Əgər murad isə vermək səfayi-cövhəri-ruh,Fələk misal yürüt sağəri-şərabi-səbuh.

Buyurma tövbə mənə ol şərabdan nasehKi, görsə onu tutar cəzm tərki-tövbə Nəsuh.

Hücumi-qəmdə mənə onu etdi zövrəqi-meyKim, etmədi onu tufan olanda kəştiyi-Nuh.

Müdam çeşmimə qan doldurur xədəngi-qəmin,Yuva başımda tutan quşları edib məcruh.

Dil oldu daği-fəraqinlə şərhə-şərhə, vəliNə sud, çün sənə olmadı hali-dil məşruh.

Tənimdə sancılı navəklərinlə şadəm kim,Dəri-bəla bu kilid ilədir mənə məftuh.

Макта — последний бейт с тахаллусом поэта. Füzuli oldu belin fikri ilə muy misal,Hənuz bulmadı ol sirrə ehtimali-vüzuh.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине