinci töhfə gətirdi soyuqda xəlqə şərar.
Hamı bu bəhsdə Malik tərəfdə durdu, dedi:
Cəhənnəmin odu cənnət gülünü eylədi xar.
Soyuqda çöllülərin halı çox pərişandır
Ki, qışda rahət olur çöllülərdən əhli-məzar.
Gəl indi od içinə qoy qədəm Xəlil kimi,
Varınsa arzun əgər, od sənə ola gülzar.
Belə soyuqda oda sal nəzər Kəlim kimi,
Gözün də ta ki, ola nura qərq arizi-yar.
Su hər tərəfdə donub, dağ kimi qalanmış buz,
Günəş də sanki, fəzadə donub, aya oxşar.
Sular düyünlənib, üzdən günəş asıb pərdə,
Dəniz dibində balıqlar bu həsrət ilə yanar.
Bu fəsldə itirib hər şey öz təbiətini,
Çölün havası, suyu qıldı tişeyi-nəccar.
O qədr ki, su dayandı, o qədr od yandı,
Soyutdu torpağı şaxta, havanı tutdu qubar.
Əlinə aldı hava ixtilaf qayçısını,
Nə lütf paltarı qoydu fələkdə, nə pərgar.
Məzaci bir daha salsınlar e’tidalə deyə,
Bahar fəslini dörd ünsür arzular, ağlar.
Soyuqda kimsə gedə bilməyir bağa seyrə,
Məgər o dəmdə ki, güldən şərər çıxa, yana xar.
Qışın günündə xoşa məncə, halinə o kəsin
Tuta səlamət evində fərağət ilə qərar.
Xəzanın əvvəl ayından girib evin içinə,
Kənarə basmaz ayaq gəlməyincə fəsli-bahar.
Yanında dilbəri, cami, kitabı, bir də sazı,
Bu dörd şeydən əlavə o, tərk edər nə ki var.
Gəhi kitab oxuya, gözlərinə nur gələ,
Gəhi sevinc verə könlünə onun dildar.
Sazın nəvası edə hər dəqiqə keyfini saz,
Başında qaldıra gəh badənin buxarı buxar.
Bu xəlvət evdə çəkib bağlaya qapı-bacanı,
Necə ki, yar yumar gör, görəndə bir əğyar.
Zəmanənin ələmindən xilas ola, necə kim
Fəsadi-şirkdən əhbabi-Heydəri-Kərrar.
O, dini-həqq səmasında mahi-tabandır,
Imami-insü mələkdir, şəhi-səriri-vüqar.
Odur müdam edən dərk hər kəsin işini,
Odur həmişə və hər yerdə vaqifül-əsrar.
Kim etsə dərk onu, bəhrə görər həyatından,
Kim olsa tabe ona, arzu bağçası gül açar.
Onun önündə kəmər bağla, ol kəmərbəstə,
Kəmər dedikdə tək oldur, qalanları zünnar,
Cəza günündə onun misli, bir nəfər yox idi,
Nə feyzdə, nə hünərdə məhacirü ənsar,
O, Zülxümarə verib zülfüqar ilə bir mey,
Yəqin ki, olmaz o, məşhər günü belə hüşyar.
Əcəb deyil, o cavanmərd sayilə vermiş
Yükü cəvahir olan naqələr qətar-qətar.
Onun səxavəti cuşə gələrsə, bir anda
Gədayə bəxş edər yüz qətar, bəlkə həzar.
Dəvə qətarı əgər olsa yeddi səyyarə,
Vurulsa onlara sandıq kimi fələklər bar,
Zəmanə həftəsini daima qətarə düzən
Qəza verər onun övladına özü ovsar.
Qiyamətin gününün əksinə, bu aləmdə,
Həyat bir gecədir qıssa, sərt, zülmətbar.
Yatıb qürur ilə cümlə xəlayiq ol gecədə,
Əli, ibadət üçün həqqə, tək qalar bidar.
Yumulmamışdır onun gözləri belə yuxudan,
Bunu adındakı “eyn” hərfi də edər iqrar.
Nə qorxu vardır, ona düşmən olsa aləm əgər,
Yatan necə yetirər yatmayanlara azar?
Vəfa xəzinəsinə ol xəzinədar olmuş,
Nəcatə doğru odur cümlə aləmi aparar.
Odur cahanda olan lütfü mərhəmət kanı,
Nəcat üçün bütün aləm ona pənah aparar.
Kəramətilə o, yüz min Məsihi zində qılıb,
Səxavətinə olub yüz Xəlil minnətdar.
Üzünü dərgəhinin asitaninə qoyaraq,
Sızıldar, üzr dilər, bu zəmaneyi-qəddar.
Edəndə vəsf o şahı qələm, kəsildi dili,
Bununla aləmə öz iczin eylədi izhar.
Onun yoluyla gedən dostların qədəmlərinə.
Kəvakib incisini çərx edər tabaqla nisar.
Sən, ey gözəl sifəti, lütfü binəzir olan,
Qulami-həlqəbəgəşun olub sənin əhrar.
Sənin məhəbbətini bilməyən böyük ne’mət,
Tamam ne’mətinin həqqin eyləmiş inkar.
Vəfa yolundakı bikəslərə pənah sənsən,
Kim iltica eləmiş, olmusan ona qəmxar.
Şəha, mənəm ki, sənin dərgəhində şamü səhər
Tutub qərar, edərəm vəsfini sənin təkrar.
Deyil ki, təkcə mənə feyzin etmisən şamil,
Tamam xəlqə yetər feyzin, ey böyük sərdar!
Varındı süfreyi-lütfündə minlər ilə fəqir,
O süfrədən döşürər xırda bu Füzuliyi-zar.
Ümidimiz bunadır kim, nə qədr yer dayanır,
Nə qədr seyr edəcəkdir bu günbədi-dəvvar,
Baharı dostlarının görməsin xəzan bir dəm,
Xəzanı düşməninin olmasın bir an da bahar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-qeside-24
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Necə bir nəfs təmənnası ilə,Yeməkü içmək ola dilxahın.
Ey qaziyi-xücəstəliqa kim, həq eyləmişEy qaziyi-xücəstəliqa kim, həq eyləmişSahibsəriri-məsnədi-hökmi-qəza səni!
Zülm ilə ağçalar alıb, zalimZülm ilə ağçalar alıb, zalimEylər ən’am xəlqə minnət ilə.
Min ikən qədrü qiymətin bir olurMin ikən qədrü qiymətin bir olur,Müztərib olsa qəlbin, ey arif!